Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

«İşbazlar 300 dollarlıq limitdən sui-istifadə edib, mal gətirib satırlar, bizə mane olurlar»

«İşbazlar 300 dollarlıq limitdən sui-istifadə edib, mal gətirib satırlar, bizə mane olurlar» | FED.az
09:33 2 İyul 2022

Azərbaycanlılar yaxşı geyinməyi sevirlər və geyim seçməyi yaxşı bacarırlar. Amma indi vəziyyət o həddə çatıb ki,  əlverişli şərait olmadığına görə Azərbaycanda brend mağazalar yoxa çıxa bilər

FED.az xəbər verir ki, bunu Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi bildirib.

Onun sözlərinə görə, geyim mağazalarının problemləri pandemiyadan sonra – əhali onlayn mağazalardan alver eləməyi öyrənəndən sonra başlayıb: «Məsələ bundadır ki, pandemiya dövründə istehlakçılar onlayn mağazalardan geyimlər almağa başlayandan sonra geyim idxalçıları ciddi problemlə üzləşiblər».

Azərbaycanlılar pandemiya dövründə təkcə türk alış-veriş saytlarından bir neçə yüz milyon manatlıq geyim alıblar: «Rəsmi məlumatlara görə, karantin dövründə Azərbaycan istehlakçıları onlayn mağazalardan, xüsusilə də türk şirkətlərindən alış-verişlərə 165 milyon manatlıq pul xərcləyiblər.  Hərçənd türk mənbələri bu rəqəmin ikiqat artıq olduğunu bildirir. Bu böyük məbləğdir və yaxşı şərait olsaydı bu vəsaitlər ölkədə qalardı».

Fərid Novruzi bildirir ki, bunun səbəbi brend malların bahalığıdır və alıcılarn təbii olaraq xarici satış saytlarına müraciət edirlər: «Biz Assosiasiya olaraq, hətta bir müştəri kimi də başa düşürük ki, hər bir vətəndaşın seçim hüququ var və imkan varsa qənaət etmək istəyir. Amma biz həm də bizim mağazalardakı problemi başa düşməyə və həll etməyə çalışırıq. Brend mağazalarındakı qiymətlər istehsalçının (yəni geyimin istehsal edildiyi müəssisədən çıxan) qiymətlərdən ən çoxu 20-30% artıq ola bilər. Təəssüf ki, indi bu fərq 40%, bəzi hallarda isə, xüsusilə də mallar Türkiyədən gəlirsə, daha artıq olur».

Assosiasiya rəhbəri bildirib ki, indi brend mağazaları ciddi problemlərlə üzləşib və onlar həll olunmasa brend mağazaları ümumiyyətlə fəaliyyətini dayandıra bilər.

Bunlardan ən birincisi geyim idxalı üçün böyük vergi və rüsumların olmasıdır. F.Novruzinin sözlərinə görə, pərakəndə geyim idxalı iqtisadiyyatın ən qanunla işləyən sahəsidir. Hər bir idxalçı Assosiasiyamızın üzvüdür və vicdanlı vergi ödəyicisidir. Problemdə elə bundan başlayır: «Mağazada qiymətlər ona görə yüksək deyil ki, biz müştərilərin etibarından sui-istifadə edirik (yəni qiymətləri süni artırırıq – FED.az). Qiymətlər ona görə yüksəkdir i, inzibati xərclər bizi qiymətləri belə artırmağa vadar edir.

Təsəvvür edin ki, ölkəyə gətirilən geyim və aksessuarlar dərhal 15%-lik gömrük rüsumuna cəlb edilir. Bura 3-5% də sığorta xərclərini və çoxsaylı sertifikatları əlavə edin, daha sonra buna da 18% ƏDV-ni əlavə edin».

Assosiasiya rəhbəri bildirir ki, bu əlavələr nəticəsində geyim hələ ölkəyə daxil olanda, sərhəddə - bu geyimin qiyməti istehsalçı ölkədəki mağazadan yüksək olur. «Sual yarana bilər ki: bəs məhsulun qiymətinə nə qədər əlavə edilir? Belə baxanda bu qiymət fərqi – marja - bütün xərcləri əhatə etməlidir. Amma hər şey o qədər də asan deyil, problem ondadır ki, hazırda məhsulun qiymətinə əlavə edilən marja – bütün mövsümi endirimləri və sairi nəzərə alanda maya dəyərinin 50%-ni təşkil edir. Qiyməti bundan çox artırmaq ümumiyyətlə mümkün deyil və indiyədək qalan bütün müştəriləri itirmək deməkdir».

F.Novruzi geyim satılan mağazaların çoxsaylı qayğı və xərclərini də xatırladır: «Kənardan bizim biznes çox sadə görünə bilər – malı gətirdin, üstünə böyük qiymət artımı əlavə elədin, vəssalam. Amma az adam bilir ki, biz nə qədər işçi saxlayaraq, onlara nə qədər maaş verir, sosial və pensiya ödəmələri edirik, eləcə də onların tibbi sığotrta xərclərini ödəyirik., icarəyə nə qədər ödəyirik, nə qədər verg və rüsum ödəyirik». 

Assosiasiya rəhbəri bildirir ki, xarici onlayn satış platformalarından idxal üçün güzəştli şərtlər yaradılmasaydı, mağazalar bəlkə də bu vəziyyətdən çıxa bilərdilər.

«Hazırda fiziki şəxslər üçün şəxsi istifadə üçün ayda 300 dollarlıq limitdən sui-istifadı hallarını müşahidə edirik. Biz şəxsi istifadə ilə bağlı təyin edilmiş limitlərin əleyhinə deyilik. Amma bu güzəştdən işbazlar istifadə edir və vergidən yayınırsa, bu ədalətsiz rəqabət mühiti yaradır və onlara imkan verir ki, eyni malı daha ucuz qiymətə satsınlar. Nəticədə belə problemlər yaranır».

F.Novruzi bildirir ki, təşkilat limitlərin ləğvindən daha çox mağazalar üçün şərtlərin dəyişməsini vergilərin azaldılmasını istəyir ki, onlar vergi ödəməyən işbazlarla  rəqabət apara bilsinlər: «Biz və bizim əməkdaşlar da bu xalqın  bir hissəsiyik və biz şadıq ki, əhali belə asan olmayan vaxtda daha sərfəli qiymətə mallar ala bilir. Amma belə bir sual yaranır – bəs biz nə edək? 

Buna görə də hazırda biz bütün gücümüzü sərf edərək limitlərin dəyişdirilməsinə deyil, qanunvericiliyin bizim xeyrimizə dəyişdirilməsinə çalışırıq. Qurumun təklifləri belədir:

«Təklif edirik ki, ölkəyə idxal edilən mallar üçün gömrük rüsumu ləğv edilsin, qonşu ölkələrdə olduğu kimi. Eləcə də bəzi mallar, o cümlədən uşaq malları üçün ƏDV-nin dərəcəsi aşağı salınsın. Əgər biz buna nail ola bilsək, istehlakçıların onlayn mağazaların xidmətindən istifadə etməsinə ehtiyac qalmayacaq. Çünki artıq malları həm mağazalardan həm də onlayn satış platformalarından sərfəli qiymətə almaq mümkün olacaq. Əks halda bizim belə vəziyyətdə rəqabət aparmağımız çətin olacaq».

Qurum rəhbəri bildirirki, yaranan vəziyyətə görə hazırda bəzi mağazalar işçilərini ixtisar edirlər: «Onsuz da indi çoxları mağazaları və müvafiq olaraq işçiləri də ixtisar edir, ümumiyyətlə biznesi bağlayacaqlarını istisna etmirlər. Yuxarıda sadaladığımm problemlərlə yanaşı, saxta mallar problemi də var, hansı ki işbazlar ənənəvi ucuz mala brend yarlığı və ya müxtəlif loqotiplər yapışdırırlar. Bu problemin miqyasları dəhşətli dərəcədə böyükdür».

Assosiasiya rəhbəri xərcləri azaltmaq üçün geyimləri yerli satış saytlarında daha ucuz qiymətə satmaq imkanını və ya yerli istehsala keçməyi çıxış yolu saymır: «Onlayn satış məsələsi məhsulun ucuzlaşmasına kömək etməyəcək, çünki mallar yenə də yerli anbarlardan satılacaq, hansı ki, onlara inzibati və logistik xərclər tətbiq ediləcək, üstəlik bura onlayn mağaza xərcləri və çatdırılması xərcləri də əlavə olunacaq. Yerli istehsalın təşkil edilməsində də vəziyyət eynidir. Sahibkarlar bu dəfə xammalın gətirilməsi zamanı inzibati xərclərlə üzləşəcəklər. Çünk biz parça, sap, düymə və sair istehsal etmirik. Eləcə də bizdə istehsala başlamaq üçün müvafiq avadanlıq və sair yoxdur. Ona görə də indi geyimin Azərbaycanda istehsalı aktual deyil».

Assosiasiya rəhbərliyi vəziyyətdən çıxmaq üçün hökumətə bəzi təkliflərlə müraciət edib: «İlk növbədə biz hökumətin nəzərinə çatdırmaq istəyirik ki, geyim əşyalarının idxalı Ümumi Daxili Məhsul üçün, əmək bazarı və istehlakçıların hüquqlarının qorunması və təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.  Bizim məqəsədimiz – elə etməkdir ki, istehlakçılar məhsuldan razı qalsınlar və qənaət barədə düşünməsinlər, gedib alternativ satış imkanları axtarmasınlar. Hər bir vətəndaş geyim alarkən istehlakçı hüquqlarının qorunması hüququna malik olsun, lazım olarsa, onların qaytara və ya dəyişdirə bilsin, hansı ki, bunları onlayn satışlar zamanı etmək mümkün deyil.

İstehslakçılar geyimin keyfiyyətindən narahat olmasınlar, uşaq geyimlərinin qiyməti isə əlçsatan olmalıdır ki, onlar hər mövsümdə bir neçə dəfə istədikləri malları ala bilsinlər».

İş adamının sözlərinə görə, hökumət elə şərait yaratmalıdır ki, sahibkarlar bizneslərini bağlayıb başqa ölkələrə üz tutmasınlar: «Biz istəyirik i, hökumət idarəetmə rıçaqlarını işə salsın ki bizim kimi vicdanlı sahibkarlar və nümunəvi vergi ödəyicilərinə öz biznesimizi inkişaf etdirmək imkanı versin, daha biznesi bağlayıb başqa ölkələrin bazarına getməsinə məcbur etməsin».

F.Novruzi geyim mağazaları sahəsində biznesin dövlətə faydasını xatırladıb: «Özü də qeyd edim ki, biz ölkədəki iqtisadi proseslərin aktiv iştirakçısıyıq. Məsələn, biz nağdsız hesablaşmaların inkişafında aktiv iştirak edirik, əvvəllər nağdsız ödənişlər ümumi dövriyyənin 10%-i olduğu halda indi bu göstərici 70% həddindədir».

«Biz həm də Azərbaycanda biznes açmaq istəyən xarici invevsitorlar üçün ölkədəki iqtisadi sabitliyin göstəricisiyik. Çünki ölkədə xarici brendlərin olması ölkənin iqtisadi sabitliyinin göstəricisidir»-deyə iş adamı bildirir.

Assosiasiya rəhbərinin fikrincə: Geyim mağazalarında çoxsaylı iş yerləri yaradılıb: «Bizim assosiasiyanın üzvü olan şirkətlərdə təqribən 3000 nəfər çalışır, onların minimum əmək haqqı 450 manat ətrafındadır. Və onların hamısı qanunla nəzərdə tutulan sosial təminatla əhatə olunublar. Geyim satışı ilə məşğul olan amma assosiasiyaya daxil olmayan sahibkarların sayı qat-qat artıqdır və bu da həmin sahənin əmək bazarındakı rolunu göstərir».

Qurum rəhbəri hökuməti bu problemləri həll etməyə çağırıb: «Biz hökumətin və istehlakçıların diqqətinə çatdırmaq istəyirik ki, bizim biznesimiz üçün yaxşı şəraitin yaradılması istehlakçıların hüquqlarının qorunmasını təmin edəcək, inzibati xərclərin azaldılması qiymətlərin aşağı düşməsinə səbəb olacaq, eləcə də paralel olaraq olaraq bu sahədən büdcəyə daxil olan mənfəət vergi ödəmələrin artıracaq  – bu isə böyük məbləğlərdir. Təkcə Assosiasiyanın üzvləri hər il dövlət büdcəsinə 10 milyonlarla manat vergi ödəyirlər».

Assosiasiya rəhbərliyi qanunvericiliyə xüsusi əlavələrin edilməsini də istəyir: «Bizim assosiasiyanın üzvləri özlərini müdafiə olunmuş hiss etmək istəyir. Biz istəyirik ki, qanunvericiliyə geyimlərin pərakndə satışı ilə bağlı ayrıca maddələr və bəndlər əlavə edilsin ki, həm sahibkarların, həm də istehlakçıların huquqları qorunsun. Ona görə də, biz satışların həcmini bir sıra bonus kampaniyaları və aksiyaları vasitəsilə artırmağa çalışırıq. Bundan isə ilk növbədə istehlakçılar qazanır. Yeri gəlmişkən, Assosiasiya tərəfindən Azərbaycanda şoppinq festivalının keçirilməsinə də baxılır».

Fö.Novruzi bildirib ki, dövlət dəstəyi olmasa bu sahənin perspektivi olmayacaq: Əlbəttə assosiasiyanın bütün üzvləri öz biznes planları, bu vəziyyətdə bizneslərini necə qorumaq üzərində işləyirlər. Amma dövlət dəstəyi olmasa,  vergi və gömrük rüsumları yumşalmasa, bu sahənin inkişafından danışmaq yersizdir».

Banner
Banner
  • Geyim
  • geyim mağazaları
  • Fərid Novruzi
Paylaş

Digər xəbərlər

Xızıda KOB dostu fəaliyyətə - BAŞLAYIB
Biznes 11 Avq 2022
Xızıda KOB dostu fəaliyyətə - BAŞLAYIB
“Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
Biznes 11 Avq 2022
“Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
Biznes 11 Avq 2022
Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
“Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
Biznes 10 Avq 2022
“Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara - LAYİQ GÖRÜLÜB
Biznes 10 Avq 2022
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara - LAYİQ GÖRÜLÜB
Azərbaycanda da Coca-Cola məhsullarını satan şirkətin mənfəəti - ARTIB
Biznes 10 Avq 2022
Azərbaycanda da Coca-Cola məhsullarını satan şirkətin mənfəəti - ARTIB
Azərbaycanda satışa çıxarılan - KİÇİK VƏ ORTA BİZNESLƏR – SİYAHI, QİYMƏTLƏR
Biznes 10 Avq 2022
Azərbaycanda satışa çıxarılan - KİÇİK VƏ ORTA BİZNESLƏR – SİYAHI, QİYMƏTLƏR
“PMD Hospitality”də rəhbər vəzifələrə təyinatlar olub – FOTOLAR
Biznes 9 Avq 2022
“PMD Hospitality”də rəhbər vəzifələrə təyinatlar olub – FOTOLAR
KOBİA-nın rəhbərliyi  - “Coca-Cola” İstehsalat Fabrikində Olub
Biznes 9 Avq 2022
KOBİA-nın rəhbərliyi - “Coca-Cola” İstehsalat Fabrikində Olub
Volodin: “Xarici şirkətlərin 77%-dən çoxu Rusiyadakı bizneslərini bağlamayıb”
Biznes 9 Avq 2022
Volodin: “Xarici şirkətlərin 77%-dən çoxu Rusiyadakı bizneslərini bağlamayıb”
NEQSOL Academy gələcək inkişaf üçün - OYUNLAŞDIRMA TEXNİKASINI TƏQDİM EDİB
Biznes 8 Avq 2022
NEQSOL Academy gələcək inkişaf üçün - OYUNLAŞDIRMA TEXNİKASINI TƏQDİM EDİB
Azərbaycanda güzəştli kredit alanlar - 2 DƏFƏ ARTIB - MƏBLƏĞ
Biznes 8 Avq 2022
Azərbaycanda güzəştli kredit alanlar - 2 DƏFƏ ARTIB - MƏBLƏĞ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-800-900-1200-1500 manat - 20 VAKANSİYA
    22:04 11 Avq 2022
  • "Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
    21:40 11 Avq 2022
  • "Özsüt Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    21:28 11 Avq 2022
  • Bakının məşhur hoteli işçilər axtarır - VAKANSİYALAR
    21:17 11 Avq 2022
  • "PASHA Holding" işçi axtarır - VAKANSİYA
    21:13 11 Avq 2022
  • "Xalq Həyat Sığorta" işçi axtarır - VAKANSİYA
    21:09 11 Avq 2022
  • "AGRO - WEST DC LLC" ASC işçi axtarır - VAKANSİYA
    21:00 11 Avq 2022
  • "Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:51 11 Avq 2022
  • "Metak" şirkəti işçi axtarır - VAKANSİYA
    20:49 11 Avq 2022
  • "Deloitte" şirkəti işçi axtarır - VAKANSİYA
    20:39 11 Avq 2022
  • "Bravo" işçilər axtarır - VAKANSİYALAR
    20:35 11 Avq 2022
  • Şuşada bu biznes növləri ilə məşğul olmaq qadağandır - YENİ QƏRAR, SİYAHI
    19:51 11 Avq 2022
  • Azərbaycanda yaşayan ruslardan - Rusiyalı hərbi ekspertə - ETİRAZ
    19:37 11 Avq 2022
  • 42 milyon manatlıq məhsulu israf etməkdə ittiham olunan - Şirkət Rəhbərinin Məhkəməsi Başlayır
    19:28 11 Avq 2022
  • Azərbaycanlı turistlər bu yay istirahət üçün hansı ölkələrə - GEDİR?
    18:20 11 Avq 2022
  • Azərbaycanın xaricə bal satışı - NİYƏ AZDIR?
    18:08 11 Avq 2022
  • Azərbaycana saxta və aşağı keyfiyyətli ballar bu ölkələrdən - GƏTİRİLİR
    17:58 11 Avq 2022
  • Azərbaycanda bazalt yatağı hərraca - ÇIXARILACAQ
    17:50 11 Avq 2022
  • "Dəmir Bank"ın əmlakı yenidən - HƏRRACA ÇIXARILIR
    17:42 11 Avq 2022
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:22 11 Avq 2022
  • OPEC 2023-cü ildə Azərbaycanda hasilatın azalacağını - GÖZLƏYİR
    17:18 11 Avq 2022
  • Xankəndidə yaşayan erməniləri - Narahat Edən Mesaj! - FOTO
    17:11 11 Avq 2022
  • İyulda gündəlik xam neft hasilatı - 549,9 MİN BAREL OLUB
    17:00 11 Avq 2022
  • Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
    16:50 11 Avq 2022
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:36 11 Avq 2022
  • FHN-dən hava ilə bağlı əhaliyə - MÜRACİƏT
    16:32 11 Avq 2022
  • Gədəbəydəki Vergi ödəyicilərinə xidmət mərkəzi - 20 GÜN İŞLƏMƏYƏCƏK
    16:27 11 Avq 2022
  • Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək – MÜQAVİLƏ İMZALANDI
    15:58 11 Avq 2022
  • Xızıda KOB dostu fəaliyyətə - BAŞLAYIB
    15:50 11 Avq 2022
  • Azərbaycan ixrac etdiyi pambıq - 57% BAHALAŞIB
    15:35 11 Avq 2022
  • Bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
    15:26 11 Avq 2022
  • Rusiya XİN Azərbaycanla Aİ arasında imzalanmış qaz müqaviləsinə münasibət - BİLDİRİB
    14:59 11 Avq 2022
  • Bu rayonun Mərkəzi Xəstəxanasında araşdırmalara - BAŞLANILIB
    14:52 11 Avq 2022
  • Rayonlarda keçiriləcək toxum sərgi-satış yarmarkalarının tarixi - AÇIQLANIB - SİYAHI
    14:39 11 Avq 2022
  • Gürcüstan təbii qazın 90 faizdən çoxunu Azərbaycandan - ALIR
    14:29 11 Avq 2022
  • Dünyada neft tədarükü iyul ayında postpandemiya dövrünün maksimumuna - ÇATIB
    14:20 11 Avq 2022
  • “Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
    14:16 11 Avq 2022
  • "Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir"
    14:08 11 Avq 2022
  • Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA
    13:30 11 Avq 2022
  • Rusiya XİN Nikol Paşinyana - CAVAB VERİB
    13:03 11 Avq 2022
  • Türkiyə Qara dənizdə qazın hasilatına gələn ilin yazında - BAŞLAYACAQ
    12:56 11 Avq 2022
  • Mərkəzi Bankdan banklara verilən kreditlərlə bağlı yeni qayda gəldi – QAYDALAR SƏRTLƏŞİR
    12:50 11 Avq 2022
  • Azərbaycan bankları valyuta əməliyyatlarından - 138 MİLYON MANAT QAZANIBLAR
    12:36 11 Avq 2022
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:30 11 Avq 2022
  • Yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTOLAR
    12:21 11 Avq 2022
  • 40 dərəcə isti - SABAHIN HAVA PROQNOZU
    12:17 11 Avq 2022
  • FHN 10 tenderin nəticələrini açıqladı – 3,3 MİLYON MANAT SİFARİŞ – ŞİRKƏTLƏR, SİYAHI
    12:06 11 Avq 2022
  • Prezident bu rayona icra başçısı - TƏYİN ETDİ - SƏRƏNCAM
    12:01 11 Avq 2022
  • "Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
    11:45 11 Avq 2022
  • “Ryanair” ucuz bilet satışını - DAYANDIRACAQ
    11:41 11 Avq 2022
  • Bakıda abadlaşdırma işləri başlayır – BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    11:24 11 Avq 2022
  • "Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
    11:20 11 Avq 2022
  • Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - VİDEO
    11:17 11 Avq 2022
  • Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb - FOTO
    11:10 11 Avq 2022
  • “Kontakt”ın “Böyük Ad Günü festivalı” və böyük endirimlər - BAŞLAYIR
    11:04 11 Avq 2022
  • ABŞ-da ət məhsullarının tərkibində raktopamin aşkar edilib - ÇİN İDXALI DAYANDIRDI
    11:00 11 Avq 2022
  • İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
    10:55 11 Avq 2022
  • Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
    10:47 11 Avq 2022
  • Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
    10:35 11 Avq 2022
  • “Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
    10:30 11 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.