İnsanların səhv edərək əhəmiyyət vermədikləri vacib məsələrədən biri də onların gündəlik vərdişləridir. Uzunmüddətli uğur, karyera və biznes yüksəlişi, pozitiv münasibətlər, hətta sağlamlıq və özünü yaxşı hiss etmə də bizim gündəlik vərdişlərimizin nəticəsidir.
Deməli uğur qazanmaq üçün pis vərdişləri aradan qaldırmaq lazımdır. Hər gün rastlaşdığımız və yol verdiyimiz pis vərdişlər bunlardır.
Eləcə də bax: Azərbaycanlı gənc «Google» və «Youtube»ə baxıb – ALMANİYADA ŞİRKƏT QURDU
1. Fasiləsiz olaraq öz telefonunu yoxlamaq
Gəlin açıq danışaq, dəqiqədə telefona baxmağın əsas səbəbi odur ki, bəzilərimiz fikirdən, fikirləşməkdən qaçmaq istəyir. İnsanlar anlamırlar ki, vaxtlarının 99%-ni ona görə telefonu yoxlamağa sərf edirlər ki, hansısa məsələ haqqında fikirləşmək istəmirlər. İnsanlar hər hansı tapşırıq və ya maneə qarşısındadırlar və onu həll etmək əvəzinə, əllərini teoefona atırlar. Bu diqqəti yayındırmaqdır. Özünüzə deyin ki, hər dəqiqə email gələn deyil, gəlsə də ona sonra da başmaq olar.
2. Dinləməmək
İki növ dinləyici var. Birincisi – sizin qarşınızda oturur, sakit və diqqətlə hər sözünüzü dinləyir. Onlar söhbətə bağlanıblar və sizin fikirlərinizi sizinlə birlikdə izləyirlər. İkinci dinləyici isə - sizin qarşınızda oturub, sakitdir, amma sizi heç dinləmir.
Onlar yalnız öz daxili səsi ilə söhbət edir, başqa nəsə haqqında da düşünürlər. Onlar nə deyəcəklərini düşünürlər.
İkinci dinləyici olmayın, dinləmək – əsl bacarıqdır və bunu etmək üçün beyninizi təmiz saxlayıb söhbətə fokuslanın. Çünki məhsuldarlığa «Bağışlayın, mən bir saniyəlik diqqətdən yayındım, siz nə dediniz?» deməkdən çox zərər verən ikinci vərdiş yoxdur.
3. Çoxlu tapşırığı eyni zamanda etmək
Eyni zamanda bir neçə işi görməyin faydalı olması barədə düşünənlər var, amma bu kökündən səhvdir. İnanmırsınızsa, özünüz yoxlayın: eyni zamanda su içib, həm də yazı yaza bilərsiniz? Görəcəksiniz ki, əvvəl bir qurtum alıb, sonra yazırsınız. Ya da əvvəl yazıb, sonra içirsiniz. Çox tapşırıq iki işi birdən etmək deyil, bu bir-birinə yaxın işləri eyni vaxtda görməkdir. Bu bir məsələyə köklənmək qədər effektli olmur.
Bir neçə işi eyni vaxtda görən insanların verilən tapşırıqla bağlı dəqiq təsəvvürü olmur. Onların diqqəti bölünüb və beləliklə, əgər onlar hətta iki işi eyni zamanlda görürlərsə, onların heç biri keffiyyətli olmayacaq.
Bunun əvəzinə, bir işi, amma keyfiyyətli edin. Ya da oxşar işlər görün. Məsələn, əvvəl məktublara baxın, onlara cavablar verin, və buna bir saat vaxt sərf edin. Yoxsa, əvvəlcə məktublara baxıb, sonra təkliflər üzərində işləyib, sonrpa dosta zəng edib yenidən emaillərə qayıtmayın. Bu sizi üzəcək.
4. İşləyən televizor qarşısında işləmək
Kənar səsin olması (hətta arxa fonda olsa da) məhsuldarlığa mənfi təmir edir. Əsl yaxşı iş onda baş verir ki, insan sakitlikdə fikrini toplayıb işləyir. Bu meditasiya kimi bir şeydir. İşləyən televizor olan otaqda işləyəndə isə vaxt hesabı itir. Bir də başınızı qaldırıb görürsünüz ki, 4 saat keçib və siz hələ də işi bitirməmisiniz. Ona görə də işləyəndə televizoru, ümumiyyətlə bütün maneçilik edən faktorları söndürün.
5. Qeyri-məhsuldar mühitdə işləmək
Belə bir səhv fikir var ki, maraqlı yerdə işləmək yaxşıdır, ekzotik, cəlbedici və sair. Tutaq ki, hansısa kafedə, stollardan birində nout buku açırsan və işləyirsən, cəlbedici səslənir. Amma belə deyil. Ətrafdakı insanlar, hətta evinizdə olsa belə, onların enerjisi, məhsuldarlığa öldürücü təsir edir. Bəzi insanlar həm ünsiyyətcil olmaq, yəni ətrafdakılarla danışmaq, həm də işləmək istəyirlər. Belə alınmır. Sakit yer tapıb işləyin, işinizi bitirəndən sonra istədiyiniz qədər əylənin.
6. Məhsuldar olmayan insanlarla işləmək
Bəziləri hesab edir ki, bütün komanda ilə birlikdə – eyni otaqda işləmək yaxşıdır. Bu yalnız o halda yaxşıdır ki, qrup bir layihə üzərində işləyir və məsələn, hansısa problemin həlli üçün yollar axtarılır, bu birlikdə «beyin hücumu» ilə edilir. Vəssalam. Qalan bütün hallarda komandanın hər bir üzvünün öz işi var və sakitcə onu yerinə yetirməlidir. Hətta bir otaqda işləmək lazım olanda da hərənin öz i şməkanı var və bunu pozmaq olmaz. Buna görə də hamı qulaqlıqda olmalıdır, iki saatdan bir fasilə eləmək olar.
7. İşə lazımi səviyyədə hazırlaşmamaq
Qəribə səslənir, eləmi? Bəzən adamlar deyir «Bu bazar mən çox məhsuldar işləyəcəm». Bu yaxşıdır, amma onu etmək üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Yəni hər hansı işi görməyə əvvəlcədən hazırlaşmaq, günlərlə, hətta aylarla bu barədə düşünmək və araşdırmaq lazımdır.
Əgər siz yerinə yetirəcəyiniz layihənin üzünü neçə gündür ki, ümumiyyətlə açmırsınız və bu barədə hələ heç düşünməmisinizsə, işə başlayanda sizə əlavə vaxt tələb olunacaq ki, əvvəlcə işin nə yerdə olduğunu başa düşəsiniz. Ya da siz işinizdə istifadə edəcəyiniz hər hansı proqramla işləməyi unutmusunuz. Onu yada salmaq da vaxt aparır.
Yəni məhsuldarlıq bir anın işi deyil, o bu işə sərf etdiyin bütün vaxtların məcmusudur, hansı ki, işi tez və keyfiyyətli görməyə imkan verir. Ona görə də, sizin hətta gündə 10-15 gün də olsa boş vaxtınız varsa, bu vaxtı faydalı sərf edin.
8. Bildirişləri …rədd edin!
Məhsuldarlığa zərər barədə danışırıqsa, biz məşhur, amma insanların ciddiyə almadığı, «cinayətkarı» - bildirişləri unutmamalıyıq. Bəzən insanlar deyir, «vaxt güllə kimi keçir, tələsmək lazımdır», və dərhal da köpüterin ekranındakı küncə baxırlar, orada Facebookdan və ya Tvitterdən yeni bildirişlər gəlib…
Siz məhsuldar işləmək istəyirsinizsə, bu bildirişləri bildəfəlik bağlayın. Sadəcə bağlayın və işinizi görün, bildirişlər göründüyü qədər də vacib deyil, və onlara çox-çox sonra da baxmaq olar.
Hörmətlə,
Biznes-maliyyə portalı
Baku,K.Rahimov str,3A
Tel: (+99412) 4097560
Mob: (+99470) 2407009
www.fed.az