Bir çox şirkətlər öz innovasiya cəhdlərini artırmağa çalışdıqda həmişə eyni fərziyyə ilə başlayırlar: “bizə daha çox ideya lazımdır”. Onlar həyati baxımdan önəmli yeni məhsul və ya sistemlərə çevrilə biləcək bir neçə ideyanı tapmaq üçün “qeyri-standart düşünmək” tərzinə ehtiyacın olması barədə danışmağa başlayırlar. Halbuki, bir çox təşkilatlarda ideya qıtlığı innovasiyaların yaranması prosesini ləngitmir, çünki buna sadəcə əhəmiyyət verilmir.
Ümumiyyətlə, innovasiya ideya problemi deyildir, əslində tanınma problemidir.
Gəlin tarixdən bizə məlum olan bir neçə məşhur nümunəyə nəzər salaq. Kodak’s araşdırma laboratoriyası ilk rəqəmsal kameranı 1975-ci ildə ixtira etmiş, lakin onu irəli sürməmişdir. Əvəzində isə Sony şirkəti fərqli prototipi işləyib hazırlayaraq həmin rəqəmsal fotoqrafiya ideyasının gələcəyini “oğurlamışlar”, lakin Kodak’s buna virtual olaraq heç bir diqqət verməmişdir. Digər bir misal isə Xerox şirkəti ilə bağlıdır. Xerox ilk personal kompyuteri işləyib hazırlamış, lakin texnologiyaya kifayət qədər investisiya qoymadığından Stiv Cobs və Apple şirkətinə bu imkanı onlardan “oğurlamağa” şərait yaratmışdır. ABŞ hərbi dəniz donanması Uilyam S. Simsdən gələn yeni innovativ artilleriya atəşi metodu ideyasını 13 dəfə rədd etmişdi. Sonra Sims prezident Teodor Ruzveltə bu fikirlə müraciət etmiş və yalnız bundan sonra onun təkmilləşdirilmiş ideyası qəbul olunmuşdu.
Bütün bunlar ağıllı insanlar və mövcud şirkətlər barədə sadəcə əyləncəli nümunələr deyildir, onlar həmçinin faktiki olaraq yeni və yaradıcı ideyalara qarşı qeyri-obyektivliyin və ayrıseçkiliyin mövcud olduğunu əks etdirir.
Uorton Cenifer Müllerin başçılıq etdiyi araşdırmalar qrupu ilə birgə bir təcrübə keçirir. Təcrübə iştirakçılarına iki test verilir. Birinci test onların yaradıcılıq və praktika ilə bağlı gizli qavrayışını ölçməyə xidmət edir. İştirakçılara sözlər cütünün iki qrupu göstərilir və üstünlük verdiyi ifadəni seçmələri təklif edilir. Cütlüklər kreativliyi (yeni, ixtiraçı, original) əks etdirə bilən sözləri və ya praktikliyi əks etdirən (funksional, faydalı, konstruktiv) sözləri müsbət (yaxşı, gün işığı, sülh) və ya mənfi (çirkin, pis, çürük) sözlərlə birləşdirərək yaradıldı. Beləliklə, hər raundda iştirakçılar “yaxşı orijinal” və ya “pis praktiki” kimi ifadələrdən üstünlük verdiklərini seçirdilər.
İkinci test isə onların yeni, yaradıcı ideyalara qarşı olan hisslərini açıq şəkildə aydınlaşdırmaq üçün işlənib hazırlanmışdı. Bu testdə iştirakçılardan xahiş olunur ki, onlar sadəcə kreativlik və praktikilik ilə bağlı hisslərini 1-dən 7-yə qədər şkalada qiymətləndirsinlər.
Tədqiqatçılar görürlər ki, iştirakçıların çoxusu həmin şkalada kreativliyə qiymət verib, lakin yaradıcı söz birləşmələrindən çox praktiki ifadələri seçiblər. Bu da öz növbəsində niyə bu qədər məşhur kreativ ideyanın ilk dəfədən rədd edildiyini izah edir. Bu məsələ dövrümüzdə də aktual məsələlərdən biridir, eyni qeyri-müəyyənlik halı bir çox şirkətlərə xasdır.
Şirkətin ömrünü uzada bilən ideyalar çox tez rədd edilir və “öldürülür”. “İdeyaların məhv edilməsi” probleminin bir mümkün həll yolu vardır ki, o da ənənəvi iyerarxiyadan uzaqlaşıb irəliyə getmək üçün struktur ideyaları dəyişməkdir və ideyaları tapıb təsdiqləmək üçün bu iyerarxiyadan istifadə etməyib, təsdiq prosesini bütün təşkilata yaymaqdır. Bu yanaşma Rhode Island-based Rite-Solutions tərəfindən uzun onilliklər boyunca istifadə edilmişdir. Onlar öz daxili veb-saytlarında “ideyalar bazarı”nı qurmuş; istənilən şəxs bura öz ideyasını göndərə bilər və onu “Qarşılıqlı Əyləncə” adlanan bazarda “səhm” kimi siyahıya sala bilər. Hər bir işçiyə öz ideyasına “investisiya qoyuluşu” edə bilməkdən ötrü virtual valyutada 10000 dollar verilir. İnvestisiyalara əlavə olaraq əməkdaşlar özlərinin dəstəklədiyi layihə ideyaları üzərində könüllü kimi işləməyi də təklif edirlər. Əgər ideya kifayət qədər dəstək yığarsa, layihə təsdiqlənir və onu dəstəkləyən hər bir kəs layihə gəlirindən pay alır. Sadəcə bir neçə il ərzində proqram tamamilə yeni sahələrdə kiçik artan dəyişikliklərdən tutmuş məhsullara qədər şirkətə böyük gəlir gətirmişdir. Elə yarandığı birinci il “Qarşılıqlı Əyləncə” şirkətin yeni biznes inkişafının 50%-ni təşkil edirdi.
İdeya bazarı yeni ideyaların tanınması və bütün şirkət boyunca onların işlənib hazırlanması mədəniyyətini, tanınma prosesinin demokratikləşməsini yaratmışdı.
Bundan başqa, bu ideyalar bazarı şirkətdə hər kəsin yaxşı ideyaları olduğunu göstərən fərziyyələr üzərində qurulan bir sistemdir. Bu bazar sadəcə həmin ideyaları tapmaqla onları daha yaxşı edir. Deməli, innovasiya məsələsi ideya-həll deyildir, tanınma-həll prosesidir.
Mənbə: hbr.org
İnnovasiya ideya problemi deyil
13:35
2 Avq 2016