Azərbaycanda ilk Azad İqtisadi Zonanın (AİZ) yaradılmasına hazırlıq gedir.
FED.az xatırladır ki, biznes və investorlar üçün xüsusi vergi-gömrük güzəştlərinin olduğu bu zona Ələt qəsəbəsində yaradılacaq.
AİZ-in hansı qaydalarla idarə ediləcəyi, burada sahibkarlar üçün tətbiq ediləcək yeniliklər və digər məsələlərlə bağlı FED.az-ın suallarını Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibinin müavini, ASK-nın Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Xaqan Hümmətzadə cavablandırır.
- Xaqan müəllim, Ələt İqtisadi Zonası ilə bağlı bir çoxlarında, o cümlədən sahibkarlarda belə bir gözlənti var ki, orada vergi-gömrük cənnəti yaradılır. Fərqli qaydalar, hətta fərqli məhkəmə olacaq və ümumiyyətlə bizim bəzi qanunlarımız bu ərazidə işləməyəcək. Doğrudanmı belə olacaq, yoxsa biz nəyisə düz başa düşmürük?
- Əslində bildiyiniz kimi, Ələt Azad İqtisadi Zonası (AİZ) haqqında qanun daha öncə qəbul edilib. Lakin o qanunun özündə də qeyd edilib ki, onun qüvvəyə minməsi üçün Azərbayanın digər qanunvericilik aktlarına dəyişiklik edilməsinə ehtiyac var. Və bu dəyişikliklər də tədricən edilməkdədir.
Bura Gömrük Məcəlləsi və Vergi Məcəlləsinə edilən dəyişikliklər aiddir. Eləcə də digər qanunvericilik aktlarına edilən dəyişikliklərdə Ələt AİZ barədə qeydlər əksini tapıb.
- Bu dəyişikliklər ümumilikdə nədən ibarətdir?
- Əgər biz o qanunvericiliyə və Ələt AİZ ilə bağlı digər tənzimləmələrə baxsaq, görərik ki, orada «Əsas iqtisadiyyat» anlayışı var. «Əsas iqtisadiyyat» dedikdə – Azərbaycan Respublikasının bu zonadan başqa hissəsi nəzərdə tutulur. Bu o deməkdir ki, Ələt AİZ-nin özünün qanunvericiliyi var və burada əməliyyatlar vergidən, o cümlədən ƏDV-dən azad ediləcək.
- Deməli Ələt Azad İqtisadi Zonasında ƏDV olmayacaq?
- Hələlik bu zona işə düşmədiyinə görə, əsas iqtisadiyatdan alınan malların Ələt AİZ-da necə qiymətləndirilməsi məsələsi müəyyən qədər suallar doğurur, yəni tam aydın deyil. Çünki bu bütün Azərbaycan iqtisadiyyatı üçün müəyyən təsirlərə səəb ola bilər.
- Nəzərdə tutursunuz ki, bütün şirkətlər vergi olmadığına görə oraya üz tuta bilər?
- Bəli, ona görə də burada birbaşa Ələt AİZ-na daxil olan və istehsal məqsədinə və daha sonra ixraca yönəlmiş məhsulların əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur. Yəni bu o demək deyil ki, həmin məhsullar yenidən ƏDV-siz Azərbaycana qaytarılsın. Məsələyə daha geniş baxsaq, burada ümumilikdə ticarət və vergi məsələlərinin tənzimlənməsi var.
- Ələt Azad İqtisadi Zonasında gömrük olacaq?
- Orada gömrük nəzərdə tutulmur. Daha dəqiqi gömrük deyiləndə yalnız xidmət haqları, məsələn brokerlərə görə ödənilən xidət haqları nəzərdə tutulur. Çünki Ələt AİZ səlahiyyətli qurum olsa da və dövlət tərəfindən yaradılsa da, bura bir şirkət məntəqi ilə idarə ediləcək. Onun da məqsədi burada istehsalın və ixracın, xüsusilə də qeyri-neft sektorunun yaradılmasıdır.
- Bəs burada məhkəmə sistemi necə olacaq?
- Burada bizim qanunvericilik aktlarında indiyədək görmədiyimiz Arbitraj məhkəməsinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Məsələ bundadır ki, bizim ümumi, yəni Əsas iqtisadiyyat adlandırdığımız (Ələtdən kənar) ərazidə yalnız beynəlxalq arbitraj adlandırdığımız normalar var. Ələtdə isə Arbitraj mərkəzinin və mübahisələrin həlli ilə bağlı digər qurumların yaradılması nəzərdə tutulur.
- Yəni orada - Ələt AİZ-da iki sahibkar arasında mübahisə yarananda onlar gəlib, məsələn, Bakı Kommersiya məhkəməsində iddia qaldırmayaaqlar, elədirmi?
- Bəli, bura gəlməyə ehtiyac qalmayacaq, elə orada mübahisyə baxılacaq. Adətən arbitrajla bağlı - buna arbitraj qeyd şərti və ya arbitraj maddəsi deyirlər və bu müqavilədə nəzərdə tutulmalıdır. Yəqin ki, Ələt AİZ-də başlanan iqtisadi fəaliyyətdə bu şərtlər nəzərdə tutulacaq.
- Azad İqtisdi Zonasını digər ərazidən fərqləndirən başqa hansı xüsusiyyət olacaq?
- Başqa maraqlı məqam odur ki, Ələt Azad İqtisadi Zonasında işçi dili ingilis dili olacaq. Yəni bu ərazidə dövlət dili ilə yanaşı, ingilis dilinin də işçi dil kimi qeyd olunması nəərdə tutulur. Bu da göstərir ki, AİZ-dəki məhkəmə sisteminin özündə belə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi deil, ingilis ümumi hüququ, beynəlxalq ticarət normalarının tətbiqi də nəzərdə tutulur ki, bu da investorlar üçün çox önəimlidir.
- Bu nə deməkdir?
- Məsələ bundadır ki, investor Sinqapurda da, Honqkonqda da, Londonda da, ingilis ümumi hüququ ilə və ya beynəxalq ticarət normaları ilə fəaliyyət göstərir. Və o Ələtə gələndə görəcək ki, burada da mübahisə yaransa, ona dünyanın hər yerində öyrəşdiyi qaydalar tətbiq olunacaq.
- Əslində bu təbiidir, xaricdən gələn investor əmin olmalıdır ki, bura gəlsə və bir mübahisə yaransa, o hansısa məhkəmədə hansısa hakimin şıltaqlığı ilə üzləşməyəcək. Elədirmi?
- Həm bu məsələ var, həm də yerli qanunvericiliyin spesifikası var. Yəni investor bütün yerli qanunvericiliyi öyrənmək istəmir. Bildiyi qaydalarla işləməyə üstünlük verir. Digər tərəfdən investor yatırım edəndə, onun üçün önəmli məsələlərdən biri gələcəyin ehtimal edilə bilən olması, yəni riskləri, gəliri və mənfəəti əvvəlcədən proqnozlaşdıra bilməsidir.
Orada hətta elə normalar var ki – məsələn, vergi və sairlə bağlı – investor buraya hansı şərtlərlə daxil olursa, o şərtlərə qarantiya verilir ki, o şərtlər uzun müddət saxlanılacaq, dəyişməyəcək.
- Yəni gələcəkdə vergi dərəcələri v ya hansısa qaydalar dəyişsə, də investor üçün qaydalar olduğu kimi qalacaq?
- Bəli, bəli, investor buraya hansı şərtlərlə daxil olubsa,bu şərtlər uzun müddət dəyişməyəək. Bu təcrübə xaricdə geniş yayılıb. Məsələn, Mersedes şirkəti Rusiyada zavod açarkən ona qarantiya veridi ki, qarşıdakı 10 il müddətində, hətta Rusiyada dəyişklik olsa belə, bu şirkət, bu zavod və investisyaya münasibətdə heç bir dəyişiklik olmayacaq. Yəni, məsələn, vergi dərəcəsinin dəyişməsinin ona təsiri olmayacq. Bu da investora imkan verir ki, 10 il sonrakı vergi xərclərini indidən görsün və pronozlaşdırsın.
- Əslində bu çox maraqlı məqamdır. Çünki bizim iş adamlarımız, eləcə də xarici sahibkarlar vergi qanunvericiliyinin tez-tez dəyişəsindən şikayətlənirlər. Hətta bəzən shibkarlar yeni il başlayana qədər bilmirlər ki, bu dəyişiklik nədən ibarət olacaq. Halbuki investorlar bir il deyil, 5-6 il əvvəldən öz planlarını müəyyən etməlidirlər. Məsələn, Vergi Məcəlləsinin ilkin variantında vergi dərəcələrinin artırılmayacağı yazılsa da, sonradan bu baş verdi...
- Məsələ təkcə vergi dərəcəsinə deyil, onun necə hesablanmasına da aiddir. O cümlədən vergitutma bazası necə müəyyən edilir. Yəni bəzən vergi dərəcələri deyil, digər məsələlər də investorun çəkinməsinə səbəb ola bilir.
Xüsusilə, Ələt İqtisadi Zonasında - biz burada böyük invetisiyalardan, istehsalın qurulmasından və xaricə ixracından danışırıq. Məqsəd budur ki, istehsal olunan məhsulun ən azı 50%-i ixraca yönəlsin.
Böyük investisiyaların isə geri dönüşü uzun illər – 10-20 il çəkir. Vergi, gömrük və huquq sisteminin sabitliyinin əhəmiyyəti odur ki, investorlar investisiya yatıranda 10-20-30 ili düşünürlər.
- AİZ-da yaradılan imkanlar təkcə xaricilərə deyil, bizim iş adamlarımıza da maraqlıdır, məsələn, bizim söhbəti dinləyən iş adamı fikirləşər ki, burada işləsin və bunun üçün də xarici ölkədə bir şirkət yaradıb həmin şirkət vasitəsilə Ələt Azad İqtisadi zonasına daxil olaraq burada işləsin. Çünki o bilir ki, bu müəssisəni Ələtdə deyil, məsələn Qaradağda açsa, bütün yerli vergi və gömrük qunanvericiliyinin təsiri altında işləyəcək. Bizim yerli iş adamlarının da burada – Ələt AİZ-də işləməsi mümkündürmü?
- Bu mümkündür, amma bunun üçün bizim iş adamlarının pulu xaricə aparıb oradan qaytarmasına ehtiyac da yoxdur. Çünki qaydalara görə, burada işləyənlər Azərbaycan rezidentləri də, yəni fiziki və hüquqi şəxslər ola bilər və onlar gələb burada öz istehsallarını qura bilərlər. Amma böyük ehtimalla burala layihələrə icazə verəndə onlar dəyərləndiriləcək.
- Layihələrin dəyərləndirilməsi deyəndə nəyi nəzərdə tutursunuz?
- Yəni burada hər bir layihə deyil, istehsala və ixraca yönəlmiş layihələrə üstünlük veriləcək. Çünki Ələt AİZ məhdud ərazidə yerləşir və ona görə də burada daha ambisiyalı layihələrə üstünük veriəcək.
- Ələt AİZ-də icazə veriləcək layihələrin məbləği ilə bağlı hansısa minimum hədd olacaqmı?
- Hələlik qanunda belə hədd yoxdur, amma ola bilər gələcəkdə nəzərdə tutulsun. Qanunda yazılıb ki, burada daxili qaydalar da olacaq. Ola bilər həmin qaydalarda investisiyanın minimum məbləği ilə bağlı belə bir kriteriyalar olsun.
- Doğrudan da, layihələrə fərdi baxılması neqativ hallara səbəb ola bilər
- Bəli, sözsüz ki, müəyyən meyarlar kriteriyalar olmalıdır.
- Xaqan müəllim demək olarmı ki, bu ərazidə Azərbaycan Konstitusiyası işləməyəcək?
- Xeyr, Azərbayan Konstitusiyası işləməyəcək deyəndə biz burada yeni bir dövlətdən danışmırıq. Konstitusiyada əsas məsələlər nədir - suverenlik – sözsüz ki işləyəcək. Cinayət qanunvericiliyi – bu da işləyəcək. Amma yuxarıda qeyd etdiyimiz kimi, vergi gömrük, məşkəmə və sair sahələrdə Ələt AİZ-nin qanunverciliyi tətbiq ediləcək.