İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyicisi obyektin bir hissəsini mehmanxana kimi işlətmək istəyirsə, sadələşdirilmiş vergi ödəyə bilərmi?
Eləcə də bax: Şirkəti kim idarə etməlidir - TƏSİSÇİ, YOXSA CEO - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən "AZƏRTAC"-a bildirilib ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Həm ictimai iaşə, həm də mehmanxana fəaliyyəti ilə məşğul olan şəxslərin mehmanxana fəaliyyəti üzrə əldə etdiyi gəlirlərinə mənfəət vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Buna əsasən, vergi tutulan əməliyyatların həcmi 200 min manatdan çox olan həmin şəxslər hər iki fəaliyyət üzrə mənfəət vergisinin və ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərməklə əldə olunan gəlirlərindən mənfəət vergisini və ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.