Azərbaycan Konstitusiya Məhkəməsi məhkəmə qərarının icra edilməməsinə görə, icra xidmətinin əməkdaşlarının qərarından şikayət edilməsi qaydasını dəqiqləşdirib. FEDöaz-ın məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin oktyabrın 10-da keçirilən plenumunda qərar qəbul edilib.
Qeyd edək ki, «İcra haqqında» Qanunun 20-ci maddəsinə 30 dekabr 2016-cı ildə edilən dəyişikliüə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən icra məmuruna verilib. Başqa sözlə, icra məmurları qanunda nəzərdə tutulan halarda məhkəmə qərarının icrasını saxlayaraq ona xitam verə bilər.
Bu dəyişiklik, məhkəmənin iştirakçısı olan tərəflərdə məhkəmənin qanuni qərarının icra edilməyəcəyi ilə bağlı narahatlıq yaradıb. Ona görə də icra məmurlarının belə qərarlarından şikayət verilməsi mexanizminin dəqiqləşdirilməsinə etiyac yaranıb.
Məhz buna görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək “İcra haqqında” qanunun 20-ci maddəsinin şərh edilməsini xahiş edib. Məsələ bundadır ki, qanunda bildirilir ki, icra məmuru məhkəmə qərarının icrasını daynadırdıqda, qarşı tərəf bu qərardan 10 gün ərzində məhkəməyə şikayət edə bilər. Amma qanunda şikayətin hansı məhkəməyə verilməsi göstərilməyib. Konstitusiya məhkəməsi də bu məsələni dəqiqləşdirib.
Plenumun qərarından məlum olur ki, icra məmurunun qərarın icrasını dayandırması və ya ona xitam verməsi ilə iş bitmir.
Belə ki, icra məmuru məhkəmə qərarının icrasına xitam verildiyi barədə qərarını 3 gün ərzində həmin qərarı çıxaran məhkəməyə göndərməlidir. Öz növbəsində məhkəmə icra məmurunun bu qərarının (yəni işin dayandırılmasının) qanuniliyini yoxlamaq hüququna malikdir.
Qərarda o da deyilir ki, əgər məhkəmə tərəfi qərarın icrasının dayandıılmasından narazı qalarsa, icra məmuruna qarşu iddianı icra məmurunun məlumat verdiyi məhkəmədə qaldıra bilər.
Qərara əsasən:
- “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər;
- icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
İcra məmurundan şikayətin yolu açıqlandı – YENİ QƏRAR
08:46
30 Okt 2017