İtalyan moda brendi "Prada", ölkənin daha bir simvolu olan "Versace"ni almaq üçün çoxdan gözlənilən addımı atıb.
Bakıda “Azerbaijan Fashion Week” moda həftəsi başlayıb
FED.az xəbər verir ki, "Capri Holdings" tərəfindən uzun müddətdir satılacağı ilə bağlı xəbərlər yayılan "Versace" 1 milyard 375 milyon dollara "Prada"ya satılır.
Bu addım ilə İtaliyanın 2 ən böyük moda şirkəti birləşəcək.
"Prada"nın direktoru Patrizio Bertelli deyib: ""Versace"nin mirasını, cəsarətini və zamansız estetikasını mənimsəyərək və yenidləyərək davam etdirməyi hədəfləyirik."
"Prada"nın "Versace" üçün təklif etdiyi alış qiyməti, 2018-ci ildə "Versace"ni əldə etmək üçün "Capri Holdings" tərəfindən ödənilən təxminən 2,15 milyard dollarlıq (borc daxil olmaqla) ümumi ödənişlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. O zaman "Capri Holdings" (əvvəlki adı "Michael Kors") "Versace"ni brendin təsisçi ailəsindən və özəl özəl investisiya şirkəti "Blackstone"dan almışdı.
"Prada SpA" şirkəti, "Versace"ni İtaliyanın ən böyük moda qrupu kimi mövqeyini gücləndirmək məqsədi ilə 1,38 milyard dollar nağd pula satın alır.
İki şirkətin yaydığı açıqlamaya görə, milyarder dizayner Miuccia Prada və Patrizio Bertellinin nəzarətində olan "Prada SpA" şirkətinin "Versace"ni satın alınmasının bu ilin ikinci yarısında tamamlanması gözlənilir.
"Prada"nın 112 illik tarixində ən böyük alış olacaq bu razılaşma, "Versace"nin italyan sahibliyini yenidən qaytaracaq.
"Prada", 1970-ci illərdə Gianni Versace tərəfindən yaradılan və hazır geyim dizaynları ilə tanınan "Versace"ni almaq üçün uzun müddətdir danışıqlar aparırdı. (Marja)