06.11.2025-ci il tarixdə saat 12:00 da "Bakı İnşaat-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq “ZOOM” elektron platforması vasitəsilə (link: https://us05web.zoom.us/j/89654322629?pwd=faTsCVZqJAV7elBS8KvtvazabENWRA.1) baş tutacaq.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə kreditin cəlb edilməsi və xüsusi əhəmiyyətli əqdin bağlanması daxildir.
5 milyon 062 min 556 manat nizamnamə kapitalına malik olan "Bakı İnşaat-2” ASC 26 iyul 2005-ci ildə dövlət qeydiyyaına alınıb. Qanuni təmsilçisi Ramil Səfərov Rafiq oğludur. Hüquqi ünvanı AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev.MƏHƏLLƏ 3097 ünvanıdır.