“ONTOP Boulinq İdman və Əyləncə Mərkəzi”nin marketinq və korporativ satış üzrə meneceri Hüseynağa Əliyevin FED.az biznes xəbər saytına müsahibəsini təqdim edirik.
Hüseynağa bəy, son vaxtlar bouliq idman oynuna maraq daha da artıb. Fərdi müştərilərlə yanaşı korporativ müştərilərin sayında artım müşahidə olunubmu?
Bildiyimiz kimi, boulinq idman oyunu olmaqla yanaşı, eyni zamanda əyləncənin bir növü hesaba edilir və ölkəmizdə ildən ilə inkişaf edir. Senvindirici haldır ki, bu oyun fərdi haldan korporativ hala keçib. Yəni bu oyuna fərdi müştərilərdən daha çox korporativ müştərilər müraciət edir. Demək olar ki, hər il korporativ turnirlərin sayı artmaqdadır və bu tendensiya davam edir. Bu tipli korporativ tədbirlərin təşkili həmin şirkətdə daxili kommunikasiyanın, “HR Branding”in, həmçinin daxili PR-ın inkişafında böyük rol oynayır. Ümumiyyətlər, boulinq oyunu “Bir olmaq dəyərini yüksəldir”
İri korporativ müştəriləriniz adlarını qeyd edə bilərsinizmi?
Bildiyimiz kimi, ONTOP artıq bir neçə ildir ki bazarın tanınmış əyləncə və idman brendinə çevrilib. Fəaliyyətimiz dövründə müştərilərimizə daha keyfiyyətli xidmətlər göstərməklə iri korporativ müştərilərin etbarını qazanmışıq. Deyə bilərəm ki, bu müştərilərimiz sırasına iri holdinq, maliyyə qurumları və şirkətlər, o cümlədən “PAŞA Holding”, ABB, Veysəloğlu şirkətlər qrupu, Avrora Qrup, Bank Respublika, Meqa Həyat Sığorta, Azərbaycan Banklar Assosiasiyası, Rabitəbank, Kontakt Home, KPMG, Baker Tilly, Norm Sement , Nobel Farm, Engin , Borusan Makina, Marsol, Hilal Kursları, Alman-Azərbaycan Xarici Ticarət Palatası və şirkətlər daxildir.
Korporativ müştərilərlə bağlı hansısa güzəştlər tətbiq edilirmi, və ya xüsusi kampaniyalar elan olunurmu?
ONTOP olaraq, korporativ müştərilərimizə özəl yanaşmamız nəticəsində, xüsusi endirim və güzəştlərimiz hər zaman qüvvədədir. Hətta bir neçə şirkətin əməkdaşları üçün xüsusi endirimli tarifləri də mövcuddur.
Korporativ müştəri bazasının daha genişləndirilməsi istiqamətində hansı addımlar atmaq niyyətindəsiniz?
Ontop Boulinq korporativ müştəri bazasının genişlənməsi üçün bir neçə istiqamətdə addımlar atmaqdadır. Bildiyimiz kimi bunlardan biri “korporativ müştərilərlə iş” bölməmizdir ki, bu bölmə daim yeni şirkətlərin cəlb olunması sahəsində durmadan çalışır. Korporativ müştərilər üçün xüsusi paketlərin tətbiqi irkətlərarası və bu tipli turnirlərin keçirilməsi iştirakçı şirkətlərin daxili turnirlərin keçirilməsinə marağını daha da artırıb.