Azərbaycanın milli brendi olan “Ulduz” şokolad fabriki məhsullarını 20-dən artıq ölkəyə ixrac edir.
FED.az xəbər verir ki, bunu “Veysəloğlu” şirkətinin Biznesə dəstək üzrə baş direktoru İlqar Nuri açıqlamasında deyib.
İ.Nuri bildirib ki, 2010-cu ildən fəaliyyət göstərən şirkət “Veyseloglu Georgia”nın əsas məqsədi Gürcüstanda satışı və məhsulların daha çox şəbəkəyə paylanmasını həyata keçirməkdir: “Sevindirici haldır ki, bugün orada dükanlara girəndə biz öz məhsullarımızı görürük. Biznesin əsas məqsədi genişlənmək və böyüməkdir. Bu böyümək də həm daxili bazarda baş verir, həm də xarici bazara çıxmaqla o bazardakı potensialdan istifadə etməklə yaranır”.
Baş direktorun sözlərinə görə, “Ulduz” şokolad fabrikinin məhsullarının satışı xaricdə uğurla həyata keçirilir. Təbii ki, bu, biznes məqsədlərindən əlavə, həm də milli bir brenddirvə əsas missiya “Made in Azerbaijan” brendi altında “Ulduz” şokolad fabrikinin məhsullarının satışını bütün dünyada həyata keçirməkdir: “Biz bazarı daha da genişləndirmək istəyiriksə, təbii ki, orada müştərək şirkətlərin, biznes münasibətlərinin qurulması daha məqsədəuyğun olar”.
İ.Nuri bildirdi ki, “Ulduz” şokolad fabrikinin məhsulları 20-dən artıq ölkəyə ixrac olunur:
“Bu siyahıda MDB ölkələri üstünlük təşkil edir. İstehsalın təxminən 20%-ə qədəri ixraca, 80%-i isə ümumdaxili bazara yönəldilir. Biz yerli istehsalı artırmaqla idxalı da azaltmış oluruq. Bu, ölkədən valyuta çıxışını da azaltmış olur. İxracı artırmaqla da bağlı bizim öz missiyalarımız var. Bu istiqamətdə sərgilərdə iştirak edirik, eyni zamanda “AZPROMO”nun təşkil etdiyi sərgilərdə olururq”.
Şirkət istehsal gücünü daha da artırmaq istiqamətində də çalışır: “İstehsal gücümüzün artması bizim qısa zamanda ixracat və potensialımızı artıracaq, həm də daxili bazarda genişlənərək idxal olunan məhsulların payının aşağı düşməsi ilə nəticələnəcək”.
Şokolad istehsalından əlavə şirkətin həm də karamel istehsalı xətti var. İ.Nuri hesab edir ki, bu sahədə hələ ki, perspektivlər çoxdur. Nəzərə alsaq ki, qənnadı sahəsində idxal faizi hələ də çox böyük olaraq qalır, ona görə də iş adamları bu sektora böyük inam bəsləyirlər.
Qeyd edək ki,Ş 3-4 il əvvəl qənnadı bazarının 15-20%-ini ümumdaxili istehsal təşkil edirdisə, indi bu rəqəm təxminən 40%-ə qədərdir.
"Gürcüstanda bizim şokoladı sevirlər" - ŞİRKƏT RƏHBƏRİ
14:09
29 Mart 2018