Gürcüstanın məşhur mineral suları ölkənin növbəti ixrac məhsuluna çevrilməkdədir.
FED.az xəbər verir ki, son illər gürcü mineral suları üçün yeni bazarlar yaranıb – bu Yaxın Şərq ölkələridir.
26 min çayı, 800 gölü olan Gürcüstanda 2 mindən artıq mineral su mənbəyi var. Son vaxtlar dünyada iqlimin dəyişməsi su ehtiyatlarınnı idarəçiliyində yeniliklər gətirmələ yanaşı, suyun xaricə ixracı ilə bağlı yeni bazarlar yaradıb.
Quraqlıqdan əziyət çəkən Yaxın Şərq ölkələri yenidən mineral sular bazarına qayıdır. Gürcüstan mineral suları onlara hələ SSRİ dövründən tanışdır və nəticədə Gürcüstandakı mineral su zavodlarına milyonlarla investisiya qoyulmağa başlanılıb.
Gürcüstanda son illər mineral sular bazarında çoxsaylı yeni markalar yaranıb. Ölkədə ümumilikdə mülicəvi məqsədlərlə istifadə oluna bilən 730 növdə mineral su var. Hələlik onlardan çüzi hissəsi - 11 növü müalicə məqsədilə istehsal edilib istifadə olunur. Onların arasından isə cəmi 5 brend öz potensialını reallaşdıra bilir, bunlar - Borjomi, Nabeqlavi, Sairme, Mitarbi və Flate sularıdır.
Gürcüstanın mineral sular bazarını araşdıran «Euromonitor»un tədqiqat qrupu bildirir ki, Borjomi sularə əvvəlki kimi satışların lider olmasa da, onun barəsində məlumatın böyük olması, eləcə də keyfiyyətinə olan böyük inam - şirkətin digər brendlərinin də satışını artırıb və bununla da şirkətin portfelini böyüdüb.
Hazırda «Borjomi Georgia» butulkada satışların lideri olsa da, «Healthy Water» şirkətinin istehsalı olan «Nabeghlavi» qazlı suları da sürətlə artmaqdadır. Əvvəllər daha ucuz brend kimi yaradılan «Nabeglavi» sonradan ciddi bazarlarda da yerini bərkidib.
Yeri gəlmişkən, bu suların hesabına Gürcüstanın kurortları da məşhurlaşır. Artıq Borjomi, Bakuryani və Nabeqlavi ilə yanaşı, bu siyahıya Sairme (Kutaisinin 55 kilometrliyi), Luqela, Zvare, Tsxaltubo, Şovi də daxildir.
Bazarda yeni olan daha bir brend «Qudauri» mineral suyudur, onun ilk ixrac hədəfi Rusiya bazarı olsa da, gələcəkdə Səudiyyə, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə də ixrac olunacaq.
Gürcüstanın statistika xidmətinin məlumatına görə, 2020-ci ildə ölkədən mineral su ixracının həcmi 132,6 milliona dollar olub. Butulkada ixrac olunan şirin suyun həcmi 1 million dolara çatıb ki, bu da 17,6% artım deməkdir.
Hələlik Gürcustan suları üçün ən böyük bazarlar Rusiya (60 milyon dollar), Ukrayna (23 milyon dollar) Litva (15 milyon dollar) və Qazaxıstandır (14 milyon dollar). Daha sonra siyahıda Belarus, Özbəkistan, Moldova, Azərbaycin, Qırğızstan, Taciikistan, Türkmənistan, Çin, Yaponiə, Ermənistan və Türkiyə gəlir.
Bundan başqa, gürcü mineral suları İsrail, Yunanıstan, Almaniya, ABŞ və Kanadaya ixrac edilir. 2020ci ilin ilk rübündə koronavirus səbəbindən satışlar 11% azalaraq 30 milyon dollara düşüb.