Bəzi iş adamları bildirir ki, gömrük xidməti ölkəyə gətirilən mallarla bağlı təqdim olunan invoys sənədlərindəki qiymətləri nəzərə almayaraq gətirilən malları başqa üsullarla qiymətləndirir. Adətən bu qiymətəndirmə qiyətlərin artımı istiqamətində olur və nəticədə gətirilən mallara görə rüsum və vergilər də yüksəlir.
Gömrükdə 1000 dollarlıq limit dəyişdirilir – KOMİTƏDƏN AÇIQLAMA
Hətta bəzi iş adamları bildirir ki, invoys qiymətlərinə bu yanaşma heç də bütün şirkətlərə aid edilmir. Belə ki, bəzi şirkətlərin gətirdiyi mallarla bağlı sənədlər və orada göstərilən invoys qiymətləri oldğu kimi qəbul edilir. Bu isə son nəticədə ölkəyə eyni malı gətirən şirkətlər və iş adamları arasında haqsız rəqabət yaradır.
Dövlət Gömrük Komitəsi (DGK) isə bu ittihamları qəbul etmir. FED.az bildirir ki, komitənin sədri Səfər Mehdiyev yalnız şübhə doğuran invoys qiymətlərinin araşdırıldığın bildirib. Komitə sədrini sözlərinə görə, invoys qiymətlərinin araşdırılmasıilə bağlı beynəlxalq standartlar mövcuddur: «İstənilən malın rəsmiləşdirilməsi zamanı dünyada tətbiq edilən metodlar var. Bunlar Azərbaycanda «Gömrük tarifi haqqında» qanunda, Gömrük Məcəlləsində və Nazirlər Kabinetinin qərarlarında əks olunub».
Ümumiyyətlə komitə bildirir ki, ölkəyə gətirilən malların qiymətlənlrilməsi üçün 6 üsul mövcuddur. Bunlardan biri fakturaların araşdırılmasıdır: «Qaydaya görə, sahibkar orijinal kontraktı, eləcə də bağladığı müqaviləyə uyğun rlaraq malın dəyərinin köçürülməsi ilə bağlı bank sənədlərini və o fakturanın üzərində olan məlumatların həqiqiliyini təsdiq eləməlidir».
Gömrükdən çıxanların sayı açıqlandı – «GİZLİ SÖVDƏLƏŞMƏ İSTƏMİRİK»
Komitə sədri bildirir ki, iş adamının təqdim etdiyi məlumatlar gömrük sistemində sürətlə araşdırılır: «Həmin malı gətirən avtomobillər ölkəyə daxil olanla məlumatlar da bizim sistemə daxil edilir. Avtomobil gömrük idarəsindən Bakıya çatana qədər bizim risk qrupundakı əməkdaşlarımız artıq bu invoysun və fauturanın nə qədər orijinal olduğunu araşdırır».
Səfər Mehdiyev bildirib ki, bəzən təqdim olunan sənədlərın düzgün olmadığı aşkarlanır: «Məlum olur ki, o fakturanın üzərindəki məlumatlar tamamilə saxtadır. Orada verilən faks və email kodlarına daxil olunur və yoxlanılır, bəzən aşkar olur ki, dünyada belə bir şirkət yoxdur. Və bununla da həmin sənəd, yəni invoys orijinal sayılmır».
Komitədən bildirirlər ki, fakturaların düzgünlüyünə şübhə yarananda növbəti üsullara əl atılır və malın dəyəri araşdırılır: «Malın dəyərini araşdıranda isə məlum olur ki, bu məbləğ də dəfələrlə aşağı salınıb. Mən bunu bütün sahibkarlara şamil etmək istəmirəm, amma vergidən yayınmağa cəhd edən və qanuni ticarətlə məşğul olmayan insanlar arasında bu hallar baş verir».
Komitə sədri bildirir ki, gömrük xidmətindən şikayət edənlər də vergidən yayınmaq istyənlərdir: «Bizim tərəfdaşlıq ediyimiz minlərlə və yüzlərlə gözəl böyük şirkətlər, kiçik və orta sahibkarlar var ki, onlar tam qanuni və orijinal fakturalarla gəlib mallarını rəsmilişdərib aparır heç bir problem də yoxdur. Bəzi iş adamları isə mallarını gömrükdən üçüncü şəxslərin adına çıxartmağa cəhd edirlər».