Gəncə şəhərində 2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcm 14,7 milyon manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.
Dövriyyənin 14,0 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.
2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,5 faiz artaraq 126,9 milyon manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 38,4 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 30,3 faizini təşkil edib. Ödənişli xidmətlərin 17,7 faizi dövlət, 82,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.