2025-ci ilin ilk rübündə Azərbaycana Estoniyadan 1 milyon 554 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 550 min ABŞ dolları və ya 440,3 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Estoniyadan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi cəmi 4 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Estoniyanın payı 0,1% təşkil edib.