Koronavirus pandemiyası dövrünün ən qiymətli əmtəəsi, az tanınan bir parça növü “meltblovn”dur. Xüsusilə Asiyalı alıcılar Avropa istehsalçılarına tövsiyə etdikləri rəqəmlərdən sonra parça üzərində yeni bir ad qoyulub.
FED.az xəbər verir ki, tamamilə polipropilendən hazırlanan, qoruyucu geyimlərdən, maskalara qədər bir çox paltarın istehsal olunduğu bu parçaya “qızıl post” adı verilib.
Qeyd edək ki, Yunan mifologiyasında adı keçən “qızıl post” Yason mifində "Qızıl qoç dərisi" deməkdir.
Avropanın toxunmamış parça istehsalçıları birliyi (EDANA), epidemiya ilə birlikdə xüsusən də Asiyadan “mateblovn” parça üçün gələn təkliflərə inana bilməyiblər. EDANA prezidenti Pierre Wiertz deyib ki, Hong Konqdan bir alıcı “mateblovn” parça üçün 100 avro təklif edib. Bu, epidemiyadan əvvəlki qiymətdən 10 qat artıqdır.
Çində dəyəri 20-ə yüksəlib
“Mateblovn” parçasının yarıdan çoxu Almaniyanın qərbindəki Troisdorf şəhərində yerləşən "Innovatec” parça istehsalı fabrikində istehsal olunur. İllərdir su filtrləri, bandajlar, tozsoran torbaları kimi məhsullar istehsal edən fabrikdə epidemiya ilə bərabər hər şey dəyişilib. “Innovatec” sahibi Kristian Klöber deyib ki, “meltblovn”un belə bir dəyərli mal olacağını heç vaxt düşünməyib: “Asiyalı alıcıların təklif etdiyi rəqəmlər gözlərimi yaşardır”.
Hollandiyalı düşüncə mərkəzi “Clingendael” İnstitutunun çinli tədqiqatçısı Sanne van der Lugt, ölkədə epidemiyadan əvvəl 1 ton “meltblovn”un 2 min 825 dollara satıldığını, indi isə bu rəqəmin iki qat artaraq 56 min 500 dollar olduğunu bildirib: "Çin hazırda gündə 2 milyon “FFP2” maska istehsal edir. Əgər daha çox “meltblovn” olsa, daha çox məhsul verə bilərik".
Almaniyada “Innovatec”in məhsullarına tələb çox yüksək olmayıb. Ölkə maskaları istehsal etmək əvəzinə, Çindən almağı üstün tutsa da, artıq bu fikrini dəyişib. 50 şirkət 10 milyon “FFP2” və 40 milyon “OP” maska istehsal etmək üçün hökumətin tenderində qalib gəlib.
“Innovatec” şirkətinin icraçı direktoru Daniel Krumme, keçən il yeni bir istehsal xətti sifariş etdiklərini də deyib: “Epidemiya zamanı iki sərmayə etdik. Almaniyanın tələbinin 85 faizini qarşılaya bilərik. Hər il 4 milyard “OP” maska istehsal etmək gücümüz var".
EDANA prezidenti Wiertz, Avropadakı digər istehsalçıların da istehsallarını üç dəfə artırmağa hazırlaşdıqlarını bildirib: “Lakin Avropada tibbi maska istehsal etmək istəyən hər kəs “meltblovn” üçün 3-4 ay gözləmək məcburiyyətində qalacaq”.
Maşınqayırmada bazar Almaniyanın əlindədir
Tibbi ləvazimatlara olan tələb “meltblovn” parçasını istehsal edən maşınlara olan tələbatın da artmasına səbəb olub. Bu da parça istehsal edən maşınları hərəkətə gətirdi. Troisdorfdakı alman şirkəti “Reifenhauser Reicofil” “meltblovn” parça maşınları istehsalında bazar üstünlüyünü saxlayır. Dünyada istehsal olunan gigiyena və tibbi ləvazimatların 75 faizi bu şirkətin maşınlarının istehsal xəttindən gəlir.
“Reifenhauser Reicofil” direktoru Bernd Kunze epidemiya başlayanda məhsullarına tələbatın artacağını gözlədiklərini deyib: “Bunu hesablamağa başladıqda başgicəllənmə oldu. Avropa, Asiya və ABŞ-dan gələn sifarişlərin yağışı altındayıq. Normalda bir maşının istehsalı 8-9 ay çəkir. İndi 3, 5 ilə 6 ay arasında istehsal edə bilirik".