Statistika komitəsi tərəfindən 2018-ci ilin ilk 7 ayı üçün makroiqtisadi göstəricilər açıqlanıb.
FED.az xəbər verir ki, bu ilin ilk 7 ayında ötən dövürə nisbətən qiymətli metallar arasında ən çox istehsal olunan, həmçinin ən çox satılan gümüş olub. Gümüş 5,3 dəfə daha çox istehsal olunaraq 1 051,1 kq olub.Hal-hazırda anbarda 64,2 kq gümüş qalıb.Qızılın isə istehsalı 72,2% azalaraq 2 588,7 kq olub ki, hal-hazırda anbarda 153,5 kq qızıl qalır.
Mədənçıxarma sənayesində ən çox istehsalı artan gips və anhidrit 146 494,9 ton olub ki, bu da ötən dövrə nisbətən 19,8 dəfə artım deməkdir. Ən çox anbarda qalan 2,6% artımla 106,1 min ton olsada bunun hal-hazırsda 103,7 min tonu anbarda qalan bentonit olub.
Qida məhsullarında ən çox istehsalı azalan məhsullardan biri də marqarin 87% olub və bu məhsulun 1 59 tonu hal-hazırda anbarda qalmaqda davam edir.Ən çox artan isə ət məhsulları olub ki, bu il ötən ilə nisbətən 3% artaraq 180,8 min ton olub və hal-hazırda anbarda qalmayıb.Cem və marmeladlar 1,1% artıb 43 969 ton olsada onun 3 200,8 tonu anbarda qalır.
Ümumilılikdə, içki məhsulları arasında ən çox satılan araq və pivə olub digərlərinin istehsalı artsada daha çox hissəsi anbarda qalıb . İçki məhsullarından ən çox istehsalı artan Konyak 4,8 dəfə artaraq 8,2 min dkl olub, buna baxmayaraq hal-hazırda anbarda 27,8 min dkl konyak anbarda yatır. Üzüm şərabı da 34,4% artıb 922,8 min dkkl olsada , anbarda qalan pay daha çox olaraq 1 28,1 min dkl olub. Pivə isə 11,7% artaraq 2 684,2 min manat olub, həmçinin ən çox satılaraq anbarda sadecə 177,2 min dkl pivə qalıb.
Tütün məmulatlarından papiros və siqaretlərin istehsalı 4,9 dəfə artaraq 2 298,4 mln ədəd olub.
Toxuculuq məhsullarına gəldikdə isə kişilər üçün gödəkcələr və bleyzer istehsalı 4,9 dəfə artaraq 345,5 min ədəd olub və çox satılaraq anbarda sadecə 7,3 min ədədi qalıb. Pambıq lifi isə 2,6 dəfə artaraq 31 324,7 ton olmasına baxmayaraq , 7 730 ton-u başqa sözlə 24,6%-i anbarda qalıb. Xalça və xalça məmulatları 3,4 dəfə artıb 934,5 kv.m olsada, 1 664,6 kv.m-i anbardadır.
Kimya sənayesi məhsullarından azot ondan əmtəəlik-in istehsalı ötən illə müqayisədə 2,4 dəfə artaraq 1 422,9 min kub m olub və anbarda 91,3 min kub m-i anbarda qalıb. Ən çox anbarda qalan məhsul izopropil olub ki, bu məhsulun təxminən 30%-i və ya istehsal olunan 7 256,4 ton məhsulun 2 148,4 min tonu hal-hazırda anbardadır.
Rezin və plastik kütlə məmulatları arasında ən çox istehsalı bərk polipropilen borular olub ki, 3,9 dəfə artaraq 2 108,8 ton olub və bununda 297 ton-u anbarda qalıb. Ən çox anbarda qalan isə plastik məmulatlar olub ki, istehsalı 71,5% artıb və anbarda qalan hissə satılan hissədən 1,45 dəfə çox olaraq 4 214,8 min ədəd olub.
Tikinti materialları sahəsində istehsalı ötən ilə nəzərən ən çox artan hazır beton qarışığı 2,2 dəfə artımla 811,1 min ton olub və anbarda qalmayıb.Ümumən, tikinti materiallarının anbarda qalan hissəsi az olub.
Hazır metal məmulatlarından ən çox istehsalı artan mayelər üçün çən olub ki, istehsalı ötən ilə nisbətən 11 dəfə artaraq 1 108,7 ton olub.
Elektrik məhsullarında ən çox istehsalı artan 1 kV-dan çox gərginlik üçün elektrik naqillərinin istehsalı 3,1 dəfə artaraq 653 ton olub. Amma anbarda bundan 6 dəfə artıq naqil satılmamış qalıb. 1000 V-dək gərginlik üçün hesablanmış elektrik naqillərində də təxminə eyni vəziyyətdir. Onların istehsalı 30% azalıb, üstəlik anbarda ikiqat artıq – 3400 ton naqil qalıb. Televizorlar bu il istehsal olunmasada , anbarda 4 309 ədəd televizor qalıb. Elektrik paylayıcı və nəzarət cihazlarının hissələri 2,7 dəfə artsa da anbarda biri də qalmayıb.
Fəvvarə armaturunun istehsalı ötən ilə nisbətən 7,4 dəfə artaraq 72,5 ton olub.Minik avtomobillərinin də istehsalı 9 dəfə artaraq 269 ədəd olub ki, bununda 40%-i başqa sözlə 108 ədəd anbarda qalıb.