Dünyada fastfud sənayesinə maraq hər il daha da artır və bu bazarın dəyişməz lideri “McDonald's” olaraq qalır.
“McDonald’s Azərbaycan” səhm buraxmaqla kapitalını 3.2 milyon manata çatdırıb
Hazırda şirkətin dünyanın təxminən 100 ölkəsində 40 mindən çox restoranı fəaliyyət göstərir. Qlobal şəbəkənin yarıdan çoxu isə üç əsas bazarda - ABŞ, Çin və Yaponiyada cəmləşib. Bu da göstərir ki, brendin əsas dayaqları həm klassik Amerika bazarı, həm də sürətlə böyüyən Asiya regionudur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “McDonald's”ın vətəni olan Amerika Birləşmiş Ştatları restoran sayına görə açıq fərqlə liderdir. ABŞ-da 13 557 “McDonald's” məkanı fəaliyyət göstərir.
Şirkətin ən çox təmsil olunduğu ölkələrin ilk beşliyi belədir:
ABŞ - 13 557
Çin - 6 820
Yaponiya - 2 989
Fransa - 1 589
Kanada - 1 489
Azərbaycan isə “McDonald's” restoranlarının sayına görə dünyada 69-cu pillədə qərarlaşıb. Hazırda ölkəmizdə 29 “McDonald's” məkanı fəaliyyət göstərir. (Modern.az)











