«Doing Business 2020» hesabatına düzgün məlumat verilməməsi ilə bağlı Dünya Bankının apardığı araşdırma Azərbaycan üçün yaxşı sonluqla bitib.
FED.az xəbər verir ki, Dünya Bankı «Doing Business 2020» hesabatı ilə bağlı araşdırmanın nəticəsi olaraq Azərbaycanın mövqeyni bir qədər də yüksəldib.
Bu barədə İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
“Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınan məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib.Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılan islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub.Aparılan müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 hesabatında mövqeyi 6 pillə yaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub», - Mərkəzin məlumatında deyilir.
Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb.
Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.
Xatırladaq ki, 2020-ci il avqust ayının sonunda Dünya Bankı (DB) 2018 və 2020-ci illəri əhatə edən hesabatlarda bir sıra ölkələr üzrə məlumatların düzgün dəyişdirilməməsi şübhəsi ilə əlaqədar “Doing Business” icmallarının nəşrinin müvəqqəti olaraq dayandırılması ilə bağlı məlumat yayıb. Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
Xatırladaq ki, “Doing Business” hesabatı 190 ölkədə sahibkarlığıq mühitini 10 meyar üzrə araşdırırlar.Bunlar: yeni biznesin yaradılması üçün vaxt sərfi və maliyyə xərcləri, tikintiyə icazələrin alınması, elektrik enerjisi infrastrukturuna çıxış, mülkiyyət hüquqlarının qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, vergi ödənişi, beynəlxalq ticarətin həyata keçirilməsi, müqavilələrin icrasının təmin edilməsi və müflisləşmə prosedurudur.