İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi SMS xidmətlərinin satınalması tenderinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən “Toplu SMS xidmətinin satın alınması” ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Ata Texnologiya” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə 45 min 498,44 manat ödəniləcək. Ehtimal oluna qiymət Ehtimal olunan qiymət 48 min 832,33 manat idi.
Aşağıda adları sadalanan müvafiq xidmətlərlə bağlı bildirişlərin vətəndaşlara SMS vasitəsilə çatdırılması: - icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göndərişlərin verilməsi xidməti ilə bağlı sms bildirişi xidməti - “E-TƏBİB” mobil tətbiqində qeydiyyat zamanı göndərilən sms bildirişi xidməti - Səfərbərliklə bağlı göndərilən sms bildirişi xidməti - Əlillik ilə bağlı göndərilən sms bildirişi xidməti - Ümumi say 1,3 milyon ədəd.
Şirkət bundan öncə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 211 min 818.26 manat dəyərindəki cəmiyyətin server və kameralarla təchiz olunması üçün avadanlıqların satınalınması tenderinin qalibi olub.