Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası psixotrop və güclü təsir edən dərman preparatlarının satın alınması üzrə açıq tenderi ləğv edib.
FED.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən psixotrop və güclü təsir edən dərman preparatlarının satın alınması məqsədilə elan edilmiş tender 31 oktyabr 2025-ci il, saat 15:27-də ləğv olunub.
Ləğv edilmənin səbəbi kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (Satınalma Qanununun 36.1.1-ci bəndi) göstərilib.
Ehtimal olunan qiymət 211 min 643,38 manatdır.













