Son illər Azərbaycanda biznes sektoru genişləndikcə, eyni vaxtda bir neçə fərqli sahədə çalışan biznes qrupları da yaranır. Müşahidələr göstərir ki, bu hallarda ümumi biznes daha dayanıqlı olur.
Belə şirkətlərdən biri təqribən 10 il bundan əvvəl yaradılan «Harmony Group»dur. «Harmony Group» özündə müxtəlif fəaliyytələ məşğul olan bir neçə şirkəti birləşdirir. Bura təmizlik xidməti, xaricdən kiyəvi xammalların idxalı, «Saf Qida» və sair aiddir.
FED.az xəbər verir ki, «Harmony Group» və ona daxil olan «FCC» MMC-nin təsisçisi və direktoru Məcid Talıbov ASAN Radioya yaımlanan «Sahibkarlar Klubu» verilişində məşğul olduğu təmizlik biznesi və kimyəvi xammalların ölkəyə idxalı biznesi, bu sahədəki vəziyyət, pandemiyanın bizneslərə təsiri və bu sahədə çalışan sahbkarların üzləşdiyi maneələrlə bağlı suallarını cavablandırıb. Xatırladaq ki, «Sahibkarlar Klubu» Azərbaycan Beynəlxalq Bankı (ABB) və «ASAN Radio»nun birgə layihəsidir. Müsahibədə ABB-nin Kiçik və orta sahibkarlarla iş departamentinin baş koordinatoru Mehrac Sarıxanlı da iştirak edib.
- Məcid müəllim, siz biznesə 30 yaşında başlamısınız. O vaxta qədər nə işlə məşğul idiniz?
- 30 yaşına kimi bir neçə yerdə çalışmışam. Biznesə başlamazdan əvvəl son çalışdığım yerlər dərman depoları idi, bundan sonra «Panda boyaları»nda ekspeditor vəzifəsində çalışmışam. Daha sonra, yəni 2011-ci ildə dostumla qərara gəldik ki, bir şirkət təşkil edib öz biznesimizə başlayaq.
- Yəni biznesə dostunuzla başladınız, yoxsa ailə üzvləri ilə?
- Dostumla başladıq. Biz «Harmoni qrup»u yaratdıq, hansı ki, indi onun tərkibində çoxsaylı şirkətlər var və biz onların həmtəsisçisiyik. Direktor olaraq işləri mən idarə edirəm. Beləliklə 2011-ci ildə təmizlik şirkəti açıb işə başlamağı qərara aldıq.
- Niyə məhz təmizlik şirkəti – bu sahədən məlumatınız çox idi?
- Xeyr, bu işdən heç bir anlayışım yox idi. Sadəcə olaraq bu işə az vəsaitlə başlamaq mümkün idi deyə, bu sahəni seçdik.
- Nə qədər vəsaitlə işə başladınız?
- 3000-3500 dollar vəsaitlə bu işi qurmuşuq.
- Maraqlıdır, bəs bu gün həmin biznesə başlamaq üçün nə qədər vəsait tələb olunur?
- Bu asılıdır siz biznesə necə başlayacaqsınız – işi geniş də götürə bilərsiniz, nisbətən kiçik də.
- Sizin başladığınız miqyasda işə başlamaq üçün indi nə qədər kapital yatarım etmək lazımdır?
- Təqribən 6-7 və ya 10 min manatla işə başlamaq olar. Hərçənd onun da fəsadları var, bu gün bir çox şirkətlər bu işi, bu sahəni rahat hesab edərək işə başlayırlar. Amma bu işdə sualtı daşlar çoxdur və 3-5 ay fəaliyyətdən sonra bu sahənin çətinliklərini görüb dayanırlar.
- Bu biznesdə əsas çətinlik nədən ibarətdir? Çünki kənardan baxanda doğrudan da asan görünür - biznesə başlamaq üçün çox pul tələb olunmur, təmizlik işi də ciddi hazırlıq tələb etmir və işçilər tapmaq çətin deyil. Burada problem nədən ibarətdir?
- Bilirsiniz, xidmət sahəsi çox çətin sahədir, insanlarla işləyirsən, fərqli insanlar, onların fərqli tələbləri, hətta kaprizləri olur, bunları nəzərə almalısan. Biz ilkin başlayanda belə problemlərimiz tez-tez olurdu, çünki təcrübəsiz idik. Hətta elə olub ki, bizim işçinin ucbatından problem yaranıb, bu səbəbdən də biz işi bitirəndən sonra müştəridən ödəniş almamışıq. Hətta o müştəriyə – xanım idi – bir gül buketi də göndərdik ki, bizdən inciməsin.
Elə dövrlər olub ki, ümumiyyətlə həftələrlə işimiz, yəni müştərimiz olmayıb, səbr eləmişik, müştəriləri axtarmağa çalışmışıq. Yəni bu çox çətin prosesdir, amma zamanla bu işlər bəhrəsini verməyə başladı və nəticələr əldə etdik.
- Yəni işi qurmaq üçün intizam və sabitlik tələb olunur, eləmi?
- Nizamlı çalışmaq deyərdim, nizamlı çalışmağımız öz bəhrəsini verdi. Çalışma ilə bağlı bir məsələni qeyd edim, biz gecə-gündüz işləyirdik deyə, elə olurdu, gecə saat 1-2-yə kimi çalışırdıq, yorğun, yuxulu olurduq. Hətta bir neçə dəfə yuxulu olduğuma görə avtoqəza da törətmişəm, şükür ki, ciddi fəsadı olmadı.
- Məcid müəllim, hazırda pandemiyada müəyyən yumşalma baş verir, yəni əvvəlki gərginlik yoxdur və insanlar tədricən əvvəlki həyat tərzinə qayıdırlar. Amma bu dövrdə yaranan bəzi vərdişlər yəqin ki, qalacaqlar. Bunlar gündəlik dezinfeksiya, ya da sadəcə əllərin tez-tez yuyulması ola bilər. Sizin şirkət yuyucu maddələrin istehsalı ilə də məşğuldur. Baş verən dəyişikliklər nəticəsində sizin həmin biznes artmaqdadırmı?
- Bəli, qeyd edim ki, biz təmizlik xidməti ilə yanaşı, ölkəyə yuyucu vasitələrin xammalının idxalı ilə də məşğuluq və pandemiya ilə bağlı baş verənlər birbaşa bizim işimizə də təsir edir. Çünki biz istehsalçılarla işləyirik, yəni gətirdiyimiz xammalı onlara satırıq. Və qeyd edim ki, pandemiya bizim yerli istehsalı bir qədər təşviq elədi, yəni yerli istehsalçıların işi artdı.
- Bu necə baş verdi?
- Çünki xarici bazarlardan gələn məsulların bəzilərinə məhdudiyyətlər qoyuldu, bəzi hallarda, xüsusilə də pandemiyanın ilk dövrlərində dezinfeksiya vasitələrilə bağlı sıxıntılar oldu. Bəzi ölkələr ümumiyyətlə dezinfeksiya vasitələrinin ölkədən çıxışına qadağa qoydular. Və məcbur olaraq bizim yerli istehsalatımız formalaşmağa başladı.
- Yəni yerli istehsalçılar üçün yaxşı bazar yarandı, eləmi?
- Bəli, istehsal formalaşmağa başladı və bu gün həmin məhsulların bir neçəsi tamamilə bizim yerli istehsalatın balansına keçib. Bu da bizim işimizi artırıb. Dediyiniz kimi, əl yumaq, təmizlik, gigiyena qaydalarına diqqətin artması vərdişə çevrilib.
Əslində biz onsuz da millət olaraq təmizkarıq, amma pandemiya da bu məsələlərə diqqəti artırır, insanlar ona əməl etməyə çalışırlar. Bu da şübhəsiz ki, yerli istehsalçıların istehsal həcmini artırır.
- Siz bir neçə sahə ilə məşğulsunuz, saf qida, təmizlik biznesi və yuyucu maddələr. Olubmu ki, hansısa sahəyə başlamağa peşman olmusunuz, demisiniz, gərək bu işə girişməzdik. Ya da hanısa sahədə işə başlayıb, sonradan problemləri görərək işləri dayandırmısınız və sahədən çəkilmisiniz?
- Əli müəllim, mövcud bizneslərlə bağlı deyə bilərəm ki, biz təmizlik şirkətini təsis edəndə, biznesdən o qədər anlayşımız yox idi. Bu bizim ilk layihəmiz idi və şükür ki, uğurlu oldu.
«Saf qida» isə bizim bir növ həyat tərzimizdən irəli gələn bir biznes oldu, biz buna biznes kimi deyil, necə deyərlər məhrəm, özəl bir şey kimi baxırıq. Çünki biz özümüz 7-8 il bundan əvvəl bu həyat tərzini seçdik – təbii qidalanma və sair.
- Maraqlıdır, siz indi tam təbii qidalanırsınız?
- Buna çalışırıq, 100% deyə bilmərəm, amma az zərərə meylliyik və Saf qida layihəsi də buradan yarandı. Çünki ətrafda dost-tanış, qohum-əqraba, hansı ki, insanlara biz bunu təbliğ edirdik, adamlar başladılar bununla maraqlamağa ki, haradan təmin oluna bilərik. Onda biz həm öz təminatımızı, həm də dostların təminatı üçün bu biznesi, Saf qida layihəsini yaratdıq. Və çox istəyərəm ki, bizim bu sahədə çoxlu rəqiblərimiz olsun. Çünki bu millətimizə, dövlətimizə, xalqımıza xidmət edən bir sahədir. Bilirsiniz, qida məhsulları arasında qeyri-sağlam qidalar var. Şükür ki, biz Azərbaycan olaraq biz bunlardan daha çox qorunmuşuq. Məsələn, bizdə təbii nehrə yağı, kənd yumurtası, kənd toyuğu deyilən anlayışlar var, amma post sovet ölkələrindən bəziləri bunu itiriblər. Məsələn onlar buraya gəlib əti dadanda başa düşürlər ki, bu fərqli bir qidadır.
- Kimyəvi maddələrin idxalı isə yəqin biznes qərar olub...
- Bəli, xammalın idxalı rasional, düşünülmüş qərar olub və biz buna başlamışıq. Çünkp bizim günümüzdə cəmi 24 saatımız var. Müəyyən bir ömrümüz var, bilirik ki, qarşıda bir 20 il biznes həyatımız olacaq və biz bu zamanı, biznes həyatına ayırdığımız müddəti necə effektiv idarə edə bilərik. Kimya elə sahədir ki, düşünürük ki, gələcəkdə də istifadə ounacaq, düşünürük ki, bu həmin sahələrdən biridir. Yəni kimya sahəsinin seçimi məhz buna görə oldu. Bundan başqa, ölkəmizdə bu sahədə istehsallar hələ tədricən qurulur, düşünürük ki, zamanla buna tələbat artacaq, ona görə bu biznesə başladıq.
- Hazırda Azərbaycanda istehsal olunan kimyasal məhsullar, yəni yuyucu vasitələr və başqaları – bunların keyfiyyəti xaricdən idxal edilən məhsullarla müqayisədə necədir? Yerli məhsullar xaricilərə keyfiyyətcə çoxmu uduzur, yoxsa ümumiyyətlə geri qalmırlar?
- Keyfiyyət baxımından götürəndə, bu məsələ yerli istehsalçıdan asılıdır. Elə istehsalçı var ki, çox bərbəd məhsul istehsal edir, yəni malın keyfiyyətinin onun üçün fərqi yoxdur. Elə mal ola bilər ki, onun 5 litrini 2 manata satırlar, amma «Sirab»ın da 5 litri 2 manatdır. Əgər bu mal su ilə eyni qiymətə satılırsa, deməli burada problemlər var, yəni məhsulun keyfiyyəti çox aşağı ola bilər.
Amma söhbət belələrindən deyil, normal istehsalçılardan gedirsə, demək olar ki, artıq bu gün bazar şəraiti özü onları məcbur edir ki, keyfiyyətli məhsul istehsl etsinlər.
- Yoxsa bazarda qalmayacaqlar, eləmi?
- Bəli stardartlar, sertifikatlar tələb olunur, bu gün bizim market şəbəkələri yerli istehsalçılarla işləyir, şirkətlər marketlər üçün mallar istehsal edirlər və o mallardan müştərilər də məmnundur. Dediyim kimi, zəif, keyfiyyətsiz mal istehsal edənlər rəqabətə dözməyəcək və tədricən sıradan çıxacaqlar.
- Yəni sistem, bazar özü onları kənara atacaq...
- Bəli, amma keyfiyyətli mal istehsal edənlər, daha çox gələcəyə fokuslananlar, şirkətin böyüməsi üçün korporativləşən şirkətlər Azərbaycanda gələcəyin yerli isteşsalçılarıdır.
- Siz 3 müxtəlif, fərqli sahələrdə fəaliyyət göstərirsiniz. Sizin dövlət orqanları ilə hər hansı probleminiz və ya şikayətiniz varmı? Söhbət təkcə dövlət orqanlarından getmir, ola bilər hansısa qanun və ya onun hansısa maddəsindən gedir ki, sizin işinizə mane olur və siz onun dəyişməsini istəyərdiniz. Sizin narazı olduğunuz bir məsələ varmı?
- Var, mən çox istəyərdiim ki, bizim yerli istehsalçılara dövlət tərəfindən diqqət artırılsın. Deməzdim yoxdur, amma artırılsın.
- Konkret nəyi nəzərdə tutursunuz?
- Deyim, məsələn, xarici ölkədən Azərbaycana gətirilən məhsullara, məsələn yuyucu vasitələrə görə setifikat alınır. Bu məhsullara qrup şəklində sertifikat alınır. Amma bizim yerli isteşsalçılar müxtəlif qurumlardan, hər məhsula görə ayrıca sertifikat almalıdırlar.
- Misal çəkə bilərsinizmi, söhbət nədən gedir?
- Məsələn, bizim yerli istehsalçı şüşə yumaq üçün bir vasitə istehsal edir, qab yumaq üçün bir başqasını, əl yumaq üçün digər vasitəni istehsal edir. İstehsalçı şirkət bu üç məhsulun hər biri üçün ayrıca sertifikat almalıdır, bir illik müddətə.
- Haradan almalıdır, sertifikatı kim verir?
- Sertifikat Bizim Gigiyena və Epidemiologiya qurumundan alınmalıdır. Amma məhsul xaricdən gətiriləndə o yuyucu vasitələrin qrupuna bir sertifikat alır və məhsul ölkəyə daxil olur.
Biz təklif edirik ki, burada bərabər rəftar olunsun. Ya xaricdən gətirilən məhsulların da hər biri üçün ayrıca sertifikat alınsın. Ya da onlara tətbiq edilən qayda bizim yerli istehsaçılara da tətbiq edilsin.
- Siz özünüz hansı variantın tərəfdarısınız?
- Mən daha az sertifikat alınmasının tərəfdarıyam. Çünki bizim yerli istehsalat hələ tam oturuşmayıb. Ona maksimum dəstək olmaq və təşviq etmək lazımdır.
- Başqa hansı məsələdən narazılığınız və ya təklifiniz var?
- Bundan başqa, istərdim ki, yerli istehsalçılara sırf məlumat xarakterli dəstək verilsin. Məsələn, hansı sahədə Azərbaycana daha çox mal idxal olunur, yəni boşluqlar hansı sahədədirsə, yerli istehsalatımız hansı sahədə axsayırsa, onları təşviq edək.
- Siz dövlətdən statistik məlumatları almaq istəyirsiniz ki, yerli biznes bazardakı boşluqları müəyyən edib onu inkişaf etdirsin, eləmi?
- Bəli, bəli. Bizim istehsalçıların başı istehsalata qarışır, bazarı təhlil edə bilmirlər.
- Bildiyimə görə bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Ageniliyinin (KOBİA) ayrıca bir proqramı var. Onlar yerli sahibkarların sifarişi ilə bazarı araşdırır, özü də bu zaman xərclərin 80%-ni dövlət ödəyir, sahibkar araşdırma xərcinin yalnız 20%-ni ödəyirlər.
- Razıyam, amma bu proqram individual xarakter daşıyır. Yəni bunun üçün sahibkar özü müraciət etməlidir KOBİA-ya və sair.
Amma hansası bir prtal və ya sayt olsa ki, orada o məlumatlar yerləşdirilsin, bu yerli istehsalı təşviq edər, onun genişlənməsinə kömək edə bilər. Bu gün bizim buna ehtiyacımız var, biz neft ölkəsiyik, amma vaxtilə bizim Sumqayıtda yüzlərlə məhsul istehsal olunurdu, indi istehsal olunmur. Sadəcə o yola işıq tutmaq lazımdır ki, sahibkarlar özləri harada boşluq olduğunu bilib, ora inkişaf etsinlər.
Bizim insanlar zəhmətkeş, işləyəndirlər. Əgər belə məlumatlar olsa, onlar gecə-gündəz işləyib ondan faydalanacaq və istehsal quracaqlar.
- Mehrac müəllim, «Harmony group» Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərisi kimi bankın ən çox hansı xidmətlərindən istifadə edir?
Mehrac Sarıxanlı: - Bəli, «Harmony group» və Məcid müəllimin rəhbərlik etdiyi şirkətlər bizim bankla aktiv əməkdaşlıq edirlər. Ən çx istifadə etdikəri məhsul bizim unikal məhsullarımızan biri olan invoysun maliyyələşdirilməsi məhsuludur.
- İnvoysların maliyyələşdirilməsi – yəni şirkətlər müştərilərdən alacaqları gözənilən məbləği bankdan alırlar, eləmi?
- Bəli, tutaq ki, «Harmony group» hər hansı müştəriyə xidmət göstərib, müştəri də müqaviləyə uyğun olaraq bu məbləği 2 ay ərzində ödəyəcəkdir. Amma şirkətin indi pula ehtiyacı var, növbəti müştərilərə xidmət göstərmək, əməkhaqqı ödənişləri, xammal alışı və sair, yəni fəaliyyətini davam etdirmək üçün. Belə halda, o müştəridən alacağı vəsaiti təsdiqləyən invoysunu bizə təqdim edir, biz də orada göstərilən məbləğin 90%-ni ona ödəyirik ki, fəaliyyətinə davam etsin.
- Məcid müəllim, siz ABB-dən kredit necə, götürmüsünüzmü?
- Bəli kredit xəttimiz var, kredit də göürmüşük və hətta akkreditiv məhsulundan da istifadə etmişik. Xaricdən məhsul gətirəndə akkreditiv məhsulundan istifadə etməklə o məhsulu ölkəmizə idxal etmişik.
- ABB-nin təqdim etdiyi şərtlər sizi qane edir?
- Bəli, şərtlərdən razıyıq, digər banklarla müqayisə etsək, bu gün Beynəlxaq Bankın faizləri daha aşağıdır. Və işləyən, çalışan şirkətlərə dəstək olurlar. Yəni adamın işləmək istəyini gördüyü zaman ABB dəstək olur. Buna görə elə buradan da ABB-yə təşəkkürümü bildirmək istəyirəm.