FED.az biznes portalı LOGIX şirkətinin icraçı direktoru, ADNSU-nun müəllimi Sakit Səmədovun yazısını təqdim edir.
Eləcə də bax: BVF: "Bu il dünya əsrin ən ağır - İQTİSADİ BÖHRANI İLƏ ÜZLƏŞƏCƏK"
Əslində sistemləşmə hər zaman lazımdır. Böhran dövründə isə bilavasitə vacib şərtdir. Sistemi olmayan şirkətlərin mövcud krizisdən ən az zərərlə çıxması imkansızdır. Əslində sahibkarlar hazırkı krizis dövründə sözün əsl mənasında papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər və şirkətlərində sistemləşməni necə edəcəklərinə, nədən başlayacaqlarına qərar verməlidirlər. Hər şeyi ən incə detallarına qədər nəzərdən keçirməli, ölçüb-biçməlidirlər. Sistemi olmayan şirkətlərin krizis dövründə bir B planlarıda olmaz. Baxın inkişaf etmiş ölkələrə onlar da eyni krizisi yaşayırlar. Krizis hər kəs üçün qaçınılmazdır. Lakin vacib olan, bu krizisdən nə qədər müddətdəçıxılacaq və necə çıxılacağıdır. Onların A, B, C, planları vardır. Çünki onların bir sistemləri və standartları vardır. Sistemlərində bütün pis ssenarilərə qarşı çıxış simulyasiyaları və bu simulyasiyaları dəstəkləyən standartları mövcuddur.
Sizə çox sadə bir misal deyim. Mən SƏTƏM mühəndisi deyiləm, onlar daha yaxşı bilir. Şirkətlərdə yanğından mühafizə sistemləri olur və istənilən fövqaladə vəziyyətlərdə atılacaq addımlar əvvəlcədən təyin olunmuşdur. Hətta bina necə tərk olunmalıdır və harda toplanılmalıdıra qədər. Bildiyim qədərilə bir çox şirkətlər yanğından mühafizə tədbirləri çərçivəsində ildə 2 dəfə yanğın tətbiqatı həyata keçirirlər. Yanğın hadisəsini də bir krizis kimi təsəvvür etsək nə demək istədiyim aydın olar deyə düşünürəm. Bütün bu deyilənləri cəmləşdirərək bildirmək istəyirəm ki, mövcud vəziyyətdən səmərəli şəkildə istifadə etmək lazımdır. İşlərin seyrək olduğu bu dövrdə sistemləşməyə başlamaq lazımdır və daxili standartları təyin etmək lazımdır.
İndi isə gələk şəffalaşmaya. Bildiyiniz kimi bütün dünyanı cənginə alan bu COVİD-19 faciəsi dövründə bütün ölkələr iqtisadiyyata dəstək məqsədi ilə sahibkarlara dəstək paketləri açıqlamağa başladı. Böyük ehtimalla bizim ölkədə də müəyyən yardım paketləri tətbiq olunacaqdır. Hamımız bilirik ki, bir çox sahibkarlar əməkdaşlarının əməkhaqqılarını hansı prinsiplərlə tənzimləyir. İndi siz mənə deyin bu vəziyyətdə dövlətdən alacaqları yadım hansı miqdarda olacaqdır və bu həmin sahibkarlara nə qədər faydalı olacaqdır? Bundan başqa şəffaflaşma dedikdə təkcə dövlət qaşısında şəffalaşma kimi başa düşülməməlidir. Burada söhbət həm şirkət daxilində, həm də şirkət xaricindəki digər biznes subyektləri ilə olan kommunikasiyadakı şəffaflıqdan gedir.
Bəs Sahibkarlar mövcud vəziyyətdə nədən başlamalıdırlar və necə etməlidirlər?
Bu prosesi bir birindən ayrılmaz 5 parça olaraq görürəm:
1.Personallarla kommunikasiya
2.Müştərilərlə kommumikasiya və satış
3.Tədarükçülərlə kommunikasiya
4. Maliyyə kommunikasiyası
5. Effektiv idarəetmə prinsiplərinin tətbiqi
Bildiyimiz kimi hal-hazırda sahibkarların bir çoxu mövcud vəziyyətdən ilk çıxış yolunu xərcləri azaltmaqda görürlər. Mən demirəm səhv edirlər, xərcləri azaltmaq faydalıdır. Mənim etiraz etdiyim odur ki, əslində bəzi sahibkarlar krizisdən əvvəl mövcud personalların performanslarını doğru ölçə bilmədikləri üçün gərəksiz əlavə işçi qəbul edirlər. Krizis dövründə isə deyirlər: Əslində bu işi 1 nəfər də icra edə bilər və digər personalı və ya personalları işdən azad edirlər. Bəli hazırkı dövr əsl liderlərin bəlli olacağı dövrdür. Mövcud şəraitdə sahibkarlar öz personalları ilə kommunikasiyanı daha effektiv qurmalıdırlar və ya daha effektiv qurmanın yollarını axtarmalıdırlar. Personallarla kommunikasiya qurmaq hər gün bir yerə toplaşıb onlarla söhbət etmək deyil. İlkin növbədə sahibkarlar özləri sistemləşməli və ya qurulan sistemlərdən istifadə etməyə başlamalıdırlar.
Artıq dövr digitallaşma dövrüdür və şirkətlər ERP, BPM, CRM kimi sistemlərdən aktif istifadə etməyə başlamalıdırlar. Bundan əlavəvaxt varkən bütün personallarını tək-tək nəzərdən keçirməli, onları daha yaxşı tanımalı və onları potensiallarına uyğun formada dəyərləndirməyə çalışmalıdırlar. Əgər doğru kadr siyasətiniz yoxdursa, sadəcə xərcləri azaltmaq üçün işçiləri işdən çıxardığınız zaman siz krizis sonrası proseslərə də hazırlıqlı olmamış olursuz. Sabah sizin, krizis sonrasında yeni işə qəbul edəcəyiniz personalların iş mühitinə və şirkətin prinsiplərinə adaptasiyası minimum 6 ay çəkir. Dolayı yolla desək mən düşünürəm ki, istənilən atılacaq addım ölçülməli və stratejik olaraq xətaya yol verilmədən atılmalıdır.
Yenə də öz subyektiv fikirimi səsləndirmək istəyirəm. Mən bundan əvvəl də çıxışlarımda demişəm və yenə də bildirmək istəyirəm ki, 2019-2020-ci illər satış illəridir. Satışı yaxşı olan və satmağı yaxşı bacaran şirkətlər hər zaman öndə olacaqlar, hər vəziyyətdə çıxış yolu tapmağı bacaracaqlar. Effektiv satışın başlıca ünsürü isə, müştərilərlə qurulmuş effektiv kommunikasiyadır. Bu istiqamətdə mənim sahibkarlara 9 öyüdüm var:
Hamı dayansada siz əsla dayanmayın!
Məhz krizis vəziyyətində hər zamankından 2 dəfə artıq enerji sərf etməlisiniz və çalışmalısınız. Baxın biz Logix olaraq hal-hazırda standartdan daha gücləndirilmiş vəziyyətdə işləyirik. Mən bu gün özüm və mənim satış menecerlərim , üz-üzə olmasa da bütün mümkün kommunikasiya vastitələrindən istifadə edərək daha çox görüşləri keçiririk, daha çox işləyirik və işləməliyik. Dayanmaq olmaz! Görəcəyimiz hər iş pul gətirməyə bilər, buna gələcəyə yatırım kimi də baxmaq lazımdır.
Rəqiblərini analiz et!
Bəli rəqiblərin bütün hərəkətləri ən incə detallarına qədər analiz olunmalı dır. Onlar nə edirlər, hansı addımları atdılar, krizisi necə kontrol edirlər, krizis sonrasını necə planlayırlar? Bütün bu suallar cavablandırılmalı, şirkətin stratejik xəritəsində dəyərləndirilməyə alınmalıdır.
Mövcud müştərilərinizi canınız bahasına qoruyun!
Canınız bahasına qoruyun deyirəm, çünki sağlamlığın ən vacib olduğu bu günlərdə müştərilərinizə canınız qədər dəyər verməlisiniz. Bütün mümkün kommunikasiya vasitələrindən istifadə edərək müştərilərinizin yanında olmalısınız. Onların dərləri ilə də dərdlənməlisiniz. Başqalarının dərdi ilə dərdlənənin öz dərdi olmaz deyib böyüklərimiz. Müştərilərə sahib çıxmanın, onlarla məsləhətləşmənin əsl vaxtıdır. Əgər bir krizisə qalib gələcəksinizsə, bunu yalnız müştərilərinizlə birlikdə edə bilərsiniz.
Alternativləri analiz et və ölçərək qərar ver!
Baxın, istənilən fövqəladə hadisə sizi bir şeydən məhrum etdiyi kimi, özü ilə yeni alternativləri də gətirir. Neqativlərə köklənməmək lazımdır. Qarşımıza yeni çıxan alternativləri yaxşıca analiz etmək, hər şeyi ən incə detallarına qədər ölçmək və stratejik qərar qəbul etmək lazımdır.
Yeni fürsətlər təqdim et!
Bir sahibkar hər zaman fürsətləri hiss edib, görə bilməli və fürsətləri ortaya cıxarıb təqdim etməlidir. Bu proses, hər zaman şirkət daxilində və müştərilərlə münasibətlərdə də olmalıdır. Əgər insanlara hər vəziyyətdə çıxış yolu göstərə və yeni fürsətlər təqdim edə bilirsinizsə, sizi əsla buraxmazlar.
Hər zaman şəffaf ol!
Müştərilərlə kommunikasiyada şəffaflıq ən vacib elementdir. Krizis dövründə isə buna 2 qat diqqət edilməlidir. Çalışan sədaqəti və müştəri sədaqəti prizmasından baxdıqda bu vacibdir.
Müştərilərinə hər zaman faydalı olduğunu göstər
Mövcud vəziyyətin dəyərləndirməsini və alınan stratejik qərarları müştərilərinlə paylaş ki, onlar da faydalana bilsinlər. Onlarında vəziyyətdən çıxmaları üçün onlara faydalı təkliflər verin. Misal olaraq bildirmək istəyirəm ki, biz Logix olaraq COVİD-19 pandemiyası yayılmağa başladığı ilk gündən etibarən Amerika və İngiltərə bazarında tətbiq etdiyimiz e-Commerce layihəsini Azərbaycandakı Logix müştərilərinə təklif etməyə başladıq. Biz 2 ildir xaricdə bunun tətbiqini həyata keçirsəkdə, 2020-ci ilə qədər elektron ticarət Azərbaycan bazarında aktual məsələ deyildi. Logix e-Commerce bir onlayn satış platformasıdır. Şirkətlər sadəcə aylıq 50 manat icarəhaqqı ödəyərək özlərinə məxsus onlaynsatış səhifəsi qura bilərlər. BütündünyadaterndonlaynticarətdirvəbuprosesartıqAzərbaycandadabaşlayıb. Biz dəəlimizdən gəldiyincə öz müştərilərimizə bu istiqamətdə faydalı olmağa çalışırıq.
Doğru maliyyə planlaması et!
Bir şirkətdə maliyyə planlaması hər zaman vacib element olmuşdur. Bir atalar sözü var: «Qılı qırx yararaq». Bəli sahibkarlar qılı qırx yararaq doğru maliyyə planlaması etməlidirlər və bu planlamanı öz müştəriləri ilə birlikdə etməlidirlər. Əgər başqa yatırımları, sərmayələri və ya xəzinələri yoxdursa, başqa cür uğurlu olma ehtimalları yoxdur.
Dogru hədəfə köklən!
Bəli doğru hədəfə köklənmək çox vacib məsələdir. Doğru hədəfə köklənə bilmək üçün sənin yaxşıca araşdırman, planın və strategiyan olmalıdır. Nəinki atacağın addımların nə olduğunu bilməlisən, hətta addımları nə zaman atacağını da bilməlisən. Bu isə yalnız sistemləşmə, standartlaşma və şəffaflaşma ilə mümkündür. Əgər sənin xətalarını, uğurlarını, bir sözlə bütün proseslərini uçota aldığın bir sistemin varsa, bu sisteminin təməl daşlarını təşkil edən standartların mövcuddursa və bütün proseslərin şəffaqfdırsa, hədəfə köklənmisən deməkdir. Doğru hədəfə köklənənlərin hər zaman MARKA olmaları qaçılmazdır.