Xəbər verildiyi kimi, Azərbaycanda koronavirusun təsirinin azaldılması və biznesə dəstək üçün təklifər hazırlanır.
Bununla bağlı yaradılan işçi qrup artıq təkliflərlə bağlı ilk istiqamətləri açıqlayıb.
FED.az xəbər verir ki, belə vəziyyətdə bəzi iş adamları da bəznesə dəstək üçün öz təkliflərini açıqlamağa başlayıblar.
Riteyl sahəsində çalışan iş adamı Elxan Mərdanlı, ticarət sektorunda, xüsusilə də françayzinqlə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilməsi üçün öz təkliflərini irəli sürüb. FED.az həmin təklifləri təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli imzaladığı 1950 nömrəli Sərəncamın 12-ci və 14-cü maddəsinə əsasən və həmçinin bu sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci maddələrində göstərilən işçi qruplarının tərkibinin təsdiq edilməsi ilə bağlı Baş nazir Əli Əsədovun imzaladığı sərəncamın 5ci bəndini rəhbər tutaraq özəl hüquqi şəxs olaraq işçi qruplara zəruri kömək olmaq üçün aşağıdakı təklifləri nəzərinizə çatdırmaq və bu təkliflər üzrə müzakirələrdə iştirak etmək niyyətimi bildirmək istəyirəm.
Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupuplarına təqdim edilən təkliflər aşağıdakı istqiamətlər üzrədir.
Pərakəndə satış sahəsi – Mall-da yerləşən şirkətlər
Bildiyiniz kimi, pərakəndə satış sahəsinin ən geniş yayılan istiqamətlərindən biri geyim sektorudur. Ölkəmizdə demək olar ki, geyim sektoru 90% idxal yönümlüdür. Belə olduğu təqdirdə geyim sektorunda çalışan şirkətlərin Koronavirus (COVID-19) pandemiyasından zərər çəkməsi qaçılmazdır.
Bu sahədə çalışan şikətlər iki istiqamət üzrə fəaliyyət göstərirlər - ya öncədən ödəniş və ya bank qarantiyası əsasında.
Fevral ayının sonlarından başlayaraq yaz mövsümü açıq elan edilir və beləliklə şirkətlər yeni mövsüm geyimlərini bazara daxil etməyə başlayırlar. Bu il mövsüm mallarının bir hissəsi gəlsədə, böyük bir hissəsi françayzer şirkətlərin anbarlarındadır və müqavilə öhdəliklərinə görə o mallar alınmalıdır.
Təbii ki, şirkətlər öz xərclərini satdıqları mallardan əldə etdikləri maliyyə əsasında qarşılayırlar. Geyim sektorunun ən leqal nümayəndələri “Mal”l-da yerləşən şirkətlərdi və mövcud “Mall”-ların vaxtında bağlanılmaması həmin şirkətlərə dəyən ziyanı getdikcə daha da artırdı.
Geyim satışı üzrə çalışan şirkətlərin mövcud vəziyyətdən minimum itki ilə çıxması üçün aşağıdakı təklifləri irəli sürürəm.
1. Ticarət Mərkəzləri rəhbərliyi ilə ortaq razılıq əsasında mövcud icarə haqqının karantin müddəti ərzində nəzərə alınmaması, karantin müddəti bitdikdən sonra icarə haqqlarını endirimli olaraq təyin edilməsi (Karantin müddəti bitdikdən sonra mövcud vəziyyət düzəlsədə insanları alış-verişə cəlb etməyə kifayət qədər zaman lazım olacaq)
2. Karantin müddəti ərzində şirkətlərin kreditlərinin dondurulması və digər aylara əlavə yumşaldıcı tədbirlərin həyata keçirilməsi, bununla yanaşı aşağı faizlə yeni kredit imkanları yaratmaq (kreditlər dondurulmadığı halda şirkətlərin o kreditləri ödəmə qabiliyyəti demək olar mümkün olmayacaq. Şirkətlərin ən başlıca işi mövcud vəziyyət yoluna düşdüyü təqdirdə əllərində olan malları xüsusi kampaniyalar əsasında satmaqla işçi heyyətinə əmək haqqı vermək və cari xərclərini bağlamaq olacaq)
3. Şirkətlərin gətirə bilmədikləri malların (yaz mövsümü üzrə) gömrük rüsümundan azad edilməsi (burda ƏDV saxlanılmaqla, geyim sahəsinə tətbiq edilən 15% gömrük rüsümu nəzərdə tutulur) və növbəti aylar idxal edəcəkləri malları rəsmləşdirib ödənişlərini müəyyən müddət ərzində dövlət büddəcinə ödəmələri təmin edilsin
4. Şirkətlərin ödədikləri əmək haqqları üzrə sosial ayırmalar (DSMF) karantin müddətidə daxil olamqla müddət başa çatdıqdan sonrada növbəti mövsümə qədər azad edilsin (6 ay).
5. Karantin müddəti bitdikdən sonra şirkətlər 6 ay müddətinə ƏDV-dən və həmçinin ödəmə mənbəyindən tutulma vergisindən azad edilsin
6. Mall-rın bağlı olduğu müddət ərzində və həmçinin karantin müddəti ərzində şirkətlərin işçilərinin əmək haqqlarının verilməsi ilə bağlı mövcud şirkətlərə (maliyyə vəziyyəti analiz edilərək) hökümət tərəfindən maliyyə dəstəyinin göstərilməsi (Qonşu ölkələrdə virusa yoluxma xəbərləri gəldikdən sonra ölkə əhalisinin, xüsusi ilə də Bakı şəhər əhalisinin ticarət mərkəzlərinə getməməsi mövcud şirkətlərin maliyyə krizisi yaşamasına gətirib çıxartdı).