Yerli və regional Ticarət Palataları işəgötürənlərin fəaliyyətlərinin səmərəliliyini və effektivliyini təkmilləşdirmək məqsədilə birlikdə işləməsi üçün imkanlar yaradır. Bu istiqamətdə bacarıq tələbləri çox yüksəkdir. Bu məqalədə Şərqi Midland Palatasının Sektor Forumu və Nümayəndəlik Meneceri Yen Beyts işəgötürənlərin təlim təşkilatçıları ilə işləməsinin əhəmiyyətini xüsusi vurğulayır.
Birləşmiş Krallıqda 4200-dən artıq təşkilatın üzv olduğu ikinci ən böyük Palata olan Şərqi Midland Palatasının (Derbişir, Nottinqemşir, Lesterşir) "Boşluqları aradan qaldırırıq - təhsil və iş dünyası arasındakı əlaqəni bərpa edirik" şüarı ilə böyük işlər görməsi iqtisadiyyatla əlaqədar qeyri-müəyyənliklərin olmasına baxmayaraq, Şərqi Midlanddakı şirkətlərin xalis artım əldə etməyə davam etməsi faktı ilə əlaqədardır. Ancaq düzgün bacarıqların əldə olunması ilə əlaqədar davam etməkdə olan problemlər bu inkişafa mane olmaqdadır.
Eləcə də bax: Biznes üçün maliyyədən öncə lazım olanlar – ARAŞDIRMA
Şirkətlərin tələblərinə cavab verən işçilər tapmaqla əlaqədar qarşılaşdığı çətinliklərdən çox danışılıb, üstəlik əksəriyyət Birləşmiş Krallıqdan fərqli Aİ ölkəsindən olan insanları işə götürənlərin sonradan problemlərlə üzləşəcəyini gözləyirdi.
Müvəffəqiyyət səviyyələrini fərqləndirməklə bu problemi həll etmək üçün nəzərdə tutulmuş çox sayda təşəbbüs həyata keçirilib. Ancaq hələ də işəgötürənlərdən gənclərin təhsili işlə təmin olunmaq üçün tələb olunan bacarıq və xarakteristikalara lazımi şəkildə yiyələnmədən tamamlamasına dair rəylər gəlməkdədir. Eyni zamanda eşidirik ki, işəgötürənlər vaxtlarını alan və təbiət etibarı ilə müvəqqəti olan həddindən artıq çox təşəbbüs olduğunu düşünür.
Palatanın 2015-ci ilin sentyabrından 2017-ci ilin iyun ayına qədərki Rüblük İqtisadi Araşdırmaları nəticəsində toplanan məlumatlar nəzərə alındığı halda şirkətlərin üzləşdiyi problemlərə aydınlıq gətirilə bilər. Bu məlumatlar Şərqi Midlandakı şirkətlərdən işə götürmə səviyyələrini, hər rüb şirkətlərin 52-63 faizinin bu cür işə götürmə üçün cəhd etdiyini göstərir. Həmin müddətdə işə götürməyə cəhd edənlər arasında çətinliklər haqqında məlumat verənlər 55-66 faizdir. Araşdırma nəticəsində aşkar edilib ki, problemlərlə əsasən ixtisaslı texniki və peşəkar vəzifələrə işə götürənlər üzləşir, ancaq onlar daha aşağı səviyyəli idarə işçiləri və aşağı ixtisaslı vəzifələr üzrə təcrübəlidir.
Bu çətinliyin öhdəsindən gəlməyin vacibliyi növbəti iki il ərzində böyüməyi planlaşdırdıqlarını bildirən, 67 faizi isə bu böyümənin bir hissəsi kimi daha çox işçi cəlb etməli olacaqlarını qeyd edən 86 faiz şirkət tərəfindən vurğulanır.
Bu işə götürmə problemlərini işsizlik səviyyələrinin müntəzəm şəkildə aşağı düşməsi və miqrant işçilərə aid ola biləcək potensial məhdudiyyətlərin qeyri-müəyyənliyi baxımından nəzərdən keçirsək, şirkətlərin gənclərdə olmağını istədiyi bacarıq və xarakteristikaları təmin edən təhsil sistemimizin olması vacib məsələdir.
Şirkətlərlə əlaqələrimiz zamanı danışılanlar ondan ibarətdir ki, onlar təhsil sahəsi ilə fəal şəkildə əlaqədə olmadıqca gənclərin işə düzəlmə bacarıqları ilə əlaqədar şikayətlənməyi davam etdirə bilməzlər - xüsusən də, hazır namizədlərin əldə olunması baxımından şirkətlərin təhsil sahəsi ilə əlaqəli olmasının faydaları lazımi şəkildə əsaslandırılır. Şirkətləri bu fəaliyyəti uzunmüddətli investisiya strategiyası kimi qiymətləndirməyə həvəsləndirmək vacibdir.
Eyni zamanda Birləşmiş Krallıq Hökumətinin hazırki Karyera strategiyasında göstərilmiş istiqaməti, eləcə də "Careers and Enterprise" şirkəti tərəfindən əlavə resursların təmin edilməsini - xüsusən, məktəblərin karyera üzrə lider təyin etməsi ilə əlaqədar tələbi və Təlim Təşkilatçılarının peşə istiqamətlərini müzakirə etmək məqsədilə tələbələrlə görüşməsinə imkan vermək tələbini görmək sevindirici haldır.
Şərqi Midland Palatası Məktəblər Forumu, Məşğulluq və Bacarıqlar Sammiti, əlaqələrin dəstəklənməsi və Hökumətə təsir göstərmə kimi müxtəlif fəaliyyətlər həyata keçirməklə "Boşluqları aradan qaldırmaq" məqsədilə işəgötürənlərlə təhsil arasında daha faydalı əlaqənin yaradılmasını dəstəkləməyə davam edəcək. (britishcouncil.az)