“Bigbang” MMC-yə qarşı inzibati tədbir görülüb.
"Rahat Market" ard-arda müştəriləri aldadıb, malı baha qiymətə satıb – CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan yoxlama zamanı şirkətin qeyri-qida məhsulunu üzərində göstərilən qiymətdən baha satması faktı müəyyən edilib. Bu hərəkət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozur.
Bu maddəyə görə, malın hesabına dair istehlakçıların az miqdarda aldadılması İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə məsuliyyət yaradır. Nəticədə 9 iyul tarixində “Bigbang” MMC-yə inzibati protokol yazılıb.