Azərbaycanda Foreks əməliyyatları ilə məşğul olan investisiya şirkələri bəzi hallarda müştərilərinin əməliyyatlarına və əlqı-satqı predmeti olan əmtəələrin qiymətinə müdixilə edir, bununla da onların Foreks əməliyyatlarından böyük qazanc götürməsinə mane olurlar. FED.az xəbər verir ki, bu barədə FED.az-ın Marja ticarəti qaydaların həsr olunmuş CANLI YAYIMINDA Maliyyə Bazarlarına Nəzarət Palatasının aparıcı analitiki Namiq Quliyev bildirib. Onun sözlərinə görə, Palataya oreks əməliyyatları ilə bağlı müştərilərdən daxil olan şikayətlər araşdırılarkən onların haqlı olduğu ortaya çıxıb. Eləcə də bax: Marja ticarəti və foreks ilə bağlı yeni - QAYDALAR QÜVVƏYƏ MİNİB Qeyd edək ki, Foreks əməliyyatları ən çox valyuta cütlükləri ilə – dollar/avro, yapon ieni, funt sterlinq və sairlərlə, eləcə də əsasən neft və qızıl kimi əmtəələrlə aparılır. Müştərilər internet vasitəsilə müəyyən əmtəələrə və ya valyuta cütlüklərinə pul yatırır, sonra isə onların məzənnəsinin və qiymətinin dəyişib dəyişməməsindən asıdı olaraq vəsait qazanır və ya itirirlər. Ötən illərlə müqayisədə bu il Azərbaycanda Foreks bazarındakı əməliyyatlarda artım müşahidə olunur. Bu özünü həm yeni başlayan, həm də indiyədək olan investorların əməliyyatlarında göstərir. Bu sahəyə marağın artması ilə yanaşı, pozuntular və investorların böyük məbləğdə vəsaitlər itirməsi halları da baş verir. Paralel olaraq bu sahə ilə bağlı şikayətlər də artmağa başlayıb: «Maliyyə Bazarlarına Nəzarət Palatasına belə şikayətlər olur. Müştərilər bildirir ki Foreksdən daha çox qazana bilərdilər, amma şirkət buna imkan verməyib. Vəsaitlər müəyyən həldə çatanda bağlanıb, halbuki, daha böyük pul qazanmaq olardı. Bəziləri bildirir ki, şirkətlər əmtəələrin qiymətlərə müdaxilə edirlər. Və araşdıranda məlum olur ki, bu şikayətlər haqlıdır». Bu yerdə Foreks xidmətləri göstərən investisiya şirkətlərinin iş prinsipini sadə şəkildə izah etmək yerinə düşər. Əvvəla qeyd edək ki, Foreks bazarı investisiya şirkətləri üçün olduqca böyük gəlir gətirir və gəlirli biznes sayılır. Belə xidmət göstərən şirkətlər müştərilərlə iki formada işləyirlər. Birinci variantda, şirkət müştəriyə yalnız əməliyyat imkanı yaradır və onun əməliyyatlarından komissiya haqları alır. Eləcə də müştərinin qazancı olduğu zaman – onun alıb satdığı əmtəənin qiymətindəki qiymət artımının bir hissəsini götürür. İkinci variant, daha aqressivdir və müştərilərin bəzən bundan xəbəri olmur. Bu variantda şirkət müştəriyə təkcə platforma xidməti göstərmir, həm də onun üçün qarşı tərəf rolunu oynayır. Yəni yəni müştəri bazarda alıcıdırsa, şirkət satıcı kimi çıxış edir və ya əksinə – müştəri satıcıdırsa, şirkət alıcıdır. Belə variantda şirkətlər müştərinin itirməsindn qazanırlar. Başqa sözlə, şirkətlər ya müştərisi ilə partnyor olur, yəni o qazananda şirkət də qazanır və itirəndə ikisi də itirir. Ya da şirkət özü müşəriyə həmin məhsulları satır. İkinci variantda, hipotetik olaraq şirkət sui-istifadə edib müştərini uduzdura da bilər. Müştərilərin əksəriyyətinin bu modellərdən xəbərsiz olması, və ya buna diqqət yetirməməsi, eləcə də yuxarıda səslənən müdaxilə halları onların pul itirməsilə ilə nəticələnir. Məsələnin digər tərəfi də var. Əslində bütün dünyada Foreks əməliyyatları riskli yatırım sahəsi sayılır. Azərbaycanın da 2018-ci ildən üzv olduğu Qiymətli Kağızlar Bazarı üzrə Beynəlxalq Komissiyanın araşdırmasına görə, da Foreks əməliyyatlarında iştirak edən qeyri-peşəkar şəxslərin apardığı əməliyyatların 80%-i zərərlə nəticələnir. Bu da investorların bu sahədəki risklərdən xəbərsiz olması ilə bağlıdır. Həm bu hal, həm də Forekslə bağlı şikayətlərin olmasını nəzərə alan Maliyyə Palatası bu sahənin tənzimlənməsinə başlayıb. 2017-2018-ci illərlə bu sahədə qaydalar qüvvəyə minməyə və hüquqi çərçivə müəyyənləşməyə başlayıb. Əvvəllər mövcud olan qaydalar beynəlxalq standartlara uyğun olmadığına görə, effektiv nəzarətə imkan vermirdi. Oktyabrın 22-dən qüvvəyə minən «Marja ticarətinə dair Qaydalar» isə daha ətraflıdır və nəticədə daha ciddi nəzarətə imkan yaradır. Namiq Quliyevin sözlərinə görə, hazırki qaydalar beynəlxalq standartları uyğundur və burada investorların hüquqlarının qorunmasına böyük yer ayrılıb. Palata nümaynədəsi bildirir ki, əvəllər buna nəzarət etmək çətin idi: «Hüquqi çərçivə buna imkan vermirdi və nəzarət alətləri də kifayət qədər təkmil deyildi. Yeni qaydalarda isə investorların hüquqlarının qorunması və nəzarət alətləri artırılıb». Beləliklə, indi Foreks şirkətləri necə işləyəcəklər və müştərilər hansı şirkətin necə işlədiyindən hansı yolla xəbər tutacaqlar. Yeni qaydalara görə, Birincisi, Foreks xidməti göstərən şirkətlər əvvəlcədən müştərilərinə hansı modellə (yuxarıda göstərilən birinci və ya ikinci üsulla) işlədiklərini bəyan etməlidirlər. İkincisi, Foreks şirkətləri yeni başlayan müştəriləri bazar və onun riskləri haqqında məlumatlandırmalıdırlar. Bunun üçün müştərilər yaddaş vərəqəsini xatırladaq sənədi oxuyub onunla tanış olmaqları barədə imza atmalıdırlar. Bu sənəddə göstərilir ki, məsələn, Foreks riskli bazardır, volotildir (qalxıb enmələr tez-tez olur), burada yüksək gəlirlilik olmaqla yanaşı, yüksək risklər də ola bilər və sair. Bundan başqa, şirkətlər müştərilərə Foreks bazarında hökmən gəlir götürəcəkləri barədə təminatlar verməməlidirlər. Üçüncüsü, Foreks şirkələri qarşısında tələb qoyulb ki, yeni müştərilər üçün əvvəlcə real hesab yox, demo hesabları açsınlar. Müştəri həmin demo hesablarında 5 gün ərzində minimum 30 əməliyyat aparmalıdır və yalnız bundan sonra o real hesabla əməliyyatlara başlaya bilər. Dördüncüsü, şirkətlər tərəfindən müştərilərə verilən maliyyə dəstəyi - kredit çiyninin miqyaslarına limit qoyulub. Əvvəllər buna məhdudiyyət yox idi, şirkət müştəriyə 500-1000 qat kredit çyni təqdim edə bilərdi. Yəni məsələn, 1000 dollar vəsaitlə gələn müştəriyə bundan 99 dəfə artıq məbləğdə 99 min dollar kredit çiyni verilirdi. Bu müştəriyə daha böyük əməliyyatlar aparıb daha çox pul qazanmaq imkanı versə də (yəni müşəri təkcə özünün 1000 dolları ilə deyil, şirkətin dəstəyindən sonra 100 min dollarla əməliyyat apara bilərdi) böyük zərərlə də qarşılaşdıra bilərdi. Bu da onunla nəticələnə bilər ki, 1 %-lik zərər 1000 dollar üçün 10 dollar olduğu halda, 100 min dollar üçün 1000 dollar təşkil edə bilərdi. Nəticədə müştəri bir neçə əməliyyata bütün vəsaitlərini itirmiş olardı. Bu da riskləri artırır, ona görə də, kredit çiyni limiti 1-in 30-a endirilib. Nəticələ investorlara maksimum 30 qat artıq dəstək verilə bilər. Beşincisi, indiyədək şireətlər müştərilərin hesablarında olan vsaitlərin 60%-ni hələ müştəri uduzmamışdan əvvəl xarici banklara – likvidlik təminatçılarına köçürürdülər. İndi isə tələb qoyulub ki, əməliyyat başa çatana qədər bu vəsait müştərinin hesabında qalsın. Altıncısı, maraqlı tələbdir - şirkətlərə tələb qoyulub ki, onların saytında uduzan və udan müştərilərin faiz nisbətlərini yerləşdirsinlər. «İlk dəfə investisiya şirəti ilə tanış olan müştəri görməlidir ki, statistika necədir - müştərilərin hansı hissəsi uduzur və hansı hissəsi gəlirdədir»-deyə Namiq Quliyev bu tələbi izah edir. Qeyd edək ki, əksər hallarda uduzanların sayı daha artıqdır. Sadəcə ayrı-ayrı şirkətlərin arasında müqayisə aparmaq mümkündür və investorlar bu üsulla məlumatlanırlar. Yeddincisi, investisiya şirkətlərinə tələblər qoyulub ki, Foreks bazarında müştərlərə təqdim etdikləri xidmətlərin tariflərini və komissiyaların da açıqlasınlar. İndiyədək belə tələb yox idi və nəticədə müştərilər tariflərdən xəbərsiz olurduklar. Xidmət haqları isə investisiya şirkətlərinin tətbiq etdiyi modeldən asılıdır. Bu komissiyalar aparılan əməliyyatlardan və ya hər açılıb bağlanan hesaba görə tutulur. Eləcə də, Foreks şirkətləri alış-satış qiymətləri arasındakı fərqə vergi də qoyub qazanırlır. Bundan başqa, investorların tələbi ilə xidmət haqqı ilə bağlı məlumatlar 1 iş günü ərzində müştəriyə açıqlanmalıdır.
|
Palata: Bəzi Foreks şirkətləri müştərilərin - QAZANMASINA QƏSDƏN MANE OLUR
15:16
30 Okt 2019