Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb.
İranın yeni iqtisadiyyat naziri seçildi
Bu barədə FED.az-a Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib.
Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı.
Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı.
Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi.
ICMEI-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib.