2025-ci ilin ilk 5 ayında Azərbaycanın ümumi mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 7,3 milyard dollardan 9,96 milyard dollara çatıb. Beləliklə, ümumi idxalda 2,66 milyard dollar və ya 36,5% artım qeydə alınıb.
FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, idxalın artımında bir sıra strateji və istehlak məhsulları həlledici rol oynayıb.
İdxal Həcmi Artan Məhsullar: Buğda və Süd Məhsulları Liderdir
Hesabat dövründə miqdar baxımından ən böyük artım ərzaq təhlükəsizliyi üçün strateji məhsul sayılan buğdanın idxalında baş verib. Bu ilin ilk 5 ayında buğda idxalı 182 min ton və ya 55,3% artaraq, 328 min tondan 510 min tona yüksəlib.
Bu dövrdə süd-qaymaq idxalı miqdar baxımından 25,4% artaraq 7 min tona yüksəlib. Çay idxalı isə təqribən 23% artaraq 6,3 min tona qalxıb.
İdxalı miqdar baxımından artan məhsullar arasında kərə yağı (artım 10%), meyvə-tərəvəz (artım təqribən 8%) və plasmasssı (artım 7,4%) qeyd etmək olar.
İlk 5 ayda xaricdən 11,5 min ton kərə yağı, 228 min ton meyvə-tərəvəz və 128,7 min ton plasmassa idxal edilib.
Daha ətraflı cədvəldə:
Malın adı |
2024-cü il (yanvar-may) |
2025-ci il (yanvar-may) |
Artım (Miqdar) |
Artım (%) |
Buğda (ton) |
328 543 |
510 431 |
+181 888 |
+55,3% |
Süd və qaymaq (ton) |
5 584 |
7 005 |
+1 421 |
+25,4% |
Çay |
5 120 |
6 290 |
+1 170 |
+22,8% |
Kərə yağı və digər yağlar (ton) |
10 394 |
11 458 |
+1 064 |
+10,2% |
Tərəvəz və meyvə (ton) |
211 869 |
228 518 |
+16 649 |
+7,9% |
Plastmassa və məmulatları (ton) |
117 060 |
125 689 |
+8 629 |
+7,4% |
Gübrələr (ton) |
89 501 |
90 077 |
+576 |
+0,6% |
Xaricdə daha çox pul çıxaran məhsullar: Buğda, yağ və avtomobillər
Hesabat dövründə ərzaq təhlükəsizliyi üçün mühüm olan məhsulların məbəğ ifdəsinə idxalında ciddi artım müşahidə olunub. Xüsusilə, buğda idxalına çəkilən xərclər 37,8 milyon dollar və ya 52% artaraq 110,4 milyon dollara yüksəlib.
Kərə yağı və digər süddən hazırlanmış yağların idxalı 26,3 milyon dollar və ya 48,6% artaraq 80,5 milyon dollara, çay idxalı isə 48,3% artaraq 38,1 milyon dollara çatıb.
Ümumilikdə yeyinti məhsulları idxalı 11,6% artaraq 1 milyard 64 milyon dollar təşkil edib.
Ölkəyə avtomobil və onların hissələrinin idxalı da artımaqdadır. Bu sahəyə xərclənən vəsait 12,9% artaraq 864 milyon dollardan 975 milyon dollara çatıb.
Həmçinin, əhalinin istehlak xərclərini əks etdirən geyim əşyaları və ləvazimatlarının idxalı 18,9% ( 182 milyon dollara çatıb), mebel idxalı isə 10% artıb. Sənaye məhsullarından plastmassa idxalı 11%, gübrə idxalı isə 14,6% artıb.
Daha ətraflı cədvəldə:
Malın adı |
2024 (yanvar-may) (min dollar) |
2025 (yanvar-may) (min dollar) |
Artım (Dəyər) |
Artım (%) |
Buğda |
72 676 |
110 436 |
+37 760 |
+52,0% |
Kərə yağı və digər yağlar |
54 162 |
80 494 |
+26 332 |
+48,6% |
Çay |
25 699 |
38 113 |
+12 414 |
+48,3% |
Geyim əşyaları və ləvazimatlar |
153 098 |
182 010 |
+28 912 |
+18,9% |
Tərəvəz və meyvə |
144 279 |
165 348 |
+21 069 |
+14,6% |
Gübrələr |
37 010 |
42 396 |
+5 386 |
+14,6% |
Nəqliyyat vasitələri və hissələri |
864 185 |
975 451 |
+111 266 |
+12,9% |
Plastmassa və məmulatları |
206 449 |
229 167 |
+22 718 |
+11,0% |
Mebel və onun hissələri |
53 736 |
59 130 |
+5 394 |
+10,0% |
Əczaçılıq məhsulları |
217 089 |
220 658 |
+3 569 |
+1,6% |
Tütün və tütün məmulatları |
42 203 |
45 207 |
+3 004 |
+7,1% |
Süd və qaymaq |
8 638 |
11 359 |
+2 721 |
+31,5% |
Yeyinti məhsulları (Ümumi) |
953 362 |
1 064 126 |
+110 764 |
+11,6% |