18 aprel 2025-ci il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın müzakirəsinə aşağıdakı məsələlər çıxarılacaq.
1. Cəmiyyətin 2024-cü il üçün fəaliyyəti haqqında illik hesabatı.
2. Cəmiyyətin mühasibat balansının təsdiqi.
3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti.
4. Digər məsələlər.
Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.
Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli (Kənar küçəsi 3) ünvanda, “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu – (022)-255-07-01