Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

«Azərbaycanda şərab aksiz vergisindən - AZAD EDİLMƏLİDİR» - PROFESSORLA MÜSAHİBƏ

«Azərbaycanda şərab aksiz vergisindən - AZAD EDİLMƏLİDİR» - PROFESSORLA MÜSAHİBƏ | FED.az
09:22 14 Okt 2019

Azərbaycan Kooperasiya Universitetinin professoru Vüqar Mikayılov Azərbaycanda şərabçılığın inkişaf etdirilməsi ilə bağlı bəzi təkliflər səsləndirib.

FED.az xəbər verir ki, V.Mikayılov şərabçılığın texnologiyasının tətbiqi üzrə tananmış alimlərdən biri, bu sahədə elmi işlərin, üzümçülük və şərabçılıqla bağlı 70 elmi əsərin, o cümlədən 4 ixtiraya patentin, 7 dərs vəsaitinin müəllifidir. Məqalələri Rusiya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və digər ölkələrin nüfuzlu nəşrlərində dərc olunub. İstehsalatda tətbiqini tapan 40-a yaxın texnoloji təlimatın və resepturların müəllifidir.

Eləcə də bax: Azərbaycanın şərab zavodu məhsullarını - İSPANİYAYA İXRAC EDƏCƏK

- Keyfiyyətli üzüm keyfiyyətli şərab deməkdir. Bu baxımdan üzümçülük təsərrüfatlarındakı hazırki vəziyyətlə bağlı nə deyə bilərsiniz? Bu sahədə hansı problemlər daha çox narahatlıq doğurur?

- Əvvəla onu qeyd edim ki, Azərbaycanda üzümçülüyün inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. ¬1969-cu¬ ildə Azərbaycanda üzüm istehsalı 272 min ton idi. Lakin sonrakı dövrlərdə həyata keçirilən tədbirlər nəticəsində üzüm sahələri 267 min hektara çatdırıldı, istehsal isə 2 milyon tonu ötdü. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxardı.

Təəssüf ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq, keçmiş SSRİ rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində respublikamızda da böyük zəhmət hesabına yaradılan üzüm bağları məhv edildi, infrastruktur dağıdıldı, üzüm sahələrində yetişdirilən qiymətli yerli və introduksiya olunan üzüm sortları itirilmək təhlükəsi ilə üzləşdi, məhsuldarlıq xeyli azaldı, üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşdü. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində 43 min hektar üzüm bağı işğal altında qaldı.

Ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün inkişafı yeni mərhələyə daxil oldu. Bu sahənin dirçəldilməsi üçün əlverişli şəraitin yaradılmasına, müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı, “Üzümçülük və şərabçılıq haqqında” Qanun qəbul olundu, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edildi.

Tədricən yeni üzüm bağlarının salınması, eləcə də keçmiş ənənələrdən və beynəlxalq təcrübədən yararlanmaqla üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqi diqqət mərkəzində saxlanıldı. Nəticədə üzüm plantasiyaları genişləndirildi, istehsalın həcmi və məhsuldarlığında əhəmiyyətli artıma nail olundu.

Azərbaycanda yaradılan əlverişli biznes mühiti və müvafiq xammal bazasının mövcudluğu ölkədə müasir şərabçılıq zavodlarının qurulmasını sürətləndirdi. Bu müəssisələr tərəfindən yeni üzüm sortları və texnologiyalar əsasında müasir üzüm plantasiyalarının salınmasına dəstək verildi. Bununla da üzüm sahəsi 16 min 200 hektara çatdırıldı və hazırda sözügedən istiqamətdə intensiv iş aparılır. Yeri gəlmişkən, respublikada yeni üzüm bağları, əsasən, 2005–2009-cu illərdə salınıb ki, bu sahələrdə də yüksək keyfiyyətli məhsul 7-10 ildən sonra əldə olunur.

Burada bir məqamı da diqqətə çatdırmaq istərdim. Keyfiyyətli şərab istehsalında əsas şərtlərdən biri də, ilk növbədə, daha çox mineral maddələrlə zəngin üzüm yetişdirilməsidir. Sovetlər dövründə hər hektardan 12-15 ton üzüm məhsulu götürüldüyü halda, hazırda həmin göstəricinin 7-8 ton təşkil etməsinin səbəbi də məhz keyfiyyət amili ilə bağlıdır.

– Şərabçı alim kimi, bu sahənin daha da inkişafı üçün hansı tədbirlərin reallaşdırılmasını istərdiniz?

– Qeyd edim ki, dövlət başçısı son illər bu məsələyə xüsusi diqqət yetirir. Yuxarıda adıçəkilən şərabçılığın inkişafına dair Dövlət Proqramının uğurla reallaşdırılması, Aqrar Subsidiya Şurası tərəfindən üzüm bağlarının hər hektarına görə subsidiyaların nəzərdə tutulması, xarici ölkələrdə keçirilən sərgilərin dövlət hesabına reallaşdırılması, bu sahə ilə bağlı müəssisələrin “Made in Azerbaijan” brendi altında təmsil olunmaları məhz bunun bariz ifadəsidir. Şübhəsiz ki, bundan sonra da sözügedən istiqamətdə dəstək tədbirləri davam etdiriləcək. Bu məsələdə kiçik müəssisələrin yaradılmasının dinamik xarakter almasını istərdim. Bunun üçün dövlət tərəfindən müəyyən kömək göstərilməsi vacib şərtlərdən biridir. Eyni zamanda, şərablardan aksiz vergisinin götürülməsini də zəruri hesab edirəm.

Mövcud sahənin daha da inkişafı məqsədilə təbii şərabın alkoqollu içkilər sırasından çıxarılaraq bir ərzaq məhsulu hesab edilməsi də faydalı olardı. Fikrimcə, belə halda şərab məhsullarının reklamı ilə bağlı problem də həllini tapar.

– Şərab ixracının artırılması ilə bağlı vəziyyət barədə fikirlərinizi bilmək istəyərdik.

–Azərbaycanın iqlim şəraiti, aborigen üzüm sortlarının dadı və ətri ixracı artarmağa imkan verir. Son vaxtlar şərab zavodları müasir avadanlıqla təchiz edilib, yeni üzüm bağları salınıb. İxrac edilən məhsulun dəyərinin 6 faizi istehsalçıya qaytarılır. Bütün bunlar isə istehsalçıları ruhlandırır və yeni keyfiyyətli məhsul istehsalına sövq edir. Statistikadan da görünür ki, şərab ixracı getdikcə artır. Faktlara əsasən belə qənaətə gəlmək olar ki, yaxın 2-3 il ərzində bu sahədə ixrac 30-40 faiz artacaq və xaricə məhsul satışı dinamik xarakter alacaq.

Yeri gəlmişkən, hazırda “AzGranata” MMC tərəfindən «Türk rakısı»nın, ağ, çəhrayı və qırmızı alkoqolsuz şərabların, habelə nar şərabının ixracı yüksək səviyyədə reallaşdırılır.

Onu da qeyd edim ki, ixrac prosesində şərab istehsalçılarının da müəyyən məsuliyyət daşıması zəruridir. İstehsal olunan məhsulların dünya bazarında rəqabətqabiliyyətli və qiymətinə görə münasib olması onlardan asılıdır.

–Avqustun 31-də Şamaxı rayonunun Meysəri kəndində keçirilən Üzüm və Şərab Festivalında Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsini təklif etmisiniz. Bunu necə əssslandırırsınız?

- Şərabı qida məhsulu adlandırmağım təsadüfi deyildi. Belə ki, üzümün tərkibindəki maddələrin sayı əgər 400-ə çatırsa, fermentasiyadan sonra həmin rəqəm 800-ə qədər artır. Bu isə şərabın müalicəvi göstəricilərinin sayının çoxalması deməkdir.

ABŞ-ın İndiana ştatının Uest-Lafayett şəhərində yerləşən Perdyu Universitetinin professoru Ki Xun Kim göstərib ki, qırmızı şərab piy hüceyrələrini parçalayır. Başqa sözlə, alim qırmızı şərabda “pikeatannol” maddəsini tapıb ki, bu da insan orqanizmində yeni piy hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Roma əsilzadələrinin müalicəsi ilə məşğul olan və imperator Markus Avreliusun saray həkimi kimi tanınan Klavdi Qalen şərabı qida məhsulu kimi təyin edərək, onun bioenergetik təsirini vurğulayıb, eyni zamanda, şərabı xassələrinə görə diferensiallaşdırıb.

Üzüm şərabından və şərabdan müalicə məqsədilə istifadə elmdə enoterapeya adlanır. Həqiqətən, şərabın müalicəvi əhəmiyyəti çoxdan insanlara məlumdur. Belə ki, qədim Yunanıstanda şərabdan antiseptik maddə kimi istifadə olunub. O zaman yaralılara şərab verib, yaraların üzərinə şərabla isladılan parça qoyublar. Qərbi Avropada şərabla müalicə orta əsrlərdən əvvəl yayılmağa başlayıb...

Şərab kimyəvi tərkibinə və pəhriz xüsusiyyətlərinə görə də insan fiziologiyasına çox yaxındır. O, insan orqanizminə müsbət bioeneji və möhkəmləndirici təsir göstərir ki, nəticədə insan qocaldıqda onun həyat gücü, bədənin tonusu artır, gümrahlıq yaranır. Əbəs yerə şərabı “qocaların südü” adlandırmayıblar. Eyni zamanda, şərab orqanizmi faydalı mikroelementlərlə, vitamin və amin turşuları ilə zənginləşdirir, ateresklerozun yaranmasına və inkişafına mane olur. Təmiz şərabın tərkibindəki trioksistilben maddəsi hüceyrələrin qocalma prosesini ləngidir və onkoloji xəstəliklərin yaranmasının qarşısını alır.

Şərab, eyni zamanda, antibakterial xüsusiyyətlərə də malikdir. İnsanlar arasında epidemiya tüğyan edən vaxtı şərabçılıq rayonlarında mütəmadi olaraq bu məhsulu qəbul edənlər adıçəkilən xəstəliyə az tutulublar. Tədqiqatlar da göstərir ki, şərab malyariya, xolera, vərəm bakteriyalarını öldürür. İkiqat su ilə qarışdırılan şərab da təxminən eyni səmərəni verir. Ona görə də epidemiya vaxtı həkimlər su əvəzinə yarıbayarı su ilə qarışdırılan süfrə şərabı içməyi məsləhət görüblər. Eyni zamanda, ağ süfrə şərabı çox gözəl susuzluğu yatırır. Təmiz şərab qrip, bronxit, ağciyərlərin iltihabı kimi soyuqlama və xroniki xəstəliklərin müalicəsində də çox faydalıdır. Mədə - bağırsaq traktının pozulmasında və xəstəliklərində tərkibində dubil maddələr olan qırmızı şərabın faydası böyükdür.

Ümumiyyətlə, şərabın müalicəvi xüsusiyyətləri haqqında çox danışmaq olar. Bax, şərabı bir qida məhsulu kimi qəbul etməyimin səbəbi də məhz elə bununla bağlıdır.

– Siz elmi fəaliyyətlə yanaşı, həm də «AzGranata» MMC-də çalışırsınız. Azərbaycanın lider müəssisələrindən biri kimi tanınan bu müəssisənin əldə etdiyi uğurlar, ilk növbədə, hansı amillərlə bağlıdır?

- 2012-ci ildə «AzGranata» MMC-nin tərkibində kiçik alkoqollu içkilər sexi fəaliyyət göstərirdi. Rəhbərlik həmin sexin dirçəldilməsini qarşıya əsas vəzifələrdən biri kimi qoymuşdu. Bunun üçün mövcud əlverişli şəraitdən düzgün bəhrələnmək tələb olunurdu. Müəssisənin Böyük Qafqaz sıra dağlarının Ləngəbiz silsiləsinin Adnalı yaylasında 500 hektar sahədə salınan üzüm, 500 hektara yaxın isə nar bağlarına elmi baxımdan yanaşılması vurğulanırdı. Bu da təsadüfi deyildi. Çünki həmin sahələrdə üzümün dəmyə, yəni suvarılmayan sahələrdə yetişdirilməsi tinglərin kökünün daha dərinə işləməsi, özünə su axtarması son nəticədə yetişən məhsulun mineral maddələrlə zənginləşməsinə müsbət təsir göstərirdi.

Qısa müddətdə işin düzgün tənzimlənməsi nəticəsində bir sıra uğurlar əldə edildi. 2012-ci ildə Azərbaycanda ilk dəfə şərab turizmi məhz bu zavodda yaradıldı, ictimai təşkilatlara, hotellərə pulsuz şərab turları təşkil edildi. Müəssisədə alıcı potensialının artırılması üçün rayon əhalisi üçün «Açıq qapı» günləri keçirildi. Azərbaycan tarixində ilk dəfə “Abqora” qora suyunun, müxtəlif meyvələrdən likyor şərablarının müasir texnologiyaya əsaslanan sənaye üsulu ilə istehsalına və Şotlandiya texnologiyası əsasında viski buraxılışına başlanıldı.

Meşələrdən yığılan cır alma, göyəm, alça, zoğal və tutun da məhz «AzGranata»da istehsalına başlanıldı ki, bu da insanların əlavə gəlir əldə etməsinə şərait yaratmaqla onların maddi rifahını yaxşılaşdırdı.

 

Banner
Banner
  • Azərbaycan
  • şərab
  • aksiz vergisi
Paylaş

Digər xəbərlər

İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə - DƏVƏT EDİLİB
Biznes 24 Mart 2023
İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə - DƏVƏT EDİLİB
Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
Biznes 22 Mart 2023
Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
Biznes 21 Mart 2023
Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
Biznes 18 Mart 2023
NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
“OBA” Naxçıvanda... – FOTOLAR
Biznes 18 Mart 2023
“OBA” Naxçıvanda... – FOTOLAR
Üç şirkət "Ag Telecom"a birləşir
Biznes 18 Mart 2023
Üç şirkət "Ag Telecom"a birləşir
Azərbaycanın «Optimal» mağazalar şəbəkəsi - GÜRCÜLƏRƏ SATILDI
Biznes 17 Mart 2023
Azərbaycanın «Optimal» mağazalar şəbəkəsi - GÜRCÜLƏRƏ SATILDI
“Azərbaycan Mikro-Kredit” BOKT-un  - Nizamnamə Kapitalı Azaldılır
Biznes 17 Mart 2023
“Azərbaycan Mikro-Kredit” BOKT-un - Nizamnamə Kapitalı Azaldılır
"ASK Tütün" nizamnamə kapiatlını 1,5 milyon manat azaldır
Biznes 17 Mart 2023
"ASK Tütün" nizamnamə kapiatlını 1,5 milyon manat azaldır
Şirkət rəhbərliyi dividend verib-verməmək barədə - QƏRAR QƏBUL EDƏCƏK
Biznes 17 Mart 2023
Şirkət rəhbərliyi dividend verib-verməmək barədə - QƏRAR QƏBUL EDƏCƏK
"Qərb elə bilirdi Rusiya mağazaları boş qalacaq, indi özləri bu problem ilə üzləşiblər"
Biznes 16 Mart 2023
"Qərb elə bilirdi Rusiya mağazaları boş qalacaq, indi özləri bu problem ilə üzləşiblər"
13 layihəyə 260 min manat ayrılır - MÜQAVİLƏLƏR İMZALANDI
Biznes 16 Mart 2023
13 layihəyə 260 min manat ayrılır - MÜQAVİLƏLƏR İMZALANDI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "PASHA Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:03 25 Mart 2023
  • "AzeriMed" QSC işçilər axtarır - MAAŞ - 400-450-500-600-1000-1500 MANAT - VAKANSİYALAR
    20:54 25 Mart 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    20:48 25 Mart 2023
  • "Camal LTD" işçilər axtarır - MAAŞ 600-800-1000-1200 MANAT - VAKANSİYALAR
    20:42 25 Mart 2023
  • Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
    20:22 25 Mart 2023
  • XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
    20:15 25 Mart 2023
  • Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
    20:10 25 Mart 2023
  • Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?
    19:53 25 Mart 2023
  • Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
    19:45 25 Mart 2023
  • Mobil terminal, planşet və printer avadanlıqlarının alınması - TENDER ELANI
    17:46 25 Mart 2023
  • "Vitamin VİO" MMC "TC Şirkəti" MMC ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    17:41 25 Mart 2023
  • "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:38 25 Mart 2023
  • Mühafizə xidmətinin alınması ilə bağlı - TENDER ELANI
    17:30 25 Mart 2023
  • "Qurman Plyus" yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:18 25 Mart 2023
  • Azərbaycanda armatur istehsalı son bir ildə 57%-dən çox azalıb
    17:09 25 Mart 2023
  • Dövlət qurumu "Hanse" MMC-ni - MƏHKƏMƏYƏ VERİB
    17:06 25 Mart 2023
  • Azərbaycanda polad tökmə istehsalı son bir ildə 16%-dən çox azalıb
    16:57 25 Mart 2023
  • Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    16:46 25 Mart 2023
  • Təlimlərin keçirilməsinin satınalınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:39 25 Mart 2023
  • Azərbaycanda tikinti kərpiclərinin istehsalı son bir ildə 26%-dən çox azalıb
    16:28 25 Mart 2023
  • Yumşaq inventarların alınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:19 25 Mart 2023
  • Azərbaycanda sement istehsalı 5%-ə yaxın azalıb
    16:10 25 Mart 2023
  • "Azərkosmos" Agentliyi - TENDER ELAN ETDİ
    16:02 25 Mart 2023
  • "Champion İZ" borca görə - MƏHKƏMƏYƏ VERİLİB
    15:52 25 Mart 2023
  • Naxçıvan Muxtar Respublika Xəstəxanası - TENDER ELAN ETDİ
    15:43 25 Mart 2023
  • "Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    15:31 25 Mart 2023
  • Lildən təmizlənmə və sahilbərkitmə işləri ilə bağlı - TENDER ELANI
    15:21 25 Mart 2023
  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!