Azərbaycan Rusiyaya rakı ixrac edəcək. Bu və spirtli içkilər baxarındakı digər yeniliklərlə bağlı FED.az-ın suallarını «AzGranata» şirkətinin ixrac şöbəsinin müdiri Tural Hacıyev cavablandırıb.
Eləcə də bax: «Azərbaycanda şərab aksiz vergisindən - AZAD EDİLMƏLİDİR» - PROFESSORLA MÜSAHİBƏ
Onun sözlərinə görə, ilkin olaraq Rusiyaya nümunələr göndərilib. Bundan sonra məhsul bəyənilib və sifariş verilib. Hələlik Azərbaycan istehsalı olan rakının Rusiyaya ixrac olunacağı nəzərdə tutulur.
- Tural müəllim, rakı istehsalına nə vaxtdan başlamısız?
- Rakı istehsalına ötən ildən başlamışıq. Hazırda rakı istehsalı kütləvi deyil, çünki müraciət olmalıdır. Rakı üçün cirəni türkiyədən gətiririk. Çoxlu üzüm sahələrimiz var gələcək üçün həmin sahələrdən cirə əldə etmək planlarımız var.
- Niyə rakını elə Türkiyəyə ixrac etmirsiniz?
- Türkiyədə spirtli içkilərin ixracı üçün rüsumlar çox yüksəkdir. Ona görə də oray rakı ixracı demək rolar mümkün deyil.
- Siz rakını neçəyə satırsız?
- Rakı araqdan ikiqat bahadır. Tündlüyü 45% olan 0,7 litrlik rakını 6 dollara ixrac edirik. Misal olaraq Rusiyaya, Ukraynaya yarım litr arağı 2,5 dollara, 0,75 litri 3 dollara ixrac edirik.
Bahalı rakılarımızla yanaşı kjnyaklarımız da var. 0,7 litr konyak, təxminən 25 dollara başa gəlir. XO kanyakımız bahalı içki olduğundan adi şüşə butulkaya da süzmək olmaz. Onun xüsusi qablaşdırlması olmalıdır. İstehsal etdiyimiz kanyakların ucuzları isə 3 ulduzu 2,8 dollara, 5 ulduzu isə 3-3,1 dollara satılır.
- Türkiyədə spirtli içkilər üçün nə qədər vergi tutulur?
- Baxın, 40%-lik vodkaya 94-97 TL vergi, 37,5%-liyə isə 90 tele vergi var. Ona görə 6-7 tele ucuz olsun deyə onlar 37,5 dərəcəlik araq istəyirlər. Qeyd edək ki, vergi bir litrə tətbiq edilir. Çoxları soruşur ki, Türkiyədə spirtli içkilər «od qiymət»inədir, niyə bizdən ora məhsul ixrac olunmur. Ona görə ixrac olunmur ki, təkcə bir litr araq üçün idxalçı 90 tele vergi verməlidir.
- Belə çıxır Türkiyəyə spirtli içki satmaq mümkün deyil?
- Mümkündür, bizdən vodka qiymətləri ilə maraqlanıblar. Xüsusilə də turistlərin çox olduğu yerlərdən, Antalya kimi istirahət məkanlarından istəyirlər. Amma 1 dollardan ucuz olanı istəyirlər. Arağın şüşəsi və qapağının qiyməti 1 dollardan bahadır. O qiymətə də ancaq Belarusiyanın aşağı keyfiyyətli araqları gəlib çıxa bilər. Ona görə də Türkiyəyə vodka göndərmirik. O qiymətə Azərbaycandan heç bir istehsalçı Türkiyəyə məhsul verə bilməz.
- Bir qədər əvvəl «AzQranata» alkoqolsuz şərab istehsalına başlamışdı, bunların ixracı varmı?
- İxracda alkoqolsuz şərab demək olar ki, yox dərəcəsindədir. Bir iki dəfə ərəblər gəlib baxdılar, sonra geri dönüş olmadı. Bəlkə də şübhələnirlər ki, birdən içərisində cüzi də olsa spirt olar. Biz içkini xüsusi avadanlıqla yoxlayıb göstəririk ki, baxın, «sıfır» alkaqoldur. Özləri də içirlər dadı xoşlarına gəlir. Amma maraqları yoxdur. Alkoqolsuz içkilərdən Rusiyaya göndərməyi planlaşdırırıq.
- Bəs şirkətiniz əsas hansı məhsulları ixrac edir?
- «Azqranata»nın ixracının əsas hissəsi nar şirələrinin payına düşür. Ümumiyyətlə, zavod ilk dəfə şirə emalı üzrə işə başlayıb. Biz şərab istehsalıa sonradan başladıq. İxracla yerli satış da fərqlidir. Yerli bazar məhsulu istədiyin vaxt aparıb bazarda sata bilərsən. Amma ixracda əvvəlcədən pul almalısan, malı göndərməlisən, yoxlamalıdırlar. Bunun üçün zaman tələb olunur. Nar şirələrinin ən çox Rusiayaya ixrac edirik. Daha sonra Avropa ölkələrinə, hətta Kanada, Avstraliya və Malaziya kimi ölkələrə də nar şirəsi ixrac edirik.
- Şirə ixracından gəlir təqribən hansı həddədir?
- Qiymət olaraq deyə bilərəm ki, ildə 2 milyon dollara yaxın ixrac edirik. Alkoqollu içkilərin satışına keçən ildən xüsusi diqqət ayırmağa başlamışıq. Bu ilin sonuna gözlənilir ki, hardasa yarım milyon dollar gəlir gətirəcək. Spirtli içkilərimiz əsasən Rusiya və Ukaynaya satılır. Nar çaxırlarımızı isə az miqdarda Litva, Polşa, Çexiyaya satırıq.
- Məsələn, ötən il və ya bu ilə gözlənilən ixrac gəlirləri nə qədərdir?
- Ötən il gəlirimiz 1 milyon 900 min dollar olub. Onda alkoqolun payı çox aşağı idi - təxminən 200 min dollar. Bu il bizim satışın həcminin 2 milyon 900 min dollar olacağı gözlənilir Bunun 250 min dolları alkaqollu içkilərimizin payına düşəcəyi gözlənilir. Qalanı isə nar şirələri və onlardan hazırlanan məhsulların payına düşür. Bunlar nar konsentratıdır, nar sousudur və kompotlardır.