Azərbaycanda işçilərin şikayət etdiyi sahibkarı polis saxlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirmişdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-2 (POLİSLƏR VƏ TORQOVI SAKİNLƏRİ)
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:
"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür" (Oxu.az).











