2019-cu ildə Azərbaycanda istehsal olunan məhsullar arasında hansının daha çox, hansının isə daha az satıldığı məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda alınmayan mallar aşağıdakılardır:
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə istehsalı 0.9% artaraq 1670 ədədə çatıb. Lakin anbarda 4 370 ədəd qalıq yaranıb.
Bu il 39,6 min kv.m dəridən hazırlanan məhsul istehsal olunub. Bu ötən illə müqayisədə 96,4% çoxdur. Nəticədə anbarda 140,0 min kv.m qalıq yaranıb.
Cari ilin yanvar-avqust aylarında 13,4 min ton sürtkü yağları istehsal olunub. Artım 15,5% olub. Nəticədə də 10,9 min ton anbarda artıq məhsul qalıb.
Bu ilin yanvar-avqust aylarında 15 654,9 ton lak-boya məmulatları istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 181,9% çoxdur ki, son nəticədə anbarda 1 628,1 ton qalıq yaranıb.
2019-cu ilin yanvar-avqust aylarında 200,8 min ton armatur istehsal olunub ki, bunun da 5,5 min tonu anbarda qalıb. Qeyd edək ki, ötən ilin eynid övrü ilə müqayisədə bu il armatur istehsalında 94,4% artım olub.
Bu il 276,2 min kub metr tikinti kərpici, istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 147,7% çoxdur. Nəticədə anbarda 16,2 min kub metr
Ötən ilin yanvar-avqust ayı ilə müqayisədə bu il 96,5% daha çox(6 640,8 ton) bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar istehsal olunub. Nəticədə 3 977,4 ton qalıq yaranıb.
Butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatlardan bu il 9 841,0 min ədəd, ötən illə müayisədə 2,9 %d. çox istehsal olunub. Nəticədə anbarda 3 970,2 ədəd qalıq yaranıb.
Tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan dərmanlara gəlincə isə hesabat dövründə 27,4 min manatlıq dərman istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 63.3% çoxdur. Nəticədə də anbarda 15,7 min manatlıq qalıq yaranıb.
Bu il ölkədə 863 ədəd traktor istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 88.3% çoxdur. Nəticədə anbarda 364 ədəd traktor alıb.
Minik avtomobillərinə gəlincə isə cari ilin yanvar-avqust aylarında 1 496 ədəd minik avtomobili isteh olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.8% çoxdur. Lakin istehsalın artması nəticəsində anbarda 227 ədəd qalıb.
Bu ilin yanvar-avqust aylarında 403,2 min dkl üzüm şərabı istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41.% çoxdur. Nəticədə anbarda 1 004,1 dkl üzüm şərabı qalıb.
Həmçinin anbarda qalan mallar arasında fermentləşdirilmiş tütün məhsulu da olub. Belə ki, bu ilin yanvar-avqust aylarında 3 467,5 ton məhsul istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% d çoxdur. Nəticədə anbarda 1 064,0 ton məhsul qalıb.
Azərbaycanda ən az satılan mallar arasında yerli xalça istehsalı da var. Belə ki, bu ilin yanvar-avqust aylarında 1 832,0 kv.m xalça və xalça məmulatları istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 191,9% çoxdur. Nəticədə anbarda 2 898,8 kv.m xalça və xalça məmulatları qalıb.
Məlumata görə, bu ilin yanvar-avqust aylarında satılmayan mallar arasında, anbarda heç bir ədəd qalmayan məhsullar da var. Bunlar aşağıdakılardır.
Ət (quş əti daxil olmaqla), 213,2 min ton məhsul istehsal olunub. Ötən illə müqayisədə 102,7% artım olub. Anbarda bu məhsuldan qalmayıb.
Bu il 630,2 min ton üzlü süd, istehsal olunub ki, bu da ötən illə müqayisədə 102,8% çoxdur. Artimin yüz faizdən çox olmasına baxmayaraq anbarda qalıq məhsul qalmayıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu il 121,7% 3 857,6 ton daha çox qaymaq və xama istehsal olunub.
Anbarda qalmayan digər bir məhsul isə marqarindir. Belə ki, bu il ölkədə 28 426,3 ton marqarin istehsal olunub ki, bu da pötən ilin eyni dövrü ilə müqayisədə 91,4% çoxdur.
Ötən illə müqayisədə isə ölkədə çörək istehsalı 101,7% artaraq 837,6 min tona çatıb.
Azərbaycanda istehsal olunan və anbarlarda qalmayan qida məhsullarından başqa neft-kimya, polad borular və elektrik enerjisi olub.
Belə ki, bu il ölkədə istehsal olunan neft kimya məhsulu 121.9% artaraq 184,6 min ton olub. Polad boruların istehsalı isə 62,5% artaraq 22,2 min ton olub. Elektrik enerjisi, istehsalında isə 105,7% artım olub ki, bu da 16 403,1 milyon kVt- saat elektrik enerjisi deməkdir.