Azərbaycanda balıq istehsalının həcmi 2019-cu ilə qədər 60 min tondan artıq olduğu halda, həmin ildən sonra istehsal həcmi aşağı düşüb.
Balıq bazarı ilə bağlı - Bazar Araşdırması Aparılıb
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı araşdırılmasında qeyd edilir.
Son 5 ilin dinamikasınabaxdıqda 2016-2019-cu illərdə Azərbaycanda balıq istehsalının həcmi 60 min tondan artıq idi. Ancaq 2021 ci ildə bu həcm 60 tondan aşağı olmuşdur.
“Ümumi dinamika enməyə doğru gedir”- deyə, araşdırmada qeyd edilir.
Hesabatda əlavə edilir ki, tutulmuş və ya ovlanmış balığınillərə görə 96%-98% fiziki şəxslər tərəfindən tutulmuş balıqdır. “Bu isə o deməkdir ki, bazarda əsas oyunçu mikro oyunçulardır”.
Azərbaycanda , tutulmuş və ya ovlanmış diri balığın həcminin 98% pərakəndə şəkildə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilir. Bu fəaliyyətin regionlar üzrə heç bir dövlət və ya qeyri dövlət orqanı tərəfindən bölgüsü hesablanmır. Regionlar üzrə bölgü KİV-də olan məlumatlar, bazar iştirakçıları və ekspertlərin fikri əsasında formalaşıb. Daha çox balıq istehsalı Xəzər dənizi sahilində yerləşən bölgələrdə və çayqırağı vətəqələrdə fiziki şəxlər tərəfində yetişdirilir. Balıq ovu əsasən Salyan-Şirvan zonasında ovlanır və bu ölkə üzrə 36%-lik pay deməkdir.