09 dekabr 2024-cü il, saat 12:00-da “Bakı Mexanizasiya Tikinti” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev məhəllə 2950-52 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı;
2. Cəmiyyətin ləğv olunması;
3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Təsviyəçinin təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi;
4. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi;
5. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq aktivlərin səhmdarlar arasında bölünməsi;
6. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı 10:00-dan 12:00-a kimi aparılacaqdır.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Bildirək ki, “Bakı Mexanizasiya Tikinti” ASC 22 yanvar 2003-cü ildə yaradılıb. Şirkət 39 min 334 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Mürsəl Rzayev Qəni oğludur.