"2015-2016-cı illərdə dünya iqtisadiyyatında baş vermiş geriləmə, o cümlədən əmtəə (enerji daşıyıcıları) qiymətlərinin aşağı düşməsi zamanı Azərbaycan iqtisadi sahədə balansı qoruyub-saxlamağı bacardı. 2018-ci il ölkədə iqtisadi inkişafın bərpa edilməsi ili oldu. Bu prosesin 2019-cu ildə davamlı olacağına əminik".
FED.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ABŞ-dan olan tanınmış jurnalist Con Batçelora verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, Vergilər Nazirliyi olaraq işimiz təkcə fiskal gəlirləri sığortalamaq deyil, həm də iqtisadi inkişafı təbliğ etməkdir. Çünki vergi iqtisadiyyatın əsas drayverlərindəndir və iqtisadi inkişaf birbaşa vergi gəlirlərinə də təsir edir. Məncə Bakıda böyük inkişafın olduğunu və bunun regionlara yayıldığını desəm yanılmaram. 2004-cü ildən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Bir qədər əvvəl 4-cü belə proqramın icrasına başlanılıb. İndiyə qədər regionlara investisiya qoyuluşunun məbləği 10 milyard manatı ötüb. 3 minə yaxın məktəb, 600 xəstəxana inşa edilib, 10 minlərlə km yeni yol çəkilib”, - nazir bildirib.
Eləcə də bax: Azərbaycanda soğan kəskin bahalaşdı - NAZİRLİKDƏN AÇIQLAMA
"Siz heç vaxt davamlı vergi yığımlarını, vergi nəticələrini nəzərə almamalısız. Vergi yığımları iqtisadi əsaslarla səsləşməlidir. 2019-cu il bizim üçün xüsusi ildir. Çünki 2018-ci ilin sonunda vergi islahatları təqdim edilib. Burada bir neçə məqsəd var. Birincisi vergi yığımların artırılması, xüsusən də orta və kiçik sahibkarlıqda buna nail olmaqdır. Biz bu məsələyə iki bucaqdan baxırıq. Birincisi biz təbliq edirik ki, inkişaf neft-qaz, qızıl və başqa təbii sərvətlərlə bağlı sahələrdə deyil. İnkişaf davamlıdır və inkluzivdir. Əsnəklik kiçik və orta bzinesə gələcək iqtisadi şoklardan daha asan çıxmağa imkan yaradır. İkincisi biz ancaq vergi yığımlarının artırılması siyasəti yürütmürük, həm də biznesin stimullaşdırılmasına çalışırıq. Bu sahədə bir çox strukturlar əl-ələ verib çalışır. Bunlar Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, dövlət agentlikləri və iqtisadi bloka daxil olan başqa qurumlardır. Biz həm də kənd təsərrüfatı da daxil olmaqla bir sıra sahələrə vergi güzəşti etmişik. Bu, kənd yerlərində aqrar sektorda çalışanların gəlirlərinə təsir edir. Azərbaycan hökumətinin nümayəndəsi olaraq deyə bilərəm ki, ölkəmizə sərmayə qoymaq çox asandır. Amma təklif edərdim ki, mənim dediyimi yox, Dünya Bankının “Doing Business 2019” hesabatını əsas götürəsiniz. Bu hesabata görə, Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və 25-ci yerdə qərarlaşıb”, - M.Cabbarov əlavə edib.