Azərbaycanda getdikcə güclənməkdə olan yerli şirkətlər artıq daxili bazarla kifayətlənmir, məhsulun getdikcə daha çox hissəsini xaricə satmağa çatışırlar.
FED.az-ın suallarına «ZZ procurement» boru istehsalı şirkətinin təsisçisi və rəhbəri, Azərbaycan Beynəlxalq Bankının – ABB-nin «Sahibkarlar Klubu»nun üzvü Samir Əlizadəm cavab verir.
Dövlət İqtisad Universitetində muhasibat ucotu ve audit ixtisasına yiyələnən S.Əlizadə Barselona Universitetində beynəlxalq biznes idarəetməsi ixtisasında təhsil alıb. Onun rəhbərlik etdiyi «ZZ procurement» şirkəti senaye tipli borularin istehsalı ilə məşğuldur və məhsulun böyük hissəsini xaricə ixrac edir.
- Samir müəllim, təqribən bir il əvvəl sizinlə müsahibə etmişdik, o vaxtdan biznesinizdə - boru istehsalında vəziyyət necədir?
- Bildiyiniz kimi, bizim şirkətimiz - «ZZ procurement» Azərbaycanın ən böyük boru istehsalçısı və ixracatçılarından biridir. Hazırda Gürcüstana və Rusiyaya boru ixrac edirik, hədəfimiz bu ölkələrin sayını artırmaqdır.
- İxrac etdiyiniz əsas məhsul hansıdır?
- Biz əsasən xaricə sənaye tipli plastik boru ixrac edirik.
- Samir müəllim, boru istehsalı müəssisəniz Sumqayıtdadır, bu şəhərdə çoxsaylı sənaye parkları var və onların üzvü olmaq biznes üçün, əslində, çox sərfəlidir. Məsələn, 7 illik vergidən azadolma və sair. Müəssisəniz həmin parkda yerləşir?
- Xeyr, biz sənaye parkı və ya məhəlləsində çalışmırıq, amma parkın rezidenti statusunu almışıq və rezident olaraq bu güzəştlərdən istifadə edirik.
- Bunu necə etmisiniz?
- Biz İqtisadiyyat Nazirliyi tərəfindən təşviq sənədi almışıq, nəticədə biz də məhəllənin rezidentləri kimi, 7 il ərzində vergilərdən azadıq.
- Konkret hansı vergilərdən və hansı həcmdə azadsınız?
- Hazırda 7 illik müddətə mənfəət vergisindən 50%, eləcə də torpaq və əmlak vergsindən tamamilə azadıq. Bundan başqa, xaricdən avadanlıq gətirərkən gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunmuşuq.
- Bu variant sizin üçün sərfəlidirmi, məsələn, xaricdən avdanlıq gətirərkən gömrük rüsumu və ƏDV-nin ödənilməməsi?
- Bəli, əlbəttə. Ümumiyyətlə gömrük rüsmumu özü kifayət qədər böyük məbləğ edir, nəzərə alsaq ki, idxal rüsumu 15%, ƏDV isə 18% təşkil edir, onda təkcə idxal zamanı ümumilikdə 33% vergidən azadıq.
- Samir müəllim, siz ABB-nin – Beynəlxalq Bankın aktiv müştərisi və «Sahibkarlar Klubu»ınun üzvüsünüz. ABB-nin sizin layihələrinizdə rolu nədən ibarətdir. Bankın hansı xidmətlərindən istifadə edirsiniz?
- Bizim üçün ən faydalı hallardan biri fabrikimizi böyütmək və bu məsələdə bankın dəstəyi oldu. Daha dəqiqi, məhz ABB ilə sıx əməkdaşlığa başlayandan sonra fabriki böyütməyə nail olduq.
- Fabriki nə qədər böyütdünüz?
- 5 min kvadratmetr qapalı fabrikdir və 9 avadanlığa malikdir. Bu genişlənmə nəticəsində istehsal gücümüz dəfələrlə artdı. Əvvəllər istehsal gücü ayda 200-250 ton təşkil edirdisə, indi tam gücümüzlə işləsək, ayda 1500 tona yaxın məhsul istehsal edə bilərik.
- Bu genişlənməyə nə qədər vəsait yatırmısız? Bildiyimiz qədər, ABB-nin kreditindən istifadə etmisiniz.
- Fabrikin genişlənməsinə təqribən 3 milyon manat vəsait yatırılıb. Bu vəsaiti ABB-nin krediti hesabına alıb ödəmişik. İndi həmin krediti qaytarırıq.
- Ödənişlərdə ləngimə yoxdur?
- Xeyr şükürlər olsun, gecikmə yoxdur, qaydası ilə qaytarırıq
- «ZZ procurement» şirkəti istesal etdiyi borunu ən çox haraya satır – ölkə daxilində, yoxsa xaricə ixrac edirsiniz?
- Ölkə daxilində də satır, amma son ayların statistikasına baxsaq, hazırda istehsal həcminin 60-70 faizi xaricə satılır, Gürcüstan və Rusiyaya satırıq.
- Gürcüstanın ən çox hansı şəhərlərinə satırsınız?
- Demək olar bütün şəhərlərinə, Tbilisidən başlayaraq Batumiyə qədər olan ərazilərə satırıq.
- Samir müəllim, nəyə görə məhsulun böyük hissəsi xaricə satılır – ölkə dailində satmaq çətindir, tələbat azdır, yoxsa xaricə satmaq daha sərfəlidir, daha yaxşı qiymətə satılır?
- Bunun bir neçə səbəbi var. Əvvəla, bildiyiniz kimi, Azərbaycanda boru istehsalçılarının sayı çoxdur və hər bir istehsalçı bazardan pay qazanmaq istəyir. Digər səbəb istehsalın xüsusiyəti ilə bağlıdır. Yəni istehsal avadanlığı dayanmağı, sönməyi sevmir. İstehsala başlayırsansa, həm anbar rejimində işləməlisən, həm də əlində artıq məhsulun olmalıdır. Bildiyiniz kimi, burada nisyə və əvvəlcədən ödənişlə satışlar da var. Digər tərəfdən, bu iş, yəni bizim istehsal mövsümi bir işdir. Borua tələbat ən çox yaz-yay aylarında olar – qış aylarında hava şarəitinə görə tələbat azalır. Biz də vaxtilə məhz bu səbəbdən ixraca yönəlməyə başladıq ki, qış aylarında, hansı ki ökəmizdə tələbat azalır, bizim istehsalımız dayanmasın. Çünki avadanlıq avtomobil kimidir, söndürüb sonra yandıranda bir fəsad ola bilər. Ona görə də biz öz sahəmiz üzrə çox aqressiv düşünürük ki, nə olur-olsun, istehsal dayanmasın.
- Başqa hansısa ölkəyə ixraca başlamaq fikriniz varmı?
- Mən bu yaxınlarda, bir neçə ay əvvəl Özbəkistana getdim, İdman və gənclər nazirliyinin layihəsi çərçivəsində. Özbəkistan çox potensiallı və böyük bazardır. Doğrudur, logistika məsələlərini həll etmək, yəni məhsulu ora çatdırmaq lazımdır. Amma düşünürəm ki, hər şey qaydasında getsə, artıq 2022-ci ildə Özbəkistan da bizim ixrac siyahımızda olacaq.
- Daxili bazarda, yəni sizin sahədə – boru istehsalında hansı problem var?
- Nəyi nəzərdə tutursunuz?
- Məsələn, başqa sahələrdə istehsalla məşğul olan digər şirkətlərdən FED.az-a bildirirlər ki, bazarda çoxsaylı qeyri-leqal sexlər fəaliyyət göstərir. Hansı ki, həm məhsulu keyfiyyətsizdir və alıcıya təhlükə yaradır, həm və vergidən yayınaraq bazarda ədalətsiz rəqabət mühiti yaradırlar. Bəs brru istehsalında vəziyyət nə yerdədir?
- Bizim sahədə nəzarət daha güclüdür. Çünki məhsulumuz qaz və su borularıdır, onlar da testdən keçirilir, keyfiyyəti, təhlükəsiz olmadığı araşdırılır. Biz özümüz də məhsulları laboratoriyada test edirik, həm də müştəri alıcı olaraq onu test edə bilir. Yəni keyfiyyətə bütün tərəfərdən nəzarət edilir. Amma bizdə başqa bir problem var ki, bu da rəqabətin yüksək olması, istehsalçıların sayının çox olmasılır
- Bu əslində, sərbəst rəqabət üçün yaxşı deyil?
- Sərbəst rəqabət baxımından yaxşı ola bilər, amma istehsalçının çox olması hamının qazancının az olmasına səbəb olur.