Azərbaycanda qeyri-neft sektorunda ən çox valyuta gətirən pomidorun aılışı cari ildə 160.27 min tona yüksəlib ki, bu da 173.02 mln. dollar həcmində ölkəyə valyuta daxil olub. Azərbaycan illik müqayisədə pomidor ixracını 20.7 min ton (15%) artıma nail olub.
Eləcə də bax: Azərbaycan Rusiyaya 152 min tondan çox pomidor - İxrac Edib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla belə Azərbaycan pomidorunun alıcısı Rusiya Federasiyasıdır. Son göstəricilərə görə Azərbaycan pomidorunun 98%-i (öncəki ildə 98.8% idi) RF bazarlarında satılıb.
Sirr deyil ki, Rusiya qlobal miqyasda xaricdən 3-cü ən böyük pomidor alan ölkədir. 2019-cu ildəki göstəricilərə görə, Rusiya xaricdən 557.71 min ton həcmində pomidor idxal edib. Bunun 172.36 min tonu, yəni, 31%-i Azərbaycanın payına düşüb. Rusiya ötən il Azərbaycanla yanaşı Türkiyədən idxal olunan pomidorun idxalını da artırıb, əvəzində Çin, Mərakeş, İran, Ermənistan kimi ölkələrdən isə azaltmışdı.
Azərbaycanda iqtisadçı və bu sahəyə yaxın olan şəxslər isə RF-dən 98% üzərində asıllığı gələcəkdə məhsul yetişdirib bazara çıxaranlar üçün risk sayır. Eləcə də bu bəzi sahibkarları da əndişələndirir. Dekabr ayında RF-nin Azərbaycandan idxal etdiyi pomidora qadağa tətbiqi artıq ölkənin “bir bazardan aslı” olmasından qurtarmaq üçün yeni bazarların axtarışına səbəb olub. RF Azərbaycan pomidorunda “güvə” tapmasını iki istiqamətdə yozuldu: bəziləri bunu “Rosselxoznadzor”un sırf ölkənin aqrar sektorunu zərərvericilərdən qorumaq məqsədi güddüyünü, bəziləri isə “siyasi embarqo” kimi qiymətləndirdilər.
Azərbaycanda mənzillənən Azad Istehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynov Rusiyanın “güvə” iddiasına cavab olaraq deyib ki, Rusiya “biznesi siyasətə qatır”. O, öz növbəsində bunun yanlış yanaşma olduğunu deyir. Tezliklə bu məsələnin həll ediləcəyinə ümid edir.
İstixanada yetişdirilən pomidor
Azərbaycan öncəki ildəki bəzi müştərilərini itirib. Məsələn, Polşa, İraq və Qətər kimi ölkələr bu il pomidor alışını dayandırıb. Ölkə üzrə bu tərəvəzin alışının artmasına səbəb isə “loyal” alıcılar olan Rusiya və Ukraynanın alışlarını artırmasıdır. Qazaxıstan, Gürcüstan, BƏƏ, Belarus və Estoniya isə bazarlarında bizim pomidorun alışını azaldıblar.
Adının çəkilməsini istəməyən iş adamı bildirir ki, Azərbaycan Polşa ölkələrdə öncəki ildə ixracın baş tutumasına səbəb ticarət evləri və missyanın əməyində olub. Lakin, keyfiyyətin önəmsənildiyi Avropada bəzi standartlar var ki, Azərbaycan pomidoru da ona “uyğunlaşdırılmalıdır”. Yoxsa həmin bazarlarda güclü ticarət və logistik imkanlardan yararlanan pomidor satıcıları qarşısında bizim malımız tab gətirməyəcək. O, həmçinin Azərbaycanın pomidorla yanaşı digər aqrar məhsulları üçün yaxın coğrafi məkanlar MDB, Körfəz və digər Asiya bazarlarını hədəf götürməlidir.
AİB rəhbəri E.Hüseynov standart məsələsinə gələndə bununla bağlı Azərbaycanın Qida Təhlükəsizlik Agentliyinin işlər apardığını deyir. O deyir ki, məhsulun Avropadakı standartlara uyğun istehsalı üçün işlərin aparılması ilə bağlı AQTA-nın nizamnaməsində də bir bənd olduğunu qeyd edilib.
Dünyada TOP50 ən böyük pomidor alıcıları:
Bu ölkələrdən Azərbaycan üçün coğrafi baxımdan ən yaxın potensial alıcılar:
Siyahıda ilk pillədə Səudiyyə Ərəbistanıdır. Bu ölkə ötən il xaricdən 210.12 min ton həcmində pomidor idxal edib. Bu pomidorları İordaniya (72.76 min ton), Suriya (61.15 min ton) və Misirdən (36.52 min ton) idxal edib. Burada önəmli fakt Türkiyə pomidorlarını son illərdə azaldıb əvəzində Suriyadan idxalı kəskin artırmanı qeyd etmək lazımdır.
Polşa (158.96 min ton). Polşa Azərbaycandan öncəki il bu tərəvəzi idxal etsə də bu il dayandırıb. Lakin, bir çox ekspertlər bu ölkəni Azərbaycan tərəvəz istehsalçıları üçün potensial bazar kimi görməkdədirlər. Lakin, bu bazarın da hələ bəzi tələblərini tam qarşılaya bilən istehsalın Azərbaycanda olmasına ekspertlər skeptik yanaşır. Bura artıq Avropa bazarıdır. Keyfiyyət standartları daha çox önəmsəlinir. Bunun üçün Polşanın istehlak etdiyi pomidorların hansı ölkələrdən gətirilməsinə nəzər yetirmək kifayətdir. İspaniya (58,92 min ton), Niderland (42.48 min t) və Mərakeş (19.92 min t).
Birləşmiş Ərəb Əmirliyi (158.48 min ton). BƏƏ öncəki illə müqayisədə Azərbaycandan pomidor alışını artırıb. Lakin, bu ölkənin bazarındakı əsas payçılar ölkəyə yaxın bir coğrafiyanı əhatə edir. Ölkənin əsas pomidor alışı İordaniya (41.18 min t), İran (32.35 min t) və Misirdən (18.91 min t) olub.
Ukrayna (54.91 min ton). Azərbaycanın ikinci ən böyük alıcısı olan bu bazarın artıq illərdir ki, əsas müştərisi Türkiyədir (98%). Lakin, son illərdə Azərbaycandan pomidor alışının həcmini 0.89 min tondan 2.35 min tona qaldırıb.
Digər Körfəz ölkələri Qətər, Bəhreyn, Oman kimi ölkələrin isə cəmi idxal həcminin 174.61 min ton olduğunu müşahidə edirik.