Azərbaycanda son illərin ən böyük tələbat olan məhsulu – dronların istehsalı başlanır.
FED.az-ın məlumatına görə, dronlar Elmlər Akademiyasının nəzdindəki Yüksək Texnologiyalar Parkında buraxılacaq. Dronların istehsalçısı AMEA-nın özünün təsis etdiyi "Elm və Texnologiya Parkı" MMC-dir. Hazırda şirkətin əsas layihəsi “Geniş təyinatlı multirotor insansız uçan aparatların»-dronların istehsalıdır.
Xatırladaq ki, dronlar dünya bazarında sürətlə işkişaf etməkdə olan sahələrdən biridir. Bu aparatlardan axtarış-xilasetmə və təcili yardım, eləcə də poçt çatdırılma, müşahidə və digər məqsədlərlə istifadə edilir. MMC-dən bildirilir ki, layihə çərçivəsində Azərbaycanda dünya standartlarına cavab verən yeni nəsil dronların istehsalı təşkil ediləcək.
MMC-nin direktoru Cavid Sadıqov FED.az-a bildirib ki, müəssisədə iki nbv dronların istehsalı nəzərdə tutulur. Bunlar elektrik batereyaları və benzinlə işləyənlərdir. Elektriklə işləyən dronlar daha kiçik (maksimum 2-3 kiloqram) yüklərin daşınması üçün istifadə ediləcək, benzin generatorlu dronlarla isə daha ağır yüklər (15-20 kiloqrama qədər) daşına və ya istifadə oluna biləcək.
Maraqlıdır ki, müəssisənin istehsal günü limitsizdir. C.Sadıqov bildirib ki, burada istənilən qədər dron istehsal etmək mümkündür: «Müştəri texniki taphırığı, yəni ona hansı növ dronun lazım olduğunu bildirir, biz isə dərhal onun istehsalına başlayırıq. Daha ağır dronlardan gün ərzində br neçə ədəd yığıla bilər, nisbətən kiçik dronlardan isə gündə 200 ədəd yığa bilərik». Başqa sözlə sifariş olarsa, il ərzində burda 70 mindən artıq dron buraxıla bilər.
Hazırda Azərbaycanda dronların əsas istifadəçiləri dövlər qurumlarıdır. Burada dronlar əsasən təhlükəsizlik, müşahidə və təcili yardım məqsədləri ilə istifadə edilir. Biznesin və fiziki şəxslərin dronlardan istifadəsinə istə qanınla icazə verilmir. Bununla əlaqədar olaraq qarşıdakı dövrdə qanunvericiliyin dəyişəcəyi gözlənilir. Özəl sektora icazə verilərsə, dronlar, kənd təsərrüfatı, qida və poçt daşımaları, sığorta və sair sahələrdə istifadə oluna bilər.
Yeri gəlmişkən, əldə olunmuş razılığa əsasən, dronların "Azexport"un Azərbaycan daxili azhəcmli çatdırılmalarında test sınaqları da keçiriləcək.
Cavid Sadıqovun sözlərinə görə, Azərbaycanda istifadə ediləcək dronlar xaricdən gətirilənlərdən qiymətinə görə daha ucuz olacaq, hərçənd istehsalda eyni texnologiyalardan istifadə edildiyinə görə qiymət fərqi elə də böyük olmayacaq, əvəzində, xaricdən gətirilənərdən fərqli olaraq yerli dronların gömrük rəsmiləşdirilməsi problemi olmayacaq, eləcə də texniki servisi daha ucuz və operativ yerinə yetiriləcək.
İlk mərhələdə dronların daxili bazar üçün istehsalı, daxili bazarda tələbatın ödənilməsindən sonra isə xarici bazarlara çıxış nəzərdə tutulur.
Yüksək Texnologiyalar Parkın in yerli və beynəlxalq bazarlarda maraqlı olacaq digər məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20 faiz artır. Bu məhsul haqqında məlumatın da portalda yerləşdirilməsi və eyni zamanda, beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib.