Dünyada ərzaq təhlükəsizliyinə diqqətin artması və qida sənayesinin inkişafı, torpaq bazarına, xüsusilə də əkin sahələrinə münasibəti dəyişib. Son illər kənd təsərrüfatı torpaqlara tələbat artır. Xüsusilə məhsuldar torpaqları və inkişaf etmiş infrastrukturu olan Avropa ölkələrində bu amil özünü daha ciddi büruzə verir. Nəticədə Avropada əkin sahəsi almaq istəyənlərin sayı artmaqdadır. Baxmayaraq ki, bəzi ölkələrdə bu xaricilər üçün qadağındır.
Eləcə də bax: Xaricilər Gürcüstanda əkin sahəsi ala bilməyəcək
FED.az Avropada əkin sahələrinin bazarı ilə bağlı mühüm məqamları təqdim edir.
«EasyBusiness» analitik mərkəzinin analiz etdiyi ölkələr torpaq bazarının uzun müddətli inkişaf tarixinə malikdirlər. Bu ölkələrdə əkin sahələrinin satışı ilə bağlı qadağa yoxdur, qiymətlər və sahələr isə sadə şəkildə tənzimlənir.
Əcnəbilərin də (əksər hallarda) ölkə vətəndaşları kimi torpaq ala və sata bilmək imkanlarının olmasına baxmayaraq praktikada bu cür əməliyyat çox da tez-tez aparılmır. Çünki torpaq sahiblərinin formalaşması, onun yeri və ekoloji standartlara riayət olunma tələbi və s.-ə görə torpaq almaq çətindir.
Açıq və liberal bazar sayəsində bu ölkələrdə kənd təsərrüfatı məhsuldarlığı, yüksək texnologiyaların tətbiqi və torpaqlara diqqətlə yanaşması ilə fərqlənir.
AVSTRİYANIN TORPAQ BAZARI
Avstriyanın torpaq bazarı açıq tiplidir. Bu ölkədə kənd təssərrüfatı təyinatlı torpağın 1 hektarı 42 min dollardır.
Avstriya - intensiv və mexanizasiyalı kənd təsərrüfatlı, yüksək inkişaf etmiş sənaye ölkəsidir. Kənd təsərrüfatlı torpaq sahələri ölkənin topaq fondunun 38,2%-ni təşkil edir.
Bunun 42,9 %-i əkin sahələridir. Kənd təsərrüfatında müasir üsulların tətbiqi daxili bazarın ehtiyacları olan məhsulların 75%-ni təmin etməyə imkan verir.
Bazar necə tənzimlənir?
Əcnəbilər dövlətin razılığını aldıqları təqdirdə torpaq satın ala bilərlər. Dağlardakı fermaları isə qydiyyatdan keçmiş fermerlər əldə edə bilərlər.
Torpaq sahibi onu yalnız bir varisinə ötürə bilər. Bir neçə varisə ötənmə qadağandır, hərçənd bBəzi vilayətlərdə istisnalar var.
9 əyalətdə torpaq mülkiyyətinin ötürülməsi üçün müxtəlif qaydalar var. Əməliyyatlar yerli hakimiyyət orqanları tərəfindən tənzimlənir.
Bəzi vilayətlərdə qiymət məhdudiyyətləri və minimum yer müəyyən edilir və satın alınma icazəsi tələb olunur.
Torpağın minimum icarə müddəti 3 ildir. Vergilər: möhür rüsumu alıcı tərəfindən əməliyyat qiymətinin 3,5% -i məbləğində ödənilir. Alıcı torpaq qeydiyyatı üçün də 1,1% ödəniş edir. Torpaq satışından gəlir vergisi əməliyyat qiymətinin 20% -ni təşkil edir.
Torpaq islahatının nəticəsi:
Torpaq konsolidasiya islahatı və liberal bazar fermerlərin maliyyə vəziyyətini yaxşılaşdırdı. Bu gün böyük fermerlərin 1,9 faizi kənd təsərrüfatı torpaqlarının 18,4 faizinə sahibdir, torpaqların 53%-i isə özəl mülkiyyətdədir.
Faydalı kənd təsərrüfatı fəaliyyəti ətraf mühitin və torpağın qorunması ilə sıx bağlıdır. Konsolidasiya üçün çoxfunksiyalı bir yanaşma fermerlərin gəlirlərini artırır və milli iqtisadiyyatın artımını stimullaşdırır.
BÖYÜK BRITANIYANIN TORPAQ BAZARI
Bu ölkədə torpaq bazarı açıq tiplidir. Kənd təsərrüfatı torpağının qiyməti bir hektar üçün ortalama 31,4 min dollardır.
Böyük Britaniya dünyanın ən inkişaf etmiş sənaye ölkələrindən biridir. Kənd təsərrüfatı dünyada ən mexanizasiyalı tipə aiddir və yüksək məhsuldarlığa malikdir. Bununla belə əhalinin cəmi 1,1%-i bu sahədədir. Aqrar sahədə ölkənin torpaq sahəsinin 71,3%-i istifadə edilir, onun da 36,3%-i əkin sahəsidir.
Bazar necə tənzimlənir?
Əcnəbilər üçün məhdudiyyət yoxdur, İngiltərədə 18 yaşı tamam olmuş istənilən fiziki şəxs torpaq sahibi ola bilər. Mülkiyyətdə torpağın sahəsinin minimal və maksimal ölçüsü müəyyənləşdirilməyib. Şotlandiyada isə sahənin minimal ölçücü 0,3 ha kimi nəzərdə tutulub. Torpağın maksimal icarə müddəti 175 ildir.
VERGİLƏR. İngiltərə, Uels və Şimalıl İrlandiyada qeydiyyat yığımı razilaşma məbləğinin 0-12%-dir. Şotlandiyada isə bu rəqəm maksimum 4,5% ola bilər.
Torpaq islahatlarının nəticəsi:
Bazarın liberal olması aqrar sahənin məhsuldarlığının artımına təsir göstərir. Kənd təsərrüfatı sahəsi intensivdir, yüksək mexanizasiyalıdır. Son bir neçə il ərzində investisiya cəlbi və torpaqların qiymət artımı müşahidə olunur. Bununla belə fermerlik yerli gənc əhali arasında elə də populyar deyil. Ölkədə fermerlərin qocalması problemi yaranıb. Fermerlərin orta yaş həddi 59-dur. Bununla belə torpaqların 90 faizi özəl mülkiyyətdədir.
ALMANİYANIN TORPAQ BAZARI
Almaniyanın açıq tipli torpaq bazarında knd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarı 32,3 min dollardır.
Almaniya, kənd təsərrüfatı məhsullarının istehsalı üçün Avropada aparıcı yer tutan yüksək inkişaf etmiş post-sənaye ölkəsidir. Buna baxmayaraq kənd təsərrüfatı ÜDM-in yalnız 0,7%-ni təşkil edir.
Kənd təsərrüfatı torpaqları ölkənin torpaq fondunun yarısını təşkil edir (47,9%). Əkin torpaqları - torpaq fondunun 34,1%-dir.
Bazar necə tənzimlənir?
Əcnəbilər və vətəndaşlar torpaqları məhdudiyyətsiz alıb-sata bilərlər, torpağın sahəsinə də məhdudiyyət qoyulmur.
Minimum sahə isə hər bir federal rayon tərəfindən ayrı təyin oluna bilər. Məsələn, Bavariyada minimum sahə 2 hektardır.
Qiymətlər bazar tərəfindən tənzimlənir. Bəzi hallarda, Şərqi Almaniyada kollektivləşmə zamanı torpaqlarını itirmiş keçmiş sahibkarlar üçün xüsusi qiymətlər var - bazar qiymətinin 65%-i qədər.
Bəzi torpaqlarda landşaft və ətraf mühitin qorunması üçün tələblər var. Köhnə sahiblər torpağın keyfiyyəti sayəsində əkinçilik ərazilərini aşağı qiymətə ala bilərlər, ancaq bunun üçün torpağı nəzərdə tutulmuş məqsəd üçün ən azı 20 il istifadə etməlidirlər.
Torpağın alınması üzrə vergini alıcı ödəyir - əməliyyat dəyərindən 3,5%. Əməliyyat qiyməti 2,8 min ABŞ dollarından az olduqda torpağın vergisi ödənilmir.
Kənd təsərrüfatı torpaqları üçün azaldımış bələdiyyə vergisi həddi: əkin sahələri üçün 1,2%, digər torpaq sahələri üçün isə 2,4%.
Torpaq islahatlarının nəticəsi:
Almaniyada torpaq bazarı liberal və açıqdır. Bu, zərərlə işləyən müəssisələrin sayının azaldılmasına kömək edir. İslahatdan sonra fermerlərin maliyyə vəziyyəti yaxşılaşdı.
Mülkiyyət strukturunda aparılan 20 illik islahatdan sonra orta ailəvi fermalar və böyük korporativ təsərrüfatlar üstünlük təşkil etməyə başlayıb.
Bu gün torpaq mülkiyyətinin payını artırmaq istəyən fermerlər arasında torpaq konsolidasiyası var. Kənd təsərrüfatı torpaqlarına tələbat artır. Şərqi Almaniyada torpağın 49% -i özəl mülkiyyətdədir.
ÇEXİYANIN TORPAQ BAZARI
Çexiyanın torpaq bazarı açıq tiplidir. Kənd təsərrüfatı torpaqlarının 1 hektarı burda 8 min dollardan təklif olunur.
Əsas xüsusiyyətlər: ərazinin 54,6% kənd təsərrüfatı torpaqlarıdır. 74.6% (ümumi torpaq fondunun 40,8%) - əkin sahələri.
Bazar necə tənzimlənir?
Xaricilər 2011-ci ildən başlayaraq Çexiyada torpaq ala bilirlər, dövlət qiyməti tənzimləmir. Kənd təsərrüfatı torpaqlarının satışı üzrə vergi - əməliyyatın qiymətinin 3%-i qədərdir. Torpaq vergisi ödənilmir.
Torpaq islahatlarının nəticəsi:
Çexiyada böyük korporativ təsərrüfatlar üstünlük təşkil edir. Torpaq mülkiyyətinin birgə idarə edilməsi üsulu geniş yayılıb. Torpaq quruluşu çox parçalanmışdır ki, bu da bazarın inkişafına və kənd təsərrüfatı torpaqlarının qiymətlərinin artmasına mane olur. Bu, əsasən əvvəllər dövlət təsərrüfatlarının və kolxoz təsərrüfatlarının daha kiçik təsərrüfatlara ayrılması səbəbindən baş verib. Lakin sahibkarlarla lizinq müqaviləsi əsasında köhnə sxem çərçivəsində işə davam edildi.
NİDERLANDDA TORPAQ BAZARI
Niderlandda torpaq bazarı açıqdır, 1 hektar torpağın satış qiyməti də 63,7 min dollar.
Niderland intensiv, yüksək inkişaf etmiş kənd təsərrüfatı və məhsuldarlığı olan sənaye ölkəsidir. Kənd təsərrüfatının payı ÜDM-in 1,8% -ni və işləyən əhalinin 2%-ni təşkil edir.
Kənd təsərrüfatı torpaq sahələri 1,8 milyon hektar və ya ölkənin torpaq fondunun 54,9% -ni təşkil edir. Əhalinin 10,1%-i kənd yerlərində yaşayır. Torpaqların 89%-i özəl mülkiyyətdədir.
Torpaq bazarı necə tənzimlənir?
Əcnəbilər torpaqları məhdudliyyət olmadan ala bilərlər, qiymətlər bazar tərəfindən müəyyən edilir.
Torpaq satışında vergini alıcı ödəyiri – əməliyyatın 6%-i. Vergidən azad edilmə torpağın əkinçilik məqsədləri üçün ən azı 10 il istifadə edəcəyi barədə zəmanət verildiyi təqdirdə mümkün ola bilər. Bundan əlavə, notarius xərcləri də ödənilir.
İcarənin minimal və maksimal qiymətləri regional hakimiyyət orqanı tərəfindən müəyyən edilir. Hər il icarə haqqından az miqdarda yayınmağa icazə verilir.
Torpaqdan istifadəyə ətraf mühit qanunları və istehsal kvotaları ilə nəzarət olunur. Torpaq sahəsinin minimum icarə müddəti 6 il, fermer təsərrüfatının icarə müddəti isə 12 ildir. İcarədəki torpaq satışa çıxarılanda icarəçinin üstünlük hüququ var.
Torpaq islahatlarının nəticəsi:
Açıq və liberal torpaq bazarının sayəsində Niderlandda torpaq səmərəli istifadə olunur. Bu gün ölkə məhsuldarlığı təmin edən yenilikçi istehsal sistemlərindən istifadə edir və nəticədə məhsuldarlıq Avropa ortalamasından 5 qat yüksəkdir.
Kənd təsərrüfatı torpaqlarının qiyməti Aİ və dünyada ən yüksək göstəricidir. Niderlandda torpaqların icarə hüququnun satın alınması əməliyyatı geniş yayılıb. Bu zaman hər hansı maliyyə qurumu, məsələn bank, torpağı sahibindən satın alıb onu icarəyə verir. Müqavilənin müddəti sona çatanda isə köhnə sahibi torpağı geri satın ala bilər. Belə bir mexanizm fermerlərə kənd təsərrüfatının idarə edilməsi üçün kiçik borclanma ilə əlavə vəsaitlərin cəlb edilməsinə imkan verir. Ümumiyyətlə, əmək məhsuldarlığının artması səbəbindən kənd təsərrüfatı işçilərinin azalması prosesi də baş verir.
İTALİYANIN TOPRAQ BAZARI
İtaliya torpaq baxımından açıq tipli bazardır. Bir hektar k/t təyinatlı torpağın qiyməti 25,7 min dollar təşkil edir.
Əsas xüsusiyyətləri:
İtaliya aqrar sahədə yüksək məhsuldarlığı olan yüksək inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Kənd təsərrüfatı üçün torpağın 46,3% -i istifadə olunur, onların yarısı əkin sahələridir (ümumi torpaq fondunun 23,2%-i). Bütün torpaqlar özəl mülkiyyətdədir.
Torpaq bazarı necə tənzimlənir?
Xaricilər üçün heç bir məhdudiyyət yoxdur. Həm fiziki şəxslər, həm də hüquqi şəxslər kənd təsərrüfatı torpaqlarını almaq hüququna malikdirlər. Satın alınan sahənin maksimum- minimum həcmi və qiyməti dövlət tərəfindən tənzimlənmir.
Qeydiyyat haqqı - əməliyyatın 10%-i qədərindədir. Torpağa mülkiyyətinin dəyişdirilməsi hüququ üçün tutulan vergi - əməliyyatın qiymətinin 1%-dir. Kadastr vergisi isə torpaq qiymətinin 1%-dir. Daha əvvəl qeydiyyatdan keçməmiş torpaq üçün - $ 200.
Torpaq islahatlarının nəticəsi:
İtaliyada torpaq islahatı mülkədar sinfini demək olar ki, məhv etdi. Kənd təsərrüfatı torpaqlarının 65 faizini sahibləri özləri idarə edir. Torpaq bazarı aktiv və sabitdir. Kənd təsərrüfatı torpaqları üçün alqı-satqı müqavilələri torpaq sahəsinin təxminən 1-2% -ni təşkil edir. Kənd təsərrüfatı istehsalı çox məhsuldardır. Mülkiyyət hüquqlarının qeydiyyatı üçün vergilərin böyük olmasına baxmayaraq, bazar investisiyalar üçün dinamik və cəlbedicidir.
İSPANİYANIN TORPAQ BAZARI
İspaniyada kənd təsərrüfatı torpaqları ucuzdur – bir şektar 16,1 min dollar, bazar açıq tiplidir.
Əsas xüsusiyyətləri: İspaniya inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Torpaqların 70%-i özəl mülkiyyətdədir.
Torpaq bazarı necə tənzimlənir?
Əcnəbilər torpaq ala və sata bilərlər. Kənd təsərrüfatı torpaqlarının minimum və maksimum sahəsi, həmçinin onun qiyməti dövlət tərəfindən tənzimlənmir.
Torpaq vergisi - torpağın dəyərinin 0,3%-dir (bölgəyə görə, nisbət daha yüksək ola bilər). Torpağı mülkiyyətə ötürmək vergisi - bölgəyə görə əməliyyat qiymətinin 6-7%-i qədərdir. Qeydiyyat haqqı 200-600 dollar təşkil edir (əməliyyatın qiymətindən asılı olaraq). Notariat haqqı əməliyyatın qiymətindən asılı olaraq (orta hesabla 300-800 dollar) tutulur.
Torpaq islahatının nəticələri:
Torpaqlar daha da birləşdirildi. Uzunmüddətli icarəyə götürülən təsərrüfatları müəyyən edən "prioritet təsərrüfat" konsepsiyası tətbiq olunub. Onlar həmçinin 8 il ərzində hökumətdən yardım ala bilərlər və meşə kənarlarına mülkiyyətin verilməsi zamanı vergilərdən azad olunurlar.
Bundan əlavə, İspaniya hökuməti hər il illik kənd təsərrüfatı sığortası planını təsis edir. Plana əsasən, fermerlərə fövqəladə halların bəzilərini əhatə edən maliyyə dəstəyi verilir. Sığorta haqqının 50%-ni dövlət ödəyir. Bu siyasət peşəkar fermerlərə, qabaqcıl holding şirkətlərinə və gənc fermerlərə kənd təsərrüfatının məhsuldarlığını artırmağa kömək edir.
FRANSANIN TORPAQ BAZARI
Fransanın k/t torpaqları bazarı müəyyən məhdudiyyətlərlə açıq bazar sayılır. Əkin sahələrinin qiyməti 1 hektar üçün 7,4 min dollardır.
Əsas xüsusiyyətlər: Fransa yüksək inkişaf etmiş sənaye-aqrar ölkədir. AB əkinçilik məhsullarının 21%-i Fransanın payına düşür.
Kənd təsərrüfatı torpaqlarının sahəsi - ölkənin ümumi fondunun 52,6%-ni təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 63,6%-i (ümumi torpaq fondunun 33,4%-i) əkilir.
Bazar necə tənzimlənir?
Xarici fiziki şəxslər üçün Fransada torraq almaq məhdudiyyəti yoxdur. Xarici hüquqi şəxsin əsas ofisi isə Fransada qeydə alınmalıdır.
Fransa vətəndaşlarının əməliyyatlarına SAFER dövlət agentliyi tərəfindən nəzarət olunur. Əksər hallarda, alıcı torpağı aldığı bölgənin sakini, rezidenti olmalıdır.
İdarə edilməyə verilən əmlakdakı torpaq sahəsinin minimum və maksimum həddi müəyyənləşdirilməyib, lakin qeyri-rəsmi limit SAFER tərəfindən müəyyən edilir. Agentlik bazarda inhisarın və böyük holdinqlərin əmələ gəlməməsinə nəzarət edir.
Torpaq almaq üçün dövlətdən icazə almaq lazımdır. Minimum icarə müddəti 9 ildir. 12 ildən çox müddətə lizinq müqavilələri notariat qaydasında təsdiqlənməlidir. İcarənin yenilənməsi dövlət tərəfindən tənzimlənir.
Torpağı 25 ildən çox müddətə icarəyə götürən şəxs növbəti 20 il üçün tutulacaq icarə haqqının 0,6%-i qədər yerli vergidən azaddır.
Torpağın alınması üzrə vergi alıcı tərəfindən əməliyyatın qiymətinin 5,1%-i məbləğində ödənilir. Gənc fermerlər üçün 0,7% güzəşt var. SAFER vasitəsi ilə edilən əməliyyatlar vergilərdən azaddır. Torpağa miras vergisi - torpağı dəyərinin 5% -dən 60% -ə qədərdir.
Torpaq islahatının nəticələri:
Torpaq icarəyə götürmək üçün müəyyən edilən ən böyük minimal müddət Fransadadır. Həmçinin icarəyə götürülən torpaq sahələrinin ən böyük hissəsi də Fransaya məxsusdur. Ölkə Aİ-də ən çox tənzimlənən torpaq bazarlarından biridir. Əksər əməliyyatların SAFER tərəfindən təsdiq olunmasına baxmayaraq, proses çox mürəkkəbdir, çox vaxt və xərc tələb edir. Bu, torpağın alqı-satqısını çətinləşdirir ki, bu da bazarın cəlbediciliyinə mənfi təsir göstərir. Son illərdə əməliyyat aparılan torpaqların orta ölçüsü 3,3 hektardır.
Avropa ölkələrində əkin torpaqlarının qiymətləri: