Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Birliyin üzvü olan "Yapı Kredi Bank Azərbaycan" QSC-ni ziyarət edib.
FED.AZ xəbər verir ki, qonaqları Bankın İdarə Heyətinin sədri Mete Şamil Öztürk və İdarə Heyətinin üzvü, Baş Direktorun Satış və Marketinq üzrə müavini Sinan Ağırbaş qəbul edib.
ATİB-in fəaliyyəti və perspektiv layihələri barədə danışan Mürsəl Rüstəmov Birliyin cari hədəfinin ölkə başçısının Azərbaycana, xüsusilə işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşlarının artırılması, habelə Türkiyə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində siyasətinin dəstəklənməsi olduğunu bildirib. Sədr bu kontekstdə vaxtaşırı qardaş ölkədən ATİB-i ziyarət edən iş adamları, eləcə də ticarət və sənaye palataları nümayəndələri ilə görüşlərdə qonaqlara Qarabağ bölgəsində yatırım imkanları, sənaye zonalarında təşviqlər, xammal və ixrac bazarı barədə ətraflı məlumat verildiyini, habelə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq arzusunda olanlara müvafiq hüquqi dəstək göstərildiyini qeyd edib.
Qardaş ölkələrimizin inkişafı və əhalinin rifahının yüksəldilməsi baxımından Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılmasının Yapı Kredi Bank Azərbaycan üçün də xüsusi maraq kəsb etdiyini vurğulayan Mete Şamil Öztürk Bankın bu məqsədlə hər iki ölkədən olan iş adamlarının bizneslərini maliyyə dəstəyi ilə təmin etməyə hazır olduğunu bildirib.
Eyni tarixi və etnik kökə malik xalqlarımızın bu gün regionda bənzər problemlər yaşadığı kimi yaxın gələcəkdə də birgə yüksələcəyinə, habelə onların öncülüyündə Türk birliyinin daha da möhkəmlənəcəyinə inamını ifadə edən tərəflər bu məqsədlə qarşılıqlı fəaliyyətin səmərəli olacağı barədə ortaq fikrə gəliblər.




![ATİB sədri Mürsəl Rüstəmov "Yapı Kredi Bank Azərbaycan" QSC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4708576.jpg)
![ATİB sədri Mürsəl Rüstəmov "Yapı Kredi Bank Azərbaycan" QSC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1767742.jpg)
![ATİB sədri Mürsəl Rüstəmov "Yapı Kredi Bank Azərbaycan" QSC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1194929.jpg)
![ATİB sədri Mürsəl Rüstəmov "Yapı Kredi Bank Azərbaycan" QSC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1954677.jpg)







