Bu gün Bakı Türk Şəhidliyində Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr Birol Akgün, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilib.
Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına çiçək dəstələri qoyulduqdan sonra mərasim Şəhidlər Xiyabanını ziyarətlə başa çatıb.




![ATİB nümayəndə heyəti Bakı Türk Şəhidliyini ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2740673.jpg)
![ATİB nümayəndə heyəti Bakı Türk Şəhidliyini ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4057183.jpg)
![ATİB nümayəndə heyəti Bakı Türk Şəhidliyini ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3819463.jpg)
![ATİB nümayəndə heyəti Bakı Türk Şəhidliyini ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1726076.jpg)
![ATİB nümayəndə heyəti Bakı Türk Şəhidliyini ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1902375.jpg)








