Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı əsasında qardaş ölkənin nümayəndələrinin iştirakı ilə, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, həmçinin yeni üzvləri Birliyə təqdim etmək məqsədi daşıyan geniş tərkibli tədbir keçirilib.
FED.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Azərbaycanla Türkiyə arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətidə aparılan işlərdən, eləcə də Azərbaycan və Türkiyədən olan iş adamlarının düzgün şəkildə əlaqələndirilməsi və ATİB tərəfindən onlara göstərilən dəstəkdən danışıb: “ATİB bu sahədə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artmasında əlindən gələni edir. Biz bununla da kifayətlənmirik, Azərbaycandan və ya Türkiyədən olan iş adamlarımızın qurulan bizneslərinə əlimizdən gələn dəstəyi veririk. Cənab Prezidentimizin də bildirdiyi kimi əsas məqsəd sahibkarlığın inkişafına dəstək verməkdir. Çünki iqtisadiyyatın inkişafı üçün sahibkarlığın inkişaf etməsi lazımdır".
M.Rüstəmov ATİB-in fəaliyyətindən və indiyədək görülən işlərdən danışıb. O bildirib ki, bu gün təşkil olunan təbdirin əsas məqsədlərində biri ATİB-ə yeni üzv olan şirkətlərin tanıtımını elan etməkdir: “ATİB üzvləri sıralarına yeni üzvlər qatılıb. Bu üzvlərimizi həm digər üzvlər, həm də hökümət nümayəndələri tərəfindən tanınmalıdır. Düşünürəm ki, bu kimi görüşlər iş adamlarının bir-birilərini yaxından tanıması və əlaqələrin qurulması üçün çox vacibdir”.
Daha sonra söz Türkiyənin Azərbaycadakı səlahiyyətli səfiri Birol Akgüna verilib. Səfir Azərbaycanla Türkiyə arasındakı mövcud əlaqələrin əhəmiyyətindən danışıb: "İstər siyasi istərsə iqtisadi sahədəki əlaqələrimiz durmadan inkişaf edir. Təkcə onu deyə bilərəm ki, iki qardaş ölkənin 2025-ci il üzrə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 8 milyard dollar təşkil edib. Bu rəqəmi 15 milyard dollara çatdırmaq niyyətindəyik. Bu dövriyyənin artırılması üçün biz iş adamlarımızın 2026-cı ildə daha aktiv işləməsini, daha çox əməkdaşlıq etməsini və imkanları daha yaxşı dəyərləndirməsini istəyirik".
Səfir bildirib ki, dünən başqa bir göşdə xüsusilə rəqəmsallaşma və texnologiya dəyişiklikləri ilə bağlı həm hökumətlərarası, həm də şirkətlərin rəqəmsallaşması və süni intellektlə bağlı modernləşmə istiqamətində dəyərli təkliflər verildi: "Bunu deməkdə məqsədim odur ki, artıq Türkiyə və Azərbaycan münasibətləri təkcə enerji, neft, təbii qaz, infrastruktur yatırımları (tikinti sektoru) və nəqliyyat sahələri ilə məhdudlaşmamalıdır. Bunun xaricində yeni sahələrdə, yeni texnoloji istiqamətlərdə və rəqəmsallaşma kimi əməkdaşlıq imkanı yaradan sahələrdə daha çox əməkdaşlıq ön plana çıxacaq. Dünya artıq bu istiqamətə doğru gedir” - deyə səfir bildirib.
Tədbirdə millət vəkilləri Azay Quliyev, Ziyad Səmədzadə və digər iştirakçılar Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı əməkdaşlığının yüksək səviyyəsinin hər iki ölkə üçün mühüm əhəmiyyətindən danışıblar. Natiqlər bildiriblər ki, Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Çıxışlarda bildirilib ki, Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyur. Ölkələrimizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun inkişafında həlledici rol oynayır.
Tədbirin sonunda ATİB-ə yeni üzv olan şirkətlərə üzvlük sertifikarlari təqdim edilib, xatirə şəkili çəkilib.













![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/633797.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/3487515.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/4448923.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/4247355.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/3470578.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/1183356.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/4167375.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/78474.jpeg)
![ATİB-in Bakıda geniş tərkibli tədbiri keçirilib – [red]ÜZV ŞİRKƏTLƏRİN SAYI ARTIR – FOTOLAR[/red] | FED.az](upload/news/small/4475498.jpeg)







