İnsanları qruplara ayırmağın çoxsaylı yolları vardır: gənc və yaşlı; varlı və kasıb; biz və onlar; həndəsini həll edə bilən 98% və həll edə bilməyən 3%; və ya insanları iki qrupa bölən və bölməyənlər kimi qruplar.
Həmçinin yaxşı strateji qərarlar qəbul edən və etməyən insanlar da vardır. Lakin insanları yaxşı və pis strateji qərar verən qrupa bölmək heç də asan deyildir. Bu işdə izləmə qeydlərinin aparılması yaxşıdır, lakin heç də birmənalı qarşılanmamalıdır və yeni başlayan insanlarda belə qeydlər olmaya bilər. Ümumi intellekt və biznes dərəcələrinin olması da yaxşı nişanədir. Habelə, iqtisadi dərəcəsi olan ağıllı insanlar strategiyanın işlədiyi məqamların çoxu ilə razı deyil. Müəyyən sənaye sahəsində ekspert biliklərə malik təcrübəli peşəkarlar çox şey vəd edə bilər, bəs yeni ideyaları olan autsayderlər nə etsin? Bəs düşüncə tərzi necə olsun?
Bilirik ki, insanlar özgüvənlərinə etibar edir. Habelə, məqsədyönlü və əsaslı qərar qəbul edənlərin özgüvəni ilə tələsik mülahizə yürüdən şəxslərin özgüvəni arasında nəzərəçarpan fərq vardır.
Beləliklə, qərar qəbuletmə strategiyasının 4 üslubunu qeyd etmək olar:
“The Top Pricer Tournament”-də iştirak edən insanların məlumatlar bazası yaradılmışdı. Orada əsasən aparıcı biznes rəhbərləri, məsləhətçilər, professorlar və tələbələr barədə məlumatlar öz əksini tapırdı. Bu turnirdə onların hamısının qarşısına eyni naməlum, lakin birbaşa qiymət yaratma strategiyası ilə bağlı problem qoyulmuşdu.
Turnirdə iştirak edən onlarla iştirakçı dedi ki, sürətli qərar qəbul etdikdən sonra öz strategiyalarında tamamilə əmindilər (özgüvən). Onlarla digər iştirakçı isə asta qərar qəbul etdikdən sonra öz strategiyalarında əmin olduqlarını söylədilər və s.
Yuxarıdakı cədvəldə insanların düşüncə tərzləri öz əksini tapır və bunlar oradakı boş sahələrdə qeyd olunan ifadələrlə təsvir edilmişdir. Həmin turnirin nəticələrinə istinadən kiçik bir təhlil aparılmışdı və həmin təhlili aşağıda sizlərə təqdim edirik.
Aparılan təhlildə “Zənn edirdim” deyən respondentlər nəzərə alınmamışdır, çünki onlar strateji qərarlar qəbul edən strateqlərin fəaliyyət göstərdiyi real həyat və orada baş verənlərlə bağlı qeyri-tipik və ya qeyri-münasib yanaşmalarını nümayiş etdirmişlər. Bu da onların əmin olmamalarından, ya da bir nəticəyə gəlmək üçün qoyulan məsələ üzərində kifayət qədər uzun müddət işləmələrindən, düşünmələrindən irəli gəlir. Nəticədə, belə qənaətə gəlmək olar ki, onlar gələcəkdə uğur əldə etmək niyyətində deyil.
Ümumiyyətlə, “Artıq bilirəm” və “İndi artıq bilirəm” deyən qruplar əsasən yaşlı nəsildən olan kişilər idi. “Artıq bilirəm” deyənlərin arasında həmçinin kişi cinsinin nümayəndələri olan biznes tələbələri də xüsusi yer tuturdu.
“Bilmirəm” deyən qrup isə əsasən gənclərdən ibarət idi və onlar arasında qadınlar xüsusi yer tuturdu. Onların faizi digər düşüncə tipləri ilə müqayisədə ən yüksək olanı idi. Ola bilsin, məsələ yaşla bağlıdır: biz uzun müddət keçdikdən sonra etimad qazanırıq. Bəlkə də məsələ heç yaşla deyil bacarıqla bağlıdır. Bəlkə də cinslə bağlıdır: qadınlarda kifayət qədər əminliyin olmaması və kişilərdə bu hissin daha çox olması ilə bağlı təzadlı fikirlər də mövcuddur. Lakin kifayət qədər məlumat olmadığından bu hipotezləri qiymətləndirmək mümkün deyildir. Kim bilir bəlkə nəticələr nümunə ölçüləri böyüdükcə dəyişəcəkdir.
Dəqiq məlum olan odur ki, sürətli mülahizələr irəli sürərək “Artıq bilirəm” və düşündükdən sonra əmin olaraq “İndi artıq bilirəm” deyənlərin böyük əksəriyyəti əsasən yaşı çox olan kişi cinsinin nümayəndələrinə və həmin cinsdən olan qərarlarında əmin olmayan gənc tələbələrə (“Artıq bilirəm”) məxsus cavablardır.
İndi isə bu üç üslub arasında turnirin ən yaxşı strategiyasını seçənlərin kim olduğuna baxaq.
“Bilmirəm” ifadəsi daha uğurludur və biznesdə “müharibə” oyunları təcrübəsinə daha uyğun gələn ifadədir.
Məsələn, bununla bağlı bir real nümunəyə baxaq. Bir şirkətin vitse-prezidenti biznesdə təxminən 10 ilə yaxın təcrübəsi olan 30 meneceri bir araya gətirir. Onlar hamısı bu ideyaya boş yerə vaxt sərfi kimi baxırdı. Onların sözlərinə görə hamısı artıq cavabları bilirdi. Lakin nəticədə məlum oldu ki, onların təklif etdiyi variantlardan heç biri mümkün variant deyil. Rolları bir-bir oynadıqdan sonra onlar anlayır ki, məşhur cavablar bir işə yaramayacaq. Bu zaman menecerlər yeni variantlar axtarıb tapır, onları real həyata tətbiq edir və bu da işə yarayır. Yeni vitse-prezidentin isə vəzifəsi qaldırılır.
Səbəb menecerlərin səriştəsiz olmağında və ya məsələyə əhəmiyyət verməmələrində deyildi, problem onların düzgün cavabı bildiklərini düşünərək həddən artıq özgüvənli olmalarında idi. Hər şeyi bildiyinizi düşünəndə inanırsınız ki, nəyisə axtarmaq boş yerə vaxt itkisidir. Buna “sanki açarları tapdıqdan sonra onları yenə də axtarmağa davam etmək” kimi baxırsınız. Lakin bu, düzgün düşüncə tərzi deyildir.
Verilən nümunədən çıxara biləcəyimiz dərs isə bundan ibarətdir: tələsməyin və o qədər çox əmin olmayın. Strateji baxımdan düzgün və yanlış qərar qəbul edən insanları bir-birindən fərqləndirən əsas xüsusiyyət də məhz budur. Siz də bu düşüncə tərzini tətbiq etməyə çalışın.
Mənbə: hbr.org