"Food City Agrocomplex" rəhbərliyinin qərarı ilə 15 ildən artıq beynəlxalq təcrübəyə malik olan Anar Ələkbərov şirkətin Kommersiya üzrə rəhbəri vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, O, indiyədək Azerfon (Nar mobile), Aznar və Paşa Holdinqə daxil olan Azərşəkər kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq satış, marketinq və kommersiya idarəçiliyi sahəsində uğurlu nəticələr əldə edib.
Beynəlxalq ticarət, ixrac və strateji tərəfdaşlıqlar üzrə geniş təcrübəsi ilə seçilən Anar Ələkbərovun yeni təyinatı Food City Agrocomplex-in inkişafına, beynəlxalq bazarlarda mövqelərinin möhkəmləndirilməsinə və çoxfunksiyalı logistik hab kimi formalaşmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Food City Agrocomplex Azərbaycanın şimal bölgəsində, beynəlxalq ticarət dəhlizlərinin üzərində yerləşən İdxal-ixrac, tranzit və re-export üzrə ixtisaslaşmış bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik habdır. Qida və qeyri-qida məhsullarının saxlanılması, daşınması, idxal-ixrac, re-export və tranzit əməliyyatları üçün etibarlı həllər təklif edən kompleksdə beynəlxalq səviyyəli qida təhlükəsizliyi laboratoriyamız fəaliyyət göstərir.