ABŞ və Çin arasında ticarət müharibəsi bir ildən artıqdır ki, başlayıb.
FED.az xəbər verir ki, Yaponiyanın «Nomura» investisiya bankının iqtisadçıları bu ticarət müharibəsindən ən çox fayda götürən ölkələrin siyahısını hazırlayıblar.
Eləcə də bax: ABŞ İrana kiberhücum edib
Belə ki, əgər əvvəllər Çin və ABŞ-dan olan idxalçılar malları bir-birindən alırdılarsa, hazırda onlar alternativ mənbələr axtarmağa başlayıblar, hansı ki, əlavə gömrük rüsumu tətbiq olunmur.
Beləliklə, ABŞ-Çin ticari qarşıdurmasının sərf elədiyi 10 ölkə aşağıdakılardır:
1. Vyetnam
Ekspertlər hesab edir ki, hazırda ABŞ-Çin qarşıdurmasından ən çox faydalanan ölkə Vyetnamdır. «Nomura» ekspertlərinin hesablamasına görə, məhz bu ticarət müharibəsinə görə, Vyetnam iqtisadiyyatı 7,9% artıb. Analitiklər bildirir ki, idxalçılar əvvəllər rüsumsuz aldıqları malların alternativ mənbəyini axtarırlar. Hazırda Vyetnamdan telefon üçün ehtiyat hissələri və məlumatların avtomatik emalı üçün maşınlar alırlar.
2. Çili
Dünyanın iki ən byöük iqtisadiyyatının qarşıdurmasından faydalanan ölkələrdən biri də Çilidir. «Nomura» ekspertləri hesab edir ki, Çili şirkətləri Çinə daha çox mal satmağa başlayıblar və bu da ölkənin ticarət balansına müsbət təsir edib və iqtisadi artıma səbəb olub. O cümlədən Çili Çinə soya və mis filizi ixrac edir.
3. Malayziya
Malayziya bu müharibədən faydalanan üçüncü ölkədir. Son vaxtlar Malayziya Çinə ixracı artırıb ki, bu da ölkənin iqtisadi vəziyyətinə müsbət təsir edib.
O cümlədən buradan Çinə elektron hissələr və yarımkeçirici qurğular göndərilir.
4. Argentina
Bu müharibə sayəsində Argentina da Çinə ixracını artırıb, o cümlədən buraya soya göndərilir. Ekspertlər xatırladır ki, ABŞ-a göndərilən Çinin 250 milyard dollarlıq malları üçün tariflər 25% artırılıb. Üstəlik prezident Tramp ümumi həcmi 300 milyard dollar olan digər mallara da tarifləri artıracağını bildirir. Cavabında Pekin də ABŞ mallarına tarifləri artırıb.
5. Honkonq
Honkonq Çinin xüsusi inzibati rayonu, Asiyanın ən böyük maliyyə mərkəzlərindən biridir. Çin mərkəzi hökuməti müdafiə və xarici siyasət məsələlərinə nəzarət edir, Honkonq hökuməti isə qanunvericilik, polis, pul sistemi, rüsumlar və miqraçiya siyasətinə nəzarət edir.
Yapon bankının analitikləri bildirir ki, Honkonq da ABŞ-Çin qarşıdurmasından faydalananlar arasındadır.
6. Meksika
Meksika Çinə motorlu nəqliyyat vasitələri göndərir. İxrac artıb və bu ölkədəki iqtisadi vəziyyətə müsbət təsmir edir. Bununla yanaşı «Nomura» bankının ekspertləri xəbərdarlıq edirlər ki, ABŞ-Çin qarşıdurmasından 3-cü ölkələrin faydalanmasına baxmayaraq bu prosesə bir qədər geniş baxmaq lazımdır.
7. Cənubi Koreya
Kak Reytinq tərtibçiləri bildirir ki, ABŞ Çin müharibəsi ətrafında çoxsaylı faktorlar var ki, gələcəkdə 3-cü ökələrə mənfi təsir edə bilər. Buna baxmayaraq hazırda hazırda Cənubi Koreya da mal ixracını artıran və bu qarşıdurmadan faydalanan ölkələr arasındadır.
8. Sinqapur
Sinqapur – təkcə Asiyanın deyil, həm də dünyanın ən vacib maliyyə və iqtisadi mərkəzlərindən biridir. Bu ölkədə ABŞ-Çin müharibəsinin müsbət təsirini öz iqtisadiyyatında hiss edir.
Amma reytinq tərtibatçıları bildirir ki, ticarət müharibəsinin mənfi tərəfləri də ola bilər. Buraya ticarət sahəsindəki qeyri-sabitlik və ABŞ-da tələbatın aşağı düşməsi səbəbilə yatırım planlarının ləngiməsi daxildir.
9. Braziliya
Braziliya bu vəziyyətdə Çinə ixracı artıran ölkələrdən biridir. Buraya xüsusilə soya aiddir.
10. Kanada
Ticarət müharibəsindən faydalanan ölkələrin ilk 10-luğunu ABŞ-ın ən yaxın qonşusu - Kanada tamamlayır.. Reytinq müəllifləri bildirir ki, ABŞ-ın Çin mallarına qarşı tətbiq etdiyi rüsumlarından ən çox faydalanan Asiya ölkələri olub. Çinin ABŞ mallarına tətbiq etdiyi rüsuplardan faydalanan isə Amerika qitəsinin ölkələridir. Kanada da bu ölkələr arasındadır.