20 iyul 2019 20:25

"AS Group Investment" işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, "AS Group Investment" şirkəti bir neçə vakansiya üzrə işçi axtarır. Bunlar aşağıdakılardır. 

VAKANSİYA 1. 

Araşdırma və analitika mütəxəssisi

İşin təsviri:

•         Bazar araşdırmaları aparmaq;
•         Rəqiblər haqqında məlumatlar toplamaq;
•         Marketinq və satış trendini müşahidə edərək proqnozlar vermək;
•         Faktiki və potensial müştərilərin təhlilini aparmaq;
•         Sorğu və hesabat formaları təşkil etmək; 
•         Təqdimatlar hazırlamaq;
•         Marketinq aksiyalarının effektliyini ölçmək;
•         Satış dinamikasını təhlil etmək;
•         Vaxtaşırı bazar ziyarətləri;

Tələb olunur:

İqtisadiyyat, riyazıyyat, marketinq və digər aidiyyəti sahədə ali təhsil;
Marketingin əsasları barədə biliklərə sahib olmaq;
Bənzər sahədə minimum 3 il iş təcrübəsi;
Əla azərbaycan və rus dili biliyi;
1C, Excell və Power point  proqramlarında mükəmməl işləmə qabiliyyəti;
Satış psixologiya və prinsiplərini bilməsi
yaş 25-35

İş qrafiki:

Həftə içi 5 gün. 09:00-18:00
Sınaq dövrü zamanı verilən maaş: 1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Araşdırma və analitika mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.



VAKANSİYA 2.

Rəqəmsal marketinq mütəxəssisi

Vəzifə və öhdəliklər:

 - Şirkətlər qrupuna daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlamaq və paylaşmaq
 - Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
 - Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək
 - Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq

Tələblər:

- Azərbaycan dili üzrə yüksək yazılı və şifahi kommunikasiya qabiliyyəti
- Rus və ya İngilis dili biliyi arzuolunandır
- Sosial media üzrə təcrübə
- Facebook Business manager üzrə biliklər
- Google Ads üzrə biliklər
- SEO üzrə biliklər
∙ Ali təhsil;
∙ Marketinq və İqtisadiyyat sahəsində minium 2 il müvafiq təcrübə;
• yaş 25-35
∙ Mükəmməl strateji planlaşdırma bacarıqları;
∙ Müstəqil işləmək bacarığı;
∙ Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
∙ MS Office proqramları;
∙ Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilən namizədlər arzuolunandır);

İş qrafiki:

Həftə içi 5 gün.
09:00-18:00
Sınaq dövrü zamanı verilən maaş: 1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “ Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməyiniz xahiş olunur
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz