Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ

“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az
09:26 21 İyun 2023

Elvin Müseyibov: “Almaniyaya “Tesla” üçün gəldim. Yoxsa Lüksemburqu daha çox bəyənirəm. “Tesla” hər bir mühəndisin çalışmağı xəyal edəcəyi şirkətdir. Ona görə belə dəyişikliyə getdim”

"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ

Azərbaycanda iş həyatına yeni başladığı dönəmdə özü ilə qlobal şirkətlərdə çalışanların gəlirini və qazandığı təcrübəni müqayisə edir. Qənaəti “İnsanın bir ömrü var, komfort zonamda oturaraq mən o şirkətlərdə çalışanların qazandıqlarını əldə edə bilmərəm” olur. Beləliklə, xaricdə təhsil və ardınca da işləmək üçün Lüksemburqa üz tutur. Təhsilini başa vurandan qısa müddət sonra qlobal şirkətdə işləməyə başlayır. Söhbət ABŞ-nin “Tesla” şirkətinin Almaniya şöbəsində keyfiyyət mühəndisi olaraq çalışan azərbaycanlı gənc Elvin Müseyibovdan gedir.

Qeyd edək ki, E.Müseyibov 1994-cü ildə Tovuzda anadan olub.  Kiçik yaşlarından Bakıda, Biləcəri qəsəbəsində yaşayıb. Orta təhsilini 299 nömrəli məktəb-liseydə alıb. Qafqaz Universitetinin (İndiki Bakı Mühəndislik Universiteti) mexanika mühəndisliyi (ingiliscə) ixtisasında bakalavr təhsili alıb. 2018-2020-ci illərdə Lüksemburq Universitetində Davamlı məhsulların yaradılması proqramı üzrə magistr dərəcəsini tamamlayıb.

- Elvin bəy, bakalavr təhsilinizi ingilis dilində almısınız. Uşaq vaxtından sizi ingilis dilinə yönəltmişdilər?

- Orta təhsilimi Biləcəri qəsəbəsində yerləşən orta məktəbdə almışam. Normal məktəb səviyyəsində ingilis dili öyrənmişəm. 10-cu sinifdən sonra xaricdə təhsillə maraqlanmağa başladım. Gördüm ki, xaricə çıxmaq istəyirəmsə, mütləq ingilis dili biliyim yaxşı olmalıdır. Bundan sonra ingilis dilimi inkişaf etdirməyə çalışdım. Dili öyrəndikcə, xarici mənbələrə, ingilis dilində olan araşdırmalara daha çox üstünlük verməyə başladım. Sonra bakalavr təhsilimi də ingilis dilində almaq qərarı verdim.

“İtaliyada təqaüdlü təhsil qazanmışdım”

- Bakalavr təhsili dönəmində iki yerdə təcrübə keçmisiniz. İkisi də təcrübə üçün maraqlı yerlərdir.
- Universitetdəki təhsil dönəmində təcrübə proqramları keçmək lazım idi. Ya universitetin göndərdiyi yerlərdə təcrübə keçməli idik, ya da özümüz tapa bilərdik. Mən hər iki təcrübə yerimi özüm tapmışdım. İlk təcrübə yerim Şəmkir Su Elektrik Stansiyası oldu. Daha sonra “Şahdəniz - 2” layihəsində təcrübə keçdim. Layihədə bir neçə yerli və beynəlxalq neft, inşaat şirkəti birgə çalışırdı. İşlədiyim komandada bir çox beynəlxalq şirkətin əməkdaşları var idi. Çox yaxşı təcrübə proqramı olmuşdu. Təcrübələrlə yanaşı universitet vaxtı web proqramlaşdırma kursuna da getdim. Düzdür, mexanika mühəndisliyində təhsil dönəmində proqramlaşdırma öyrədilir, amma çox dərin deyil. Daha sonra universitet dönəmində sayt yığmaq işləri ilə məşğul olurdum. Bəzən pul da qazanırdım. 

- Universiteti bitirəndən sonra iş tapmağınız çətin olmadı?
- Son kursda oxuyanda bir neçə şirkətin nümayəndələri universitetimizə gəlib yeni məzun olan gənclər axtardıqlarını bildirdilər. Bizə iş təklif edirdilər. Mən İtaliyada təqaüdlü magistr təhsili qazanmışdım. Ona görə işlərə baxmadım. Getdim, bir ay oxuduqdan sonra Azərbaycana qayıtdım. İtaliyanın yaşamaq istədiyim ölkə olmadığını gördüm. Qərara aldım ki, özümə uyğun ölkə seçib orada təhsil alaram. Həm də düşündüm ki, bir müddət işləyim, sonra magistr təhsili üçün xaricə gedim. Azərbaycana qayıdandan bir ay sonra yerli texnologiya şirkətlərindən birində istehsalat mühəndisi olaraq işə başladım.

 

- Yəqin Lüksemburqa magistr təhsili üçün gedəndə bu ölkəni araşdırmısınız...
- İtaliyada təhsil üçün seçim edəndə universitetin dünya reytinqinə, təhsilinin nə qədər güclü olmasına baxmışdım. İkinci dəfə xaricdə təhsil üçün seçim edəndə artıq ölkə məsələsinə də xüsusi fikir verdim. Təhsilin keyfiyyəti, xərcləri, yaşamaq, işləmək kimi uyğun ölkə olmasına baxdım. 

“Dedilər ki, bu iş sənə maraqsız gələcək”

- Lüksemburqda 2 il universitetdə çalışmısınız, sonra Almaniyaya getmisiniz. Niyə bu ölkədə qalmadınız?
- Magistr təhsilimi bitirəndən sonra - 2021-2023-ci illərdə Lüksemburq Universitetinin tərkibində Lüksemburq, Almaniya və Belçikadan bir sıra şirkət və institutların birgə çalışdığı “ComPrintMetal3D” araşdırma layihəsində mexanika mühəndisi olaraq çalışdım. Həmçinin, layihə boyunca müxtəlif jurnallarda dərc olunan, 3D printerlər və material elmlərini əhatə edən 3 ədəd məqalənin müəlliflərindən biri oldum. 2 il o layihədə çalışdıqdan sonra Almaniyaya köçdüm. Deyim ki, Almaniyaya “Tesla” üçün gəldim. Yoxsa Lüksemburqu daha çox bəyənirəm. “Tesla” hər bir mühəndisin çalışmağı xəyal edəcəyi şirkətdir. Ona görə belə bir ölkə dəyişikliyinə getdim.

- Universitetdəki layihədən sonra hansı şirkətlərə müraciət edirdiniz?
- Lüksemburqda bir neçə şirkətə müraciət etdim. 2 şirkət dedi ki, sənin magistr dərəcən var, bilik və bacarığın müraciət etdiyin vakansiya üçün yüksəkdir. Ona görə götürmədilər. Dedilər ki, bu mövqeyə götürərik, ancaq qısa müddət sonra iş sənə maraqsız gələcək, işini dəyişmək istəyəcəksən, biz yenə işçi axtarmalıyıq. “Tesla”da da belə bir şey oldu. İlk olaraq material test mütəxəssisi üçün müraciət etmişdim. İnsan Resursları (İR) mütəxəssisi ilə müsahibəni keçdim, sonra mühəndisləri müsahibə etdi. Sualları cavablandırdım. Əmin idim ki, hər şey düzgündür. Onlar da həmin vakansiyanın mənim üçün aşağı olduğunu düşündülər, “yox” dedilər. Bir müddət sonra özləri əlaqə saxladılar ki, bizdə yeni vakansiyalar var, bunlar sizə daha uyğun olar, daha yuxarı vəzifələrdir. Maraqlıdırsa, müsahibə edək. Razılaşdım. Bu dəfə işə qəbul edildim. Hətta menecerə dedim ki, mənim magistr təhsilim var, əgər buna görə “Bu vakansiya sizin üçün aşağıdır” deyəcəksinizsə, müsahibəni dayandıraq, vaxt itirməyək (Gülür). Dedilər ki, yox, bu, karyera pilləndə sənə kömək edəcək.

“Riski götürməlisən, başqa şansın yoxdur”

- “Tesla”da necə bir iş mühiti var?
- “Tesla”nı digər şirkətlərdən fərqləndirən odur ki, nəticəyə fokuslanırlar. Mən yeni başlayanda, ilk dedikləri bu oldu: “Nəyisə bilə də bilərsən, bilməyə də. Sənə bu tapşırıq verilibsə, risk et, götür, onu et”. Azadlıq verir, ancaq deyir ki, nəticəyə cavabdeh özünsən. Risk almalısan, başqa şansın yoxdur. Eyni zamanda, iş yoldaşlarım öz sahəsinin peşəkarlarıdır. Rəqib şirkətlərdə çalışıb bura gələnlər var. Onlarla bir yerdə işləmək mən yaşda biri üçün üstünlükdür. O kadrlarla işləməyin özü də bir təcrübədir. Bu cür mühitdə işlədiyim üçün xoşbəxtəm.

- Məsələn, hansı nəticə bu şirkətdə qaneedicidir?

- Mənim üzərində işlədiyim bir layihə var idi. Şirkət əməkdaşları günlük işlərini görmək üçün fərqli əməliyyatlar zamanı nəticəyə çatana qədər 60 fərqli düyməyə basırdılar. Məndən bu prosesin avtomatlaşdırılması tələb olunurdu. Layihənin yekun nəticəsi olaraq indi 1 düyməyə basmaqla proses tam avtomatlaşdırılmış şəkildə yerinə yetirilir. Bu isə şirkətə həm vaxt qazandırır, həm də uzun prosesin mexaniki olaraq görülməsi zamanı baş verə biləcək, insan faktorundan qaynaqlanan xətaların önünə keçir. Yəni şirkətə nə verdiyinə və necə faydalı olduğuna baxırlar. 

“Özünüzü əziyyət çəkmiş kimi hiss edirsinizsə...”

- “Tesla” kimi şirkətdə işə qəbul edilməyiniz əslində karyeranızda çox zaman almayıb. Bu, nəyin nəticəsində oldu?
- Birincisi, komfort zonamdan çıxmağımı deyərdim. Azərbaycanda işlədiyim şirkət kifayət qədər böyük, əməkhaqqım da normal idi. Amma baxdım ki, mən də 1 saat xərcləyirəm, “Amazon”, “Tesla”da işləyən də. Amma onun əldə etdiyi təcrübə və maliyyə mənimlə müqayisədə çoxdur. Fikirləşdim ki, insanın bir ömrü var, komfort zonamda oturaraq mən o şirkətlərdə çalışanların qazandıqlarını əldə edə bilmərəm. Qərar verdim ki, xaricdə təcrübə əldə etməyə ilk olaraq təhsil üçün gedim. Sonra orada işləməyə davam edim. Komfort zonasından çıxmaq yetərli deyil, eyni zamanda üzərində işləməlisən. Doğru zamanda doğru yerdə olmağı da bacarmaq lazımdır. Daim gündəmdən xəbərdar olmaq da önəmlidir. Məsələn, “Tesla” əvvəl Almaniyada yox idi. Amma siz xəbərdar olmalısınız ki, “Tesla” Almaniyaya gəlir. Deməli, iş elanlarını açır. Həmin dönəm müraciət etsəniz, şansınız daha çox olur. Çünki onlar işçi axtarırlar. 10 il sonra ora müraciət etsəniz, qəbul şansınız daha az olar. Onların oturuşmuş sistemi, komandası olur və daha seçicidirlər.

- Yəni uğur kompleks yanaşmanın nəticəsində gəlir.
- İndi vaxtında etdiklərinizin bəhrəsini görürsünüz. Məsələn, universitet vaxtı proqramlaşdırma kursuna getməsəydim, bəlkə də “Tesla”da bu mövqedə olmazdım. Çünki mexanika mühəndisinə developer bilikləri çox lazım olmur. Ancaq indi gördüyüm işdə lazımdır. O biliyimin olması üstünlük qatdı. Tələbə vaxtı əziyyət çəkdim, amma indi bəhrəsini görürəm. Ümumiyyətlə, özünüzü əziyyət çəkmiş kimi hiss edirsinizsə, deməli, siz inkişaf edirsiniz, nə isə təcrübə qazanırsınız. Zaman onsuz da keçir, onu dayandıra bilmirsən. Ona görə özümüzə daha çox dəyər qatmalıyıq. (Kaspi.az)

“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az“Tesla”da çalışan azərbaycanlı mühəndis: “Dedilər, bu iş sənə maraqsız gələcək” - MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • Tesla
  • azərbaycanlı
  • mühəndis
  • Elvin Müseyibov
  • Almaniya
  • Tovuz
  • mexanika mühəndisliyi
Paylaş

Digər xəbərlər

Azərbaycanlı iş adamı 1 qəpik xərcləmədən yaratdığı şirkətin - BRİTANİYADA FİLİALINI AÇIB - BİZNESİ BAŞQA ÖLKƏLƏRƏ DƏ YAYILACAQ
Biznes tarixi 23 Noy 2023
Azərbaycanlı iş adamı 1 qəpik xərcləmədən yaratdığı şirkətin - BRİTANİYADA FİLİALINI AÇIB - BİZNESİ BAŞQA ÖLKƏLƏRƏ DƏ YAYILACAQ
Fransada çap olunan Azərbaycan manatı: «Üzərində 7 nəfərin şəkli olmalı idi, ikisinin üzərində dayandılar» - BİZNES TARİXİ
Biznes tarixi 15 Avq 2023
Fransada çap olunan Azərbaycan manatı: «Üzərində 7 nəfərin şəkli olmalı idi, ikisinin üzərində dayandılar» - BİZNES TARİXİ
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Biznes tarixi 14 Avq 2023
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ
Biznes tarixi 21 İyul 2023
Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ
«Qonşulara çörək alıb pul qazanmaq istəyirdim - İNDİ ULDUZLARIN KLİPLƏRİNİ ÇƏKİRƏM» - BİZNES TARİXÇƏSİ, VİDEO
Biznes tarixi 9 İyul 2023
«Qonşulara çörək alıb pul qazanmaq istəyirdim - İNDİ ULDUZLARIN KLİPLƏRİNİ ÇƏKİRƏM» - BİZNES TARİXÇƏSİ, VİDEO
Azərbaycanda iki gənc 25 milyon dollarlıq şirkəti necə yaratdı? – «WALMART»la işləməyə başlayacayıq» - MÜSAHİBƏ
Biznes tarixi 3 İyul 2023
Azərbaycanda iki gənc 25 milyon dollarlıq şirkəti necə yaratdı? – «WALMART»la işləməyə başlayacayıq» - MÜSAHİBƏ
Xalq Cümhuriyyətindən Heydər Əliyevə qədər, «Farman-4»dən «Aerobus 380»ədək – BAKI HAVA LİMANININ TARİXİ
Biznes tarixi 2 İyun 2023
Xalq Cümhuriyyətindən Heydər Əliyevə qədər, «Farman-4»dən «Aerobus 380»ədək – BAKI HAVA LİMANININ TARİXİ
"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
Biznes tarixi 8 May 2023
"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
Biznes tarixi 13 Aprel 2023
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Biznes tarixi 7 Aprel 2023
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • 20 dərəcə isti - ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU
    13:02 1 Dek 2023
  • Taksi sürücülərindən tələb ediləcək - SƏNƏDLƏR AÇIQLANDI - SİYAHİ
    12:55 1 Dek 2023
  • Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor - TƏYİN EDİLİB
    12:47 1 Dek 2023
  • Taksi sürücüləri üçün xüsusi hazırlıq - YENİ QAYDADA KEÇİRİLƏCƏK
    12:44 1 Dek 2023
  • Azercell BMT-nin Qlobal Sazişinə qoşulub
    12:40 1 Dek 2023
  • Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları dəqiqləşdirilir
    12:25 1 Dek 2023
  • Bir mənzili bir neçə nəfərə satan şirkəti - NECƏ TANIMAQ OLAR? - PROKURORLUQ AÇIQLADI
    12:21 1 Dek 2023
  • “Qaçqınkom”un “Azəriqaz”a 1 milyon manata yaxın - BORCU YARANIB
    12:16 1 Dek 2023
  • Bakıda məktəbin ibtidai sinifləri qızılcaya görə - DİSTANT TƏDRİSƏ KEÇDİ
    12:08 1 Dek 2023
  • İqtisadiyyat Nazirliyi Gəncədə zona müşavirəsi keçirib
    12:03 1 Dek 2023
  • “PAŞA Kapital”da dekabr fürsəti - KOMİSSİYA HAQQI 1 DOLLAR OLDU
    11:55 1 Dek 2023
  • Bakı və Laçın şəhərlərinin yerli - XƏRCLƏRİ ARTIRILIR
    11:52 1 Dek 2023
  • Azərbaycan türk şirkəti barəsində - PROTOKOL TƏRTİB OLUNUB
    11:50 1 Dek 2023
  • Milli Məclisin xərcləri - ARTIRILIR
    11:48 1 Dek 2023
  • Ağdərə rayonunun yaradılmasıyla əlaqədar büdcə layihəsində - DƏYİŞİKLİK EDİLİB
    11:42 1 Dek 2023
  • "Büdcə layihələrinin olduğu kimi saxlanılmasını vacib sayırıq"
    11:39 1 Dek 2023
  • Daha bir xarici şirkət Azərbaycan bazarını - TƏRK EDİR
    11:37 1 Dek 2023
  • "PVC dam örtüklərinin istehsalı üçün 680 min manat investisiya yatırmağı planlaşdırırıq"
    11:32 1 Dek 2023
  • “Azəristiliktəchizat”ın “Azəriqaz”a 37,5 milyon debitor - BORCU VAR
    11:27 1 Dek 2023
  • Azərbaycan traktor istehsalını 9% artırıb
    11:23 1 Dek 2023
  • Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub - FOTOLAR
    11:16 1 Dek 2023
  • “Bakı Sığorta" ilə “N.A.Q Avtotexnika Servis" MMC arasında - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
    11:16 1 Dek 2023
  • Milli Məclisin bu gün komitə iclasında 15 məsələ - MÜZAKİRƏ OLUNACAQ - SİYAHI
    11:12 1 Dek 2023
  • Təhsil müəssisəsi minik avtomobillər satın alır – TENDER ELANI
    11:10 1 Dek 2023
  • "Qanun xof yaratmaq üçün deyil"
    11:00 1 Dek 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    10:57 1 Dek 2023
  • Qlobal birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
    10:49 1 Dek 2023
  • Prezident Dünya İqlim Fəaliyyəti Sammitində - İŞTİRAK EDİR
    10:47 1 Dek 2023
  • “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” - MÜZAKİRƏ OLUNUR
    10:40 1 Dek 2023
  • “Vosmoy” bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA
    10:27 1 Dek 2023
  • Elektrik enerjisi, pomidor, qızıl...- On ayda Azərbaycana ən çox gəlir gətirən məhsullar - SİYAHI
    10:22 1 Dek 2023
  • Suraxanı MKTB elan etdiyi tenderin – NƏTİCƏLƏRİNİ AÇIQLADI
    10:14 1 Dek 2023
  • "FİNEX KREDİT" BOKT baş mühasib axtarır - VAKANSİYAYA TƏLƏBLƏR
    10:13 1 Dek 2023
  • Turizm Agentliyi xaricdə təbliğat işlərinə 1,7 milyon – SƏRF EDƏCƏK
    10:07 1 Dek 2023
  • Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA
    10:01 1 Dek 2023
  • Azərbaycanın ən çox məshul ixrac etdiyi ölkələr açıqlandı - SİYAHI
    10:00 1 Dek 2023
  • Xurma, enerji, qızıl... - Ötən ay ən çox pul gətirən məhsullar - SİYAHI, MƏBLƏĞLƏR
    09:54 1 Dek 2023
  • Azərbaycanda su qıtlığı artacaq - VİDEO
    09:54 1 Dek 2023
  • Naxçıvanda dövlət qurumu 1,6 milyonluq tenderə yekun vurdu – QALİB ŞİRKƏT
    09:45 1 Dek 2023
  • AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi - YENİ QİYMƏT
    09:33 1 Dek 2023
  • BVF: Rusiyadan tədarükün azalmasından sonra Aİ-də qazın qiyməti - İKİ DƏFƏ ARTDI
    09:24 1 Dek 2023
  • Elektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDI
    09:22 1 Dek 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 1 Dek 2023
  • 10 ayda xaricə satışdan ən çox gəlir əldə edən - Azərbaycan şirkətləri - SİYAHI
    09:09 1 Dek 2023
  • Duru yağların ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
    09:04 1 Dek 2023
  • “Təhlükəli Tullantılar” MMC – TENDER ELAN EDİR
    08:53 1 Dek 2023
  • "STP Global Cable" MMC 31 milyon manatdan çox - MƏHSUL İXRAC EDİB
    08:49 1 Dek 2023
  • Vergi Məcəlləsində sahibkarları - ƏN ÇOX ƏSƏBİLƏŞDİRƏN MADDƏ DƏYİŞİR 
    08:48 1 Dek 2023
  • Dövlət qurumu elektrik naqilləri və kabelləri alır – BÖYÜK TENDER ELANI
    08:39 1 Dek 2023
  • Naxçıvan Sənaye İnvestisiya Qrupu - LƏĞV OLUNUR
    08:34 1 Dek 2023
  • "Faizlərə endirim belə olar!" - Azərbaycan bankından - YENİ KAMPANİYA
    08:30 1 Dek 2023
  • Azərbaycandan ilk brend “Trendyolda” - MALLARIN SİYAHISI
    08:20 1 Dek 2023
  • "AZ International Import Company" işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
    21:09 30 Noy 2023
  • Bakıdakı məşhul otel işçilər axtarır - VAKANSİYALAR
    21:04 30 Noy 2023
  • Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR
    20:56 30 Noy 2023
  • Dövlət agentliyi yüksək vəzifəyə işçi axtarır - VAKANSİYA
    20:53 30 Noy 2023
  • "Bank Respublika" işçi axtarır - VAKANSİYA
    20:51 30 Noy 2023
  • "AGRO - WEST DC LLC" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA
    20:48 30 Noy 2023
  • "PASHA Bank" işçi axtarır - VAKANSİYA
    20:45 30 Noy 2023
  • “Xalq Sığorta” bazar payını itirir – YIĞIMLAR AZALIB, ZƏRƏRLİLİK 106%-Ə ÇATIB
    20:36 30 Noy 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 7.40▲1.40% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 7.24▲1.29% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 6.00▼-2.00% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 923.15 / Satış: 969.30 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1021.49 / Satış: 1035.42 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73