Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Müflisləşmə faciə yox, faydalı imiş - BİZNES TARİXİ - II HISSƏ

Müflisləşmə faciə yox, faydalı imiş - BİZNES TARİXİ - II HISSƏ | FED.az
11:49 22 Yan 2018

Dünyadakı iqtisadi böhran son illər sabitliyi şübhə doğurmayan ölkələrin və şirkətlərin möhkəmliyini şübhə altına salıb. Bir neçə ay əvvəl ABŞ-da yaranan müflisləşmə təhlükəsi indi Avropaya keçib. Yunanıstan, İtaliya, İspaniya, eləcə də bu ölkələrdəki yüzlərlə şirkət müflisləşməyə əsas namizədlərdir. Amma avro zonanı qorumağa çalışan siyasətçilərdən fərqli olaraq iş adamları müflisləşmədən o qədər də narahat deyil. Səbəbi odur ki, Qərb ölkələrində müflisləşmə «dünyanın sonu» sayılmır. Qərbdə iqtisadi problemlərə dözümlə yanaşırlar – kimin başına gəlmir ki… FED.az «Daşınmaz Əmlak»a istinadən bu dəfə müflisləşmənin tarixinə toxunub.

Elektrik kralı

XX əsrin əvvəllərində dünya iqtisadiyyatının mənzərəsini ailə şirkətləri yox, iri korporasiyalar müəyyən edirdi. Artıq həmin dövrlərdə inkişaf etmiş ölkələrin əksəriyyətində məhdud məsuliyyət barədə qanunlar mövcud idi. Bu qanunlar korporasiya sahiblərinə imkan verirdi ki, öz şirkətləri ilə birlikdə müflis olmasınlar. Amma bəzi sahibkarlar şəxsi kapitallarını öz şirkətlərinin səhmlərinə yatırmaqdan çəkinmirdilər ki, bu da bəzən faciəli sonluqla nəticələnirdi. Məhz buna görə, Böyük depressiya illərinin iki ən böyük müflisləşmə hadisəsi iki parlaq və uğurlu biznesmenin şəxsi faciəsinə çevrildi.


1929-cu ildə birjaların çökməsindən sonra ABŞ-da müflisləşmə halları artıq heç kimi təəccübləndirmirdi. Amma Samuel İnsullun elektrik imperiyasının məhvi amerikanlar üçün əsl şok oldu. Gənc ingilis mühasibi olan İnsull Amerikaya 1881-ci ildə gəlmişdi. Əvvəllər o, dahi ixtiraçı, elektrik lampasının müəllifi Tomas Edisonun şirkətinin Londondakı nümayəndəliyində işləmişdi. Məhz bu tanışlığın hesabına Amerika gələndən sonra o Edisonun ofisinə asanlıqla işə düzəldi və çox keçmədən onun şəxsi katibinə və mühasibinə çevrildi. Artıq 1889-cu ildə İnsull indi «General Electric» kimi tanıdığımız «Edison General Electric» şirkətinin vitse-prezidenti, 1892-ci ildə isə «Chicago Edison Company» şirkətinin prezidenti idi.

Bundan sonra İnsull müstəqil fəaliyyət göstərməyə başladı. Dəyişən cərəyana inanmayan Edisondan fərqli olaraq, İnsull bu yeniliyin yaradacağı imkanları vaxtında gördü və Çikaqoda həmin dövrlər üçün nəhəng sayılan 5000 kVt gücündə dəyişən cərəyan generatoru qurdu. O, elektrik enerjisinin iri istehlakçılarına daha az pul ödəməyə imkan verən çevik tarif sistemi yaratdı, enerjidən istifadə etmək istəyənlərin evinə isə elektrik kabellərini pulsuz çəkməyə başladı. Çikaqonu ucuz enerji ilə təmin edən İnsull tezliklə şəhərdəki bütün rəqiblərini aldı. Bundan sonrakı 10 il ərzində İnsullun imperiyası sürətlə böyüməkdə idi. 1920-ci illərin sonunda o ölkənin 32 ştatındakı 5 min yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin edirdi. Onun «Middle West Utilities» holdinqi dəmiryol şirkətlərinə, tramvay xətləri və enerji ilə əlaqəsi olmayan çoxsaylı digər firmalara sahib idi. Təbii ki, amerikalıların əksəriyyəti İnsullun imperiyasına daxil olan şirkətlərə çox etibarlı yatırım sahəsi kimi baxır onların səhmlərini həvəslə alırdılar. 1932-ci ildə ölkə vətəndaşlarından 1 milyon nəfəri İnsullun şirkətlərinin səhmlərinə ümumilikdə 2,6 milyard dollar yatırmışdılar.

Bundan sonra isə problemlər başlandı. İqtisadiyyatda problemlərin və Böyük Depressiyanın başlanması ilə adamların əksəriyyəti işindən məhrum oldu və bütün məsələlərdə, o cümlədən enerjiyə qənaət etməyə başladılar. Bağlanan zavodlar da elektrik enerjisini getdikcə az almağa başladılar. Dəmiryolunda isə sərnişinlər və yüklərin daşınması azalırdı və nəticədə artıq 1930-cu ildə İnsullun holdinqi ilk dəfə olaraq itki ilə üzləşdi. 1932-ci ilin əvvəlində elektrik imperiyası kağız ev kimi dağıldı, onun səhmlərinə pul yatırmış adamlar isə pullarını itirdilər. İnsullun özü də yoxsula çevrildi. Məhkəmədən yaxa qurtarmaq üçün o əvvəlcə Yunanıstana, vizasının vaxtı bitəndə Rumıniyaya, sonra isə Türkiyəyə qaçdı. Türklər İnsullu ABŞ hakimiyyətinə verdilər və keçmiş «elektrik kralı» fırıldaq və səhmdarlarının pulunu mənimsəmə ittihamı ilə məhkəmə qarşısında durdu. Təbii ki, məhkəmə araşdırması nəticəsində bütün bu ittihamlar onun üzərindən götürüldü. Çünki İnsull baş verənlər nəticəsində nəinki varlanmamış, əksinə, tamamilə müflis olmuşdu. Məhkəmədən sonra keçmiş milyardçı Fransaya köçdü və 1938-ci ilin iyulunda Paris metrosunda vəfat etdi. Onun başqa nəqliyyat növü üçün pulu qalmamışdı.

İsveç kibriti

İnsullun problemlərinin başlandığı 1932-ci ildə başqa bir imperiya - Avropada «kibrit kralı» adlandırılan isveçli İvar Kryügerin korporasiyası da məhv oldu. Vaxtilə Kryügerin ailəsi kiçik bir kibrit fabrikinin sahibi idi. Amma gələcək kralın karyerası kibritdən yox, dəmir-beton bloklardan başlamışdı. 1908-ci ildə Kryüger «Kreuger & Toll» adlı tikinti firması yaratdı. Bu firma İsveçdə ilk dəfə olaraq dəmir-beton konstruksiyalardan istifadə etməyə başladı.

Amma ailənin kibrit fabrikində problemlər başlayanda Kryüger özünəməxsus diribaşlıqla kibrit biznesinə də girişdi. 1917-ci ildə o İsveçin bütün kibrit sənayesini almışdı, tezliklə onun Norveç və Finlandiyadakı rəqibləri də alınaraq «kibrit imperiyasına» qatıldı. 1923-cu ildə İvar Kryüger bütün dünyada müəssisələri olan nəhəng «International Match Corporation», yəni beynəlxalq kibrit korporasiyası yarada bildi.

Həmin vaxt planetdə istifadə olunan kibritlərin 75%-ni bu şirkət istehsal edirdi. Başqa sözlə, dünyada kimsə siqaretini yandıranda Kryüger pul qazanırdı. Tezlikdə onun kibrit imperiyasına Avropa və Amerikanın 200-dən artıq şirkəti daxil oldu. Onun biznesinin ümumi qiyməti 30 milyard İsveç kronu həcmində qiymətləndirilirdi ki, bu da indiki pulla təqribən 100 milyard dollar demək idi.

«Kibrit kralı» əsl kral kimi yaşayırdı. Onun bir neçə böyük mülkü və gəmiləri vardı. Bu yaxtalarda həmin dövrün kino ulduzlarını - Meri Pikford və Qreta Qarbonu gəzdirirdi. Amma Böyük Depressiya ondan da yan keçmədi.

Başqa sahibkarlardan fərqli olaraq Kryüger əvvəlcə iqtisadi problemlərin ciddiliyini başa düşmədi, əksinə, o bu vəziyyəti öz şirkətini gücləndirmək üçün yeni imkan hesab etdi. Nəticədə kibrit kralı çətinliklərə hazırlaşmaq əvəzinə Avropa ölkələrindən yeni güzəştlər almaq üçün onlara iri kreditlər verməyə başladı. 1929-cu ildə o Rumıniyaya 28 milyon dollar kredit verərək, ölkədə kibrit satışına inhisarı ələ keçirdi. Amma tezliklə məlum oldu ki, bu krediti ona heç kim qaytarmayacaq, kreditin əvəzində əldə edilmiş güzəştlər isə xərclənmiş pula dəymir. Nəhayət, böhranın kasıblatdığı adamlar artıq kibritə də qənaət etməyə başlamışdılar ki, bunun da nəticəsində satışlar aşağı düşməyə başladı. 1932-ci il martın 12-də İvar Kryüger Paris otellərindən birinin nömrəsində özünü güllələdi. Ölümdən sonra onun faktiki olaraq müflis olduğu aydınlaşdı. Onun müəssisələri güman olunandan ucuz, borcları böyük idi, mənfəətin əvəzinə isə böyük itkiləri vardı.


İkiqat müflislər

1930-cu illərin əvvəlindəki böyük iflaslar həm hökumətlərə, həm də iş adamlarının özlərinə dərs oldu. Məsələn, ABŞ-da İnsullun müflisləşməsinin nəticəsi olaraq səhmlərlə ticarəti tənzimləyən qanunlar qəbul olundu. Müflisləşmələrə münasibət də dəyişməyə başladı. Depressiyadan sonra işgüzar dairələrdə də müflisləşmiş iş adamlarına daha rəhmli və anlaqlı yanaşmağa başladılar – hamı başa düşürdü ki, belə hal istənilən şəxsin başına gələ bilər. Nəticədə bəzi iş adamları bir yox, bir neçə dəfə müflis olmağa başladılar. Belə hal ailə biznesini düz iki dəfə – 1925 və 1963-cü illərdə batıran alman sahibkarı kiçik-Quqo Stinnesin başına gəlmişdi. Onun atası böyük-Quqo Stinnes sözün əsl mənasında əfsanəvi sahibkar idi. Biznesə kömür şaxtaları və kiçik metallurgiya zavodlarından başlayan böyük-Quqo Stinnes, 1-ci dünya müharibəsinin sonunda faktiki olaraq Almaniyanın sahibinə çevrilmişdi. Onun imperiyasına alman iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 4500 ayrı-ayrı müəssisə və şirkət daxil idi. Onun təkcə zavodlarının sayı 3 minə çatırdı. Bundan başqa isə Stinnesin gəmiləri, şaxtaları, qəzetləri və s. var-dövləti vardı. Ümumilikdə bu müəssisələrdə 600 mindən artıq adam çalışırdı. Amma 1924-cü ilin aprelində Stinnes qəflətən vəfat edir, onun imperiyası oğlanlarının – kiçik-Quqonun və Ottonun əlinə keçir və sürətlə dağılmağa başlayır. 1925-ci ildə korporasiyanın əmlakı borclara görə, banklar tərəfindən tamamilə satıldı.

Ailə biznesinin çökməsinə baxmayaraq kiçik-Quqo Stinnes amerikalı investorlarını cəlb etməklə yeni «Hugo Stinnes» şirkətini qurmağa nail olur. 1963-cü ildə isə bu şirkət də müflis olur. Səbəbi o idi ki, iş adamı vaxtilə atasının etdiyi kimi, xoşladığı bütün şirkətləri almağa başlamışdı, amma atasından fərqli olaraq onun aldığı şirkətlərin heç də hamısı gəlirlə işləmirdi. Nəticədə kiçik Stinnesin karyerası 4,5 milyon dollarlıq ödənilməmiş borcla başa çatdı.

«Müflisləşmə bumu»

Amma müflisləşmə aləmində ən mühüm dəyişikliklər 1978-ci ildə ABŞ-da, iflas haqqında yeni qanun qəbul ediləndən sonra baş verdi. Yeni qanun korporasiyalar üçün müflisləşmə prosesini ciddi sürətdə asanlaşdırırdı. Nəticədə iri şirkətlər özlərini müflis elan etməklə restrukturizasiya müqabilində borclarının böyük hissəsindən yaxa qurtara bilərdilər.

Qanuna görə, restrukturizasiya zamanı firmalar mənfəət gətirməyən sahələri bağlamaq, həmkarların müqaviməti olmadan ixtisarlar aparmaq, borcların bir hissəsindən yaxa qurtarmaq imkanı əldə etdilər. Üstəlik, belələrinə kredit ayırmaq imkanları da yaradıldı. Nəticədə iş adamları müflisləşməyə artıq bədbəxt hadisə kimi yox, işləri qaydaya salmaq üçün yaxşı imkan kimi baxırdılar. Nəticədə 1978-ci ildən sonra Qərbdə «müflisləşmə bumu» başladı. Həmin vaxt artıq iri şirkətlərin əksəriyyətində müflisləşmə və restrukturizasiya sahəsində bölmələr vardı.

Şəxsi müflisləşmə prosesi də sadələşdi, ona qədər vaxtilə müflis olmuş şəxslərin iş tapması problemli məsələ idi, yeni qanun isə qanun isə belələrinə qarşı diskriminasiyanı qadağan edirdi. Belə qanunlar başqa inkişaf etmiş ölkələrdə də qəbul olundu və müflisləş hallarının sayı sürətlə artmağa başladı. Nəticədə əgər 1994-cü ildə ABŞ-da 838 min müflisləşmə halı baş vermişdisə, 2002-də bu rəqəm 1,5 milyonu, 2003-də isə 1,6 milyonu keçdi.

Bununla yanaşı, hələ də davam edən dünya maliyyə böhranı digər məsələlər kimi, müflisləşmələrə də münasibəti dəyişməyə başlayıb. «Enron» və «Lemann Brothers» kimi iri şirkətlərin müflisləşməsi və onun sarsıdıcı nəticələri həm hökumətlər, həm də kiçik səhmdarlar üçün ibrətamiz oldu. Nəticədə iri şirkətlərin, xüsusilə də çoxsaylı səhmdarı olan korporasiyaların müflisləşmədə günahkar olanların sərt cəzalandırılması barədə tələblər getdikcə daha çox səslənir.

Eləcə də bax: Müflisləşmə bədbəxtlik yox, əksinə, faydalıdır – BİZNES TARİXİ - I HISSƏ

Banner
Banner
  • müflis
Paylaş

Digər xəbərlər

Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Biznes tarixi 11 Dek 2022
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 6 Dek 2022
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Biznes tarixi 28 Okt 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Biznes tarixi 14 Okt 2022
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Biznes tarixi 25 Avq 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Sabahın hava proqnozu - AÇIQLANDI
Biznes tarixi 18 Avq 2022
Sabahın hava proqnozu - AÇIQLANDI
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı - Komissiya Haqqını Ləğv Edib
    14:05 8 Fev 2023
  • İstanbul Birjası kəskin enişlərdən sonra - FƏALİYYƏTİNİ DAYANDIRDI
    13:42 8 Fev 2023
  • Volkswagen 2022-ci ildəki xalis mənfəətini - AÇIQLADI
    13:21 8 Fev 2023
  • Hüseyin Büyükfırat: "Dağılmış bölgələrin bərpasına böyük investisiyalar tələb olunacaq"
    13:16 8 Fev 2023
  • Türkiyədə yardım adı ilə saxta hesablar açılıb - VİDEO
    13:10 8 Fev 2023
  • Gündə 3 min nəfərə isti yemək, pulsuz yanacaq və sair -  «SOCAR Türkiyə»nin Türkiyədəki - YARDIMLARI AÇIQLANDI - SİYAHI
    13:03 8 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 7 108-ə ÇATIB
    12:56 8 Fev 2023
  • Bakıya qar yağacaq - SABAHIN HAVA PROQNOZU
    12:54 8 Fev 2023
  • “MONEX” Türkiyəyə - KOMİSSİYANI SIFIRLADI!
    12:47 8 Fev 2023
  • Mobil cihazlar üçün BakıKart mobil tətbiqi - İSTİFADƏYƏ VERİLƏCƏK
    12:43 8 Fev 2023
  • “Your Construction Company” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:41 8 Fev 2023
  • Azərbaycanın zəlzələ ilə bağlı Türkiyəyə göndərdiyi yardımın həcmi - AÇIQLANIB
    12:38 8 Fev 2023
  • "Qardaşlar Mebel" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:31 8 Fev 2023
  • "Mosazervinzavod" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:25 8 Fev 2023
  • “Kaspian Texnoloji Kompani” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:20 8 Fev 2023
  • Hindistan Mərkəzi Bankı əsas - Faiz Dərəcəsini Qaldırıb
    12:20 8 Fev 2023
  • Bərpa Sənaye Kombinatı məhkəməyə verildi - SƏBƏB
    12:15 8 Fev 2023
  • Mikayıl Cabbarov: "Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard dolları ötüb"
    12:14 8 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 7 MİNƏ ÇATIB
    12:11 8 Fev 2023
  • Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb - SİYAHI
    12:06 8 Fev 2023
  • Uşaq qidalarının idxalı - 39%-DƏN ÇOX ARTIB
    11:59 8 Fev 2023
  • Dubaya gedən azərbaycanlılar - RAHAT MAŞIN SÜRƏ BİLƏCƏKLƏR - YENİLİK
    11:54 8 Fev 2023
  • “Arkoz Qazax Sement Zavodu”na - TÜRK RƏHBƏR GƏTİRİLDİ
    11:50 8 Fev 2023
  • Dövlət qurumları ofis icarəsi üçün şirkətlərə və şəxslərə – MİLYONLARLA VƏSAİT ÖDƏYİRLƏR – SİYAHI, MƏBLƏĞLƏR
    11:45 8 Fev 2023
  • Ombudsman qadın sahibkarlar üçün - VERGİ GÜZƏŞTLƏRİ İSTƏYİB
    11:43 8 Fev 2023
  • Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 163,5 min manat ödəyəcək
    11:40 8 Fev 2023
  • Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
    11:38 8 Fev 2023
  • Bu il icbari tibbi sığorta xidmətlərinin - SAYI ARTIRILACAQ
    11:34 8 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ
    11:31 8 Fev 2023
  • Atası, anası, əri, övladı, bacısı və qardaşı Azərbaycan vətəndaşı olanlara - Daimi Yaşamaq İcazəsi Veriləcək
    11:23 8 Fev 2023
  • Əcnəbilər dövlət qiymətli kağızlarına investisiya qoymaqla - Müvəqqəti Yaşamaq İcazəsini Ala Biləcək
    11:19 8 Fev 2023
  • Azərbaycanda şirkətlərin səhmlərinin 51%-nə sahib əcnəbilərdən iş icazəsi - TƏLƏB OLUNMAYACAQ
    11:12 8 Fev 2023
  • Əcnəbilərə Azərbaycanda yaşamaq üçün - İCAZƏ ŞƏRTLƏRİ DƏYİŞİR
    11:07 8 Fev 2023
  • Vergi ödəyicisi olan fiziki şəxs bank əməliyyatlarından öncə - Vergi Öhdəliyini İcra Etməlidirmi?
    10:52 8 Fev 2023
  • "Farcon" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:52 8 Fev 2023
  • Məhkum olunmuş şəxslərin maddi məişət təminatı necə olmalıdır - TANINMIŞ VƏKİLİN VİDEO İZAHI
    10:49 8 Fev 2023
  • Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının - ÜNVANI DƏYİŞİB
    10:45 8 Fev 2023
  • Qeyri-müəyyənlik dolların ucuzlaşmasına səbəb olur - İnvestAZ TƏQDİM EDİR
    10:43 8 Fev 2023
  • Dövlət qurumu kompüter və kompüter avadanlıqları alır - KOTİROVKA SORĞUSU
    10:42 8 Fev 2023
  • Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı - 6234-ə ÇATIB
    10:39 8 Fev 2023
  • Enerji Məsələlərini Tənzimləmə Agentliyi - AUDİTOR SEÇİR
    10:34 8 Fev 2023
  • Azərbaycan Banklar Assosiasiyası - SBFN-ə QOŞULUB
    10:34 8 Fev 2023
  • Bank kartlarından oğurluq edən - ŞƏXS SAXLANILIB
    10:31 8 Fev 2023
  • Dövlət Xidməti TƏBİB-in 54 tibb müəssisəsində - YOXLAMA APARIB
    10:23 8 Fev 2023
  • Daxili İşlər Nazirliyinə aid qurum böyük - TENDER ELAN ETDİ - ŞƏRTLƏR
    10:22 8 Fev 2023
  • Azərbaycanda iki aydır yaradılan şirkətin kapitalı - 10 Milyon Manata Qaldırıldı
    10:16 8 Fev 2023
  • "Avromed" dövlət agentliyindən 14 milyonluq sifariş aldı - TENDER NƏTİCƏSİ
    10:14 8 Fev 2023
  • Tokayev Türkiyəyə təcili yardım üçün - 1 MİLYON DOLLAR AYIRIB
    10:05 8 Fev 2023
  • Avropada qazın qiyməti - 600 DOLLARA DÜŞÜB
    10:03 8 Fev 2023
  • Avtomobil Yolları Dövlət Agentliyinin 29 maşını hərraca çıxarılır – Start qiyməti ₼10 000 - SİYAHI
    09:54 8 Fev 2023
  • “Brent” nefti cüzi ucuzlaşıb, WTI isə ucuzlaşıb - SON QİYMƏT
    09:51 8 Fev 2023
  • Qaxa 45 sm qar yağıb - FAKTİKİ HAVA
    09:47 8 Fev 2023
  • Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    09:45 8 Fev 2023
  • Azərbaycan nefti 3,32% bahalaşıb - SON QİYMƏT
    09:45 8 Fev 2023
  • Gürcüstanda 2 il əvvəl bankda adamları girov götürüb 500 min dollar aparan - ŞƏXS HƏBS EDİLİB - FOTO
    09:40 8 Fev 2023
  • İqtisadiyyat naziri Mikayıl Cabbarov "Cahan Holdinq"də olub - FOTOLAR
    09:35 8 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - KOTİROVKA ELAN ETDİ
    09:32 8 Fev 2023
  • FHN Kahramanmaraşda - Mobil Səhra Hospitalı Quraşdırır
    09:31 8 Fev 2023
  • AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin - Cəriməsiz Qaytarılmasına Başlayıb
    09:28 8 Fev 2023
  • Son 100 ildə dünyada baş verən - ƏN DAĞIDICI 10 ZƏLZƏLƏ
    09:26 8 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!