Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ

Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ | FED.az
15:57 9 İyun 2018

Ölkənin ən böyük və ən məşhur şəhəri hələ paytaxt demək deyil. Bir sıra ölkələrin paytaxtı iri şəhərlərin kölgəsində qalır. Amma bu onların əhəmiyyətini azaltmır - əksinə son illər iri şəhərlərin yükünü yüngülləşdirmək üçün paytaxtların kiçik şəhərlərə köçürülməsi dəbə çevrilib. Tarixdə isə ölkənin ən mühüm şəhərləri bəzən zərurətdən, bəzən isə sadəcə şıltaqlıq nəticəsində yerini dəyişməli olub. FED.az tarixdə məşhur paytaxt dəyişmə əhvalatlarını təqdim edir. 
 
Daşınmaz əmlakın daşınması
Paytaxtların köçürülməsi mürəkkəb və bahalı iş olsa da, tarix boyu paytaxtlar dəfələrlə köçürülüb və bu proses indi də davam edir.
Qədim hökmdarlar adətən öz iqamətgahlarını yenicə tutulmuş torpaqlara köçürürdülər ki, yeni vilayətlərdə hakimiyyəti möhkəmlətsinlər. Ya da əksinə, paytaxtı təhlükəli sərhədlərdən uzaqlaşdırırdılar ki, güclü düşmən onu işğal edə bilməsin.
Bəzən isə köhnə paytaxt o qədər böyüyürdü ki, öz hay-küyü, zibilliyi və qiyam təhlükəsi saray həyatı üçün yaramırdı. Bir lətifəyə görə isə paytaxtı şəhərdəki şərab anbarları boşalanda köçürürdülər. Məsələn, XIV Lüdovik paytaxtı Parisdən Versala köçürəndə burada nə natəmizlik, nə də küçə müxalifəti vardı.
Ümumiyyətlə, ali hakimiyyətin harada yerləşməsi həmişə mühüm siyasi məsələlərdən biri hesab olunub. Çünki hökumətə təsir etmək üçün ona mümkün qədər yaxın olmalısan. Hökmdarların bəziləri köhnə elitanın təsirindən o qədər sıxılırdılar ki, bundan azad olmaq üçün istəniən xərclərə hazır idilər. Hakimiyyətin pul səpələdiyi yerlərdə isə onu qazananlar da tapılır.
 
Vaşinqton əhvalatı
Nə qədər qəribə olsa da, ABŞ-ın paytaxtının böyük xərclər hesabına Vaşinqtona köçürülməsinin əsas səbəbi qənaət idi. Bəli, hökumət bu yolla əsgərlərin maaşına qənaət etmək istəyirdi. Məsələ bundadır ki, yenicə yaranmış respublikanın (ABŞ-ın) konqresi ilk vaxtlar Pensilvaniyanın paytaxtı Filadelfiyada toplaşırdı. 1781-ci il iyunun 20-də şəhərdə qulluq keçən əsgərlər müstəqillik müharibəsinin bütün illəri üçün maaşlarını tələb edəək Konqress binasını zəbt edirlər. Konqressmenlər Pensilvaniya hökumətinin başçısı - qubernator Con Diksondan qiyamı yatırmağı tələb etsələr də, o konqresmenlərə kömək etmək fikrində deyildi. Bəlkə də, o sadəcə əsgərlərdən çəkinirdi. İstənilən halda bu qarşıdurmadan sonra amerikalı konqresmenlər qərara aldılar ki, Filadelfiya ABŞ-ın paytaxtı ola bilməz.

Bununla da yeni paytaxtın tikintisi üçün əlverişli yerin axtarılmasına başlandı.
Həmin vaxt ölkənin sənayecə inkişaf etmiş Şimalı ilə quldarlıq dövrünü yaşayan Cənubu arasında rəqabət davam edirdi, ona görə də, paytaxtın gələcək yerinin üstündə də mübahisə yarandı. Nəhayət Vaşinqton adlanacaq şəhərin quldarlığın hökm sürdüyü Virciniya və Merilend ştatlarının sərhədində tikilməsi qərara alındı. Siyasətçilər öz işlərində olduqları bir vaxtda işbazlar yeni paytaxtdan maksimum faydalanmaq üçün planlar cızmağa başlamışdılar.

1793-cü il sentyabrın 18-də Vaşinton şəhərinin təməlqoyma mərasimi keçirildi. Bu mərasimdə varlı Boston ailəsindən çıxmış 28 yaşlı Ceyms Qrinlif də vardı. Həmin vaxt Qrinlif diplomat kimi çalışdığı Hollandiyadan yenicə gəlmişdi. Keçmiş diplomat yeni paytaxtın tikintisindən faydalanmağı qərara alır.  O yeni paytaxt ərazisindəki torpaqları ucuz qiymətə alıb, onları holland bankirlərinə satmaq niyyətində idi. Bunun üçün Qrinlif şəhər ərazilərinin inkişafı ilə məşğul olan adamlarla dostlaşmalı idi. Gələcək Kolumbiya Federal dairəsindəki torpaqları həmin vaxt 3 torpaq müvəkkili paylayırdı. Bu müvəkkilləri prezident Corc Vaşinqtonun özü təyin edirdi, ona görə də, Qrinlif birbaşa prezidentin özü ilə münasibət qurmağa başlayır.

Artıq qocalmaqda olan prezident özünün ölkənin müxtəlif yerlərindəki əmlakını satmağa adam axtarırdı və Qrinlif onları alacağını vəd etdi.  Bununla bağlı danışıqlar gedən müddətdə Qrinlifin üzünə bütün qapılar açıq idi - ətrafdakılar onu prezidentin yaxın adamı sayırdılar. Qrinlif prezidentin katibi Tobias Lir və paytaxt ərazisindəki  torpaqların satışına nəzarət edən müvəkkil Tomas Consonla da dostlaşdı. Keçmiş diplomat əlbəttə ki, prezidenti aldatdı və onun torpaqlarını almadı. Əvəzində, Vaşinqtonun adını daşıyan şəhərdə torpaqları böyük endirimlə aldı. Başqalarının 200-300 dollara aldığı sahələr Qrinlifə 66-67 dollardan çatırdı. Tezliklə onun şəhərdə 15 min akr və ya 61 kvadrat kilometr torpağı vardı - bu əraziyə Qrinlif cəmi 14 min dollar vermişdi.
 
Ağ Evi kim tikib?
Bu dövrdə Qrinlif ölkənin ən böyük iki maliyyəçisi - Robert Morris və Con Nikolsonla tərəfdaşlıq qurmuşdu. Maliyyəçilər keçmiş diplomata torpaq almaq üçün vəsait ayırırdılar və Qrinlif tələm-tələsik yeni-yeni torpaqlar alırdı. Amma tezliklə torpaqlar elə bahalaşdı ki, onları satmaq mümkün olmadı. Gənc sahibkarın böyük ümid bəslədiyi holland bankirləri Amerikanın daşınmaz əmlak bazarına pul qoymağa tələsmirdilər, ona görə də Qrinlifə pul ayırmadılar, onun borc aldığı adamlar isə getdikcə daha çox narahat olurdu. Əvvəlcə Qrinlif kreditorlara borclarını öz şirkətinin səhmləri ilə ödəyirdi, amma sonradan kreditorlar aldadıldıqlarını başa düşdülər. 1797-ci ildə Qrinlif müflis oldu və borca görə bir illiyə həbsxanaya düşdü.
Ümumilikdə, ABŞ paytaxtının ilk illəri çoxsaylı maliyyə qalmaqalları ilə yadda qaldı. Bununla yanaşı, Vaşinqtonun ilk ictimai binaları, o cümlədən Ağ Ev də Qrinlif və onun tərəfdaşlarının pulu ilə tikilmişdi. Deməli, fırıldaqların faydası da olmuşdu.
 
Böyük Afina kəndi
XIX əsrdə paytaxtlar bir qayda olaraq qədim şəhərlərə köçürülürdü ki, onların şanlı tarixi millətin birliyini möhkəmlətsin. Amma bu zaman şəhər ərazisində torpaqları olan feodallar daha çox faydalanırdılar. 1833-cü ildə yenicə müstəqillik qazanmış Yunanıstan öz paytaxtını Afinaya köçürdü. Həmin vaxt Afina qədim Akropolun yaxınlığında yerləşən kasıb və baxımsız kənd idi. Paytaxtın qaydaya salınması üçün şəhərin yenidən qurulması planı hazırlanır. Amma tezliklə bu plan yerli torpaq sahiblərinin təzyiqi altında dəyişikliklərə məruz qalır. Onların tələbi ilə hətta kral sarayının yeri və küçələrin istiqaməti dəyişdirilir, küçələr və meydanlar darlaşdırılır.
 
"Əbədi şəhər"in bahalı torpaqları
İtaliyanın paytaxtını iki dəfə köçürüblər. 1865-ci ildə hökumət Turindən Florensiyaya, 1871-ci ildə isə Romaya köçdü. Həmin vaxt "Əbədi şəhər"in ciddi yenidənqurmaya ehtiyacı vardı. Bunun üçün isə zadəganlara və din xadimlərinə məxsus çoxsaylı villaları almaq lazım idi. Qiymətlər dərhal yuxarı uçdu, amma hökumət tələb olunan pulu ödəməli oldu. Bu prosesdən ən çox fayda götürənlər yenidənqurmadan əvvəlcədən xəbər tutanlar oldu. Belə ki, hələ 1867-ci ildə belçikalı kardinal de Merode Romanın şəhər mərkəzi ilə Termini vağzalı arasındakı ərazini satın aldı. Kardinal başa düşürdü ki, əvvəl-axır burada evlər və yollar tikiləcək. Elə də oldu - 1871-ci ildə o öz torpaq sahələrini çox sərfəli qiymətə şəhər rəhbərliyinə satdı. Həmin ərazilərdə dərhal tikinti başladı. Vaxtilə diribaş kardinala məxsus olan torpaqlarda indi Romanın ən vacib küçələrindən biri - via Nasionale yerləşir.
 
Sadəcə biznesə yaxınlıq
Bəzən isə paytaxtların köçürülməsinin arxasında dövlət başçılarının kommersiya maraqları dayanırdı. Məsələn, XIX əsrdə Hondurasın paytaxtı dəfələrlə ya Komayaquaya, ya da Tequsiqalpaya köçürülürdü. Nəhayət, 1880-ci ildə prezident Marko Aurelio Soto sonuncu şəhəri seçdi. Bəziləri prezidentin bu qərarını Komayaqua sakinlərinin onu sevməməsi ilə əlaqələndrsə  də, əslində səbəb daha sadə idi. Sadəcə, prezident Soto Tequsiqalp şəhəri yaxınlığında gümüş hasil edən "Rosario Mining" şirkətində paya malik idi. Ona görə də öz biznesinə daha yaxın olmaq üçün həmin şəhəri paytaxt seçdi.
 
Müstəmləkə paytaxtları
Müstəmləkəçilik dövründə işğal altında olan ölkələrin paytaxtları adətən liman şəhərlərində yerləşirdi. Bu şəhərlər onları işğalçı ölkələrlə birləşdirirdi. XX əsrin əvvəlində yeni tendensiya yarandı:  asılı ölkələrin paytaxtları dənizdən kənara - ölkənin içərilərinə köçürülməyə başlandı. Məsələn 1911-ci ildə Britaniya Hindistanının paytaxtı dəniz kənarındakı Kəlküttədən Dehliyə köçürüldü.  Britaniyalılar hesab edirdi ki, qədim Moğol İmperiyasının paytaxtından Hindistanın bütün ərazisini idarə etmək daha asan olacaq. Elə bu məqsədlə Nyu-Deli adlanan müasir şəhər mərkəzinin tikintisinə iri vəsaitlər ayrıldı. Elə həmin il  - 1911-də Avstraliyanın hökuməti federal paytaxtın tikintisi üçün yeni ərazi seçdi. Bu  - Kanberra idi. Kanberra Avstraliyanın coğrafi mərkəzində olmasa da, ölkənin iki ən böyük şəhərinin Sidney və Melbrunun arasında yerləşirdi. Maraqlıdır ki, həmin vaxt bu iki şəhər Avstraliyanın paytaxtı olmağa qat-qat artıq layiq idilər.

Özü də əgər Nyu-Delidə britaniyalı müstəmləkəçilər saray, park və prospektlərin tikintisinə pul ayırmağa xəsislik etməmişdisə, demokratik Avstraliyada hər funtu sayırdılar və buna görə də, tikinti zəif gedirdi. Nəticədə Avstraliya paytaxtı hələ uzun müddət böyük kəndə bənzəyirdi. 1940-cı ildə amerikalı general Makartur parlament binasının qarşısındakı çəmənlikdə mal-qaranın otladığını görəndə dəhşətə gəlmişdi.
 
İmperiya paytaxtlarının sonu
Birinci Dünya Müharibəsi köhnə siyasi sistemin məhvi ilə nəticələndi ki, bu da özünü dərhal paytaxtların dəyişməsində göstərdi. Dəniz kənarında yerləşən Peterburq və İstanbul kimi şəhərlər paytaxt statuslarını itirdilər. Rusiya və Türkiyənin inqilabçı hökumətləri paytaxtları ölkənin dərinliklərinə - Moskva və Ankaraya köçürdülər. İkinci Dünya Müharibəsindən sonra isə müstəmləkə sistemi dağıldı və müstəmləkə ölkələrinin çoxu paytaxtlarını arixi ərazilərə köçürdülər ki, yeni həyata təmiz vərəqdən başlasınlar. Məsələnin iqtisadi tərəfi də vardı. Hesab edilirdi ki, zəif inkişaf etmiş vilayətdə tikilən yeni şəhər inkişaf nöqtəsinə çevriləcək və bütün regionun inkişafına kömək edəcək. Bu məntiqdən çıxış edənlər paytaxtı mümkün qədər ölkənin mərkəzinə köçürməyə çalışırdılar ki, iqtisadi effekt bütün dövlət ərazisində eyni dərəcədə hiss  olunsun.
  
Braziliya, yoxsa Brazilia
Dünyada paytaxtların köçürülməsi ilə bağlı ən cəsarətli eksperiment Braziliyada baş tutub. 1955-ci ildə Braziliyadakı prezident seçkilərində  Juselinu Kubiçek  qalib gəldi. O 5 il ərzində ölkəni 50 il irəliyə aparacığını vəd etmişdi və vədini yerinə yetirmək üçün dərhal işə başladı. Kubiçek sənayenin inkişafını stimullaşdırır, yollar tikir, xarici investisiyalar cəlb edir, amma bu zaman korrupsiyaya uğramamağa və diktatora çevrilməməyə çalışırdı. Yeni paytaxtın tikintisi iqtisadiyyatın stimullaşdırılması üçün təkan oldu və cəmiyyətdə optimizdi yüksəltdi.

Ümumiyyətlə Braziliyanın paytaxtının köçürülməsi məsələsi hələ bir əsr əvvəldən müzakirə edilirdi və bu məsələdə mistikanın da rolu oldu. 1827-ci ildə ölkənin içərilərində paytaxt şəhərinin tikintisi ilə bağlı plan hazırlanmışdı, amma həmin vaxt hökumətin başı başqa problemlərə qarışmışdı.
1883-cü ildə isə italiyalı katolik rahib Bosko ata yuxuda mələk gördü. Mələk rahibə bildirir ki, 15 və 20-ci cənub enlilikləri arasında yeni şəhər yaranacaq və Braziliyanın inkişafı buradan başlanacaq. Coğrafi elementlərin də yer aldığı yuxu düz çıxdı. Belə ki, 1891-ci ildə paytaxtın mələyin yuxuda göstərdiyi yerə köçürülməsi məsələsi Braziliya Konstitusiyasına daxil edilir. Amma ölkə hökuməti əvvəlki kimi Rio-de-Janeyroda qalmışdı. Yalnız 1956-cı ildə yeni prezident bu prosesi ölü nöqtədən tərpətdi və əsrin tikintisinə start verildi.
 
(Ardı var)

Banner
Banner
  • paytaxt
  • biznes tarixi
Paylaş

Digər xəbərlər

Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Biznes tarixi 11 Dek 2022
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 6 Dek 2022
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Biznes tarixi 28 Okt 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Biznes tarixi 14 Okt 2022
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Biznes tarixi 25 Avq 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Sabahın hava proqnozu - AÇIQLANDI
Biznes tarixi 18 Avq 2022
Sabahın hava proqnozu - AÇIQLANDI
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan və Misir əczaçılıq sahəsində - Müştərək Müəssisələr Yaradacaq
    13:59 28 Yan 2023
  • Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə - GÖRÜŞÜ OLUB
    13:53 28 Yan 2023
  • Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - MÜNASİBƏT BİLDİRİB
    13:38 28 Yan 2023
  • Dağlara qar yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    13:34 28 Yan 2023
  • Rusiyadan xaricə pul köçürmələri rekord həddə çatıb - STATİSTİKA
    13:26 28 Yan 2023
  • İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan - Vəzifəli şəxslər müəyyənləşəcək
    13:19 28 Yan 2023
  • Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
    13:09 28 Yan 2023
  • Azərbaycan-Misir sənədləri imzalanıb - FOTO
    13:00 28 Yan 2023
  • Malın gömrükdən buraxılmasına dair müraciətə - 1 GÜNƏ BAXILACAQ
    12:54 28 Yan 2023
  • Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
    12:50 28 Yan 2023
  • Prezident Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:45 28 Yan 2023
  • Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
    12:42 28 Yan 2023
  • Dövlət qurumu yük avtomobilləri üçün yağlar və mayelər alır- TENDER ELANI
    12:40 28 Yan 2023
  • Dövlət qurumu minik avtomobilləri üçün yağlar və mayelər alır - TENDER ELANI
    12:38 28 Yan 2023
  • Prezident “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:38 28 Yan 2023
  • Xüsusi baş geyimlərinin alınması ilə bağlı - TENDER ELAN
    12:32 28 Yan 2023
  • AMB: Sığorta sektorunda boşluqların doldurulması istiqamətində işlər davam edir
    12:32 28 Yan 2023
  • G7 Rusiyanın dizel yanacağı üçün - 100-110 dollar qiymət həddini dəstəkləyir
    12:19 28 Yan 2023
  • Bakı Şəhər İH abadlıq üzrə çoxmilyonluq tender elan etdi
    12:08 28 Yan 2023
  • Ən çox maaş alan iri bankın baş direktorunun maaşı - 25 milyon dollara qədər azaldı
    12:03 28 Yan 2023
  • Bakı Şəhər İH malların alınması üzrə çoxmilyonluq tender elan etdi
    12:02 28 Yan 2023
  • Tesla səhmləri ardıcıl 2 gündə - 20%-DƏN ÇOX BAHALAŞIB
    11:59 28 Yan 2023
  • Ermənistanda qadınlar da hərbi xidmət edə biləcək
    11:54 28 Yan 2023
  • Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
    11:51 28 Yan 2023
  • Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - SİYAHI
    11:45 28 Yan 2023
  • “Nissan” mühərrikdəki nasazlığa görə 520 min avtomobili - GERİ ÇAĞIRIR
    11:39 28 Yan 2023
  • Rayonlarda texniki binanın icarəyə götürülməsi ilə bağlı - TENDER ELANLARI
    11:35 28 Yan 2023
  • BMT Azərbaycanın Tehrandakı səfirliyinə - HÜCUMU PİSLƏYİB
    11:32 28 Yan 2023
  • “Tatspirtprom” Azərbaycanda məhsulun butulkalara doldurulmasını - TƏŞKİL EDƏCƏK
    11:26 28 Yan 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİR
    11:22 28 Yan 2023
  • Bu şəxslərin də maaşı artırılaraq - 1296 MANAT OLDU
    11:17 28 Yan 2023
  • Xüsusi yağlar və mayelərin alınması üzrə - TENDER ELANI
    11:14 28 Yan 2023
  • Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
    11:01 28 Yan 2023
  • “Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
    10:48 28 Yan 2023
  • Dövlət qurumu 400 ton yonca otu alır - TENDER
    10:47 28 Yan 2023
  • Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    10:42 28 Yan 2023
  • Dövlət qurumu 300 ton vələmir və yemlik arpa alır
    10:40 28 Yan 2023
  • Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
    10:35 28 Yan 2023
  • Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub - FOTOLAR
    10:33 28 Yan 2023
  • DOST Agentliyi - TENDER ELAN ETDİ
    10:29 28 Yan 2023
  • “Moody's” 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı - Proqnozlarına Yenidən Baxıb
    10:27 28 Yan 2023
  • İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
    10:23 28 Yan 2023
  • Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI
    10:19 28 Yan 2023
  • Bakı Metropoliteni 279,7 ton metal məmulatı alır - TENDER ELANI
    10:16 28 Yan 2023
  • SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini - AÇIQLADI
    10:08 28 Yan 2023
  • Azərbaycanda şüşə şirkəti 122 ton polietilen örtük alır - TENDER ELANI
    10:05 28 Yan 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 28 Yan 2023
  • Müxtəlif növ qaynaq çubuqlarının alınması ilə bağlı - TENDER ELANI
    09:53 28 Yan 2023
  • Bu şirkət "Faktor Lizinq"i - MƏHKƏMƏYƏ VERİB
    09:39 28 Yan 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    09:28 28 Yan 2023
  • Dövlət qurumu 20 000 ədəd qulaqlı papaq alır
    09:20 28 Yan 2023
  • Dövlət Turizm Agentliyi – TENDER ELAN ETDİ
    09:12 28 Yan 2023
  • Müdafiə Nazirliyindən iki – TENDER ELANI
    08:56 28 Yan 2023
  • QMİ Azərbaycanın İrandakı səfirliyinə hücumu siyasi məqsədli terror aktı kimi qiymətləndirib - BƏYANAT
    18:26 27 Yan 2023
  • Səfirliyimizə hücum edən terrorçu rahatlıqla müsahibə verir - FOTO - VİDEO
    18:18 27 Yan 2023
  • Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
    18:12 27 Yan 2023
  • Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    18:03 27 Yan 2023
  • Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – SİYAHI
    18:03 27 Yan 2023
  • Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    17:57 27 Yan 2023
  • «Tesla» satışları artırıb - Rekord mənfəət əldə edib
    17:56 27 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!